Azərbaycanda koronavirusa pandemiyasına görə həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulub. Eləcə də gündəlik koronavirusa yoluxanların sayında stabillik müşahidə olunur. Bu da getdikcə yoluxanların və ölənlərin sayının aşağı düşəcəyi ehtimalını yaradır. Yoluxanların və ölənlərin sayında azalma olarsa həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağa ləğv edilə bilərmi?
Bununla bağlı danışan professor Adil Qeybulla bildirib ki, həftə sonu ictimai nəqliyyatın fəaliyyətinə icazə o zaman reallaşa bilər ki, yoluxanların və ölənlərin sayı aşağı düşsün: "Ən önəmlisi isə sağalanların sayı yoluxanlardan çox olsun. Əlbəttə bu dinamikanın davamlı olması vacibdir. Çünki yoluxanların sayı artmasa və müsbət dinamika uzun müddətli olarsa karantin rejimində yenidən yumaşlmalara gedilə bilər. Eləcə də həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə icazə veriləcək. Təbii ki, yoluxanların sayının aşağı düşməsi üçün də insanlarımz qoyulan qaydalara məsuliyyətlə yanaşmalıdır. Qapalı məkanlarda sosial məsafənin gözlənməsi və maskadan düzgün istifadə edilməsi ".
Zamantv.az