"Mayın 15-dən sonra toylara icazə veriləcək" - AÇIQLAMA

23:27 18.03.2021 335
"Mayın 15-dən sonra toylara icazə veriləcək" - AÇIQLAMA
Pandemiya səbəbindən Azərbaycanda bir sıra obyektlər bağlanıb, insanlar iş yerlərini itiriblər. Əgər əvvəllər işsizlər heç olmasa gündəlik iş tapa bilirdilərsə, sərt karantin dövründə bu imkan da əldən çıxıb. Bu baxımdan ölkədə işsiz əhalinin sayının kifayət qədər artdığını deyə bilərik.

ZamanTV.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev açıqlamasında pandemiyanın bütün dövlətlərə, o cümlədən Azərbaycana da zərər vurduğunu deyib. Onun sözlərinə görə, buna baxmayaq 2020-ci ildə ölkəmiz pandemiya ilə mübarizəni ən az itkilərlə həyata keçirib:

"Azərbaycan sosial təminat sahəsində sosial yönümlü layihələri qətiyyən dayandırmadı, əksinə, bu sahəyə ayrılan vəsaitlər artırıldı, sahibkarlara, həm də muzdlu çalışan vətəndaşlara birdəfəlik yardımlar oldu. Buna baxmayaraq, istər-istəməz müəyyən iş yerləri bağlandı. Məsələn, əvvəllər toy sənayesində müxtəlif sahələrdən insanlar çalışırdı. Son bir ildir, ümumiyyətlə, toy yoxdur və iş yerlərində də müəyyən dərəcədə azalma var. Ancaq düşünürəm ki, bu təzadlar pandemiya başa çatandan sonra aradan qaldırılacaq, yaranmış problem öz həllini tapacaq.

İş yerlərinin azalması dedikdə, rəsmi müqavilə əsasında işləməyən şəxslərdən söhbət gedir. Hansı ki, həmin şəxslər restoranlarda və ya digər hazırda fəaliyyətini dayandıran yerlərdə günəmuzd çalışırdılar. Demək olar ki, onlar iş yerlərini itiriblər. Qaldı ki, digər sahələrə, müəyyən dərəcədə azalma mövcuddur. Fikrimcə, bu, təbii prosesdir. Dövlət vətəndaşlara dəymiş ziyanı qarşılayıb, müəyyən güzəştlər olunub. Pandemiya bitəndən sonra qısa müddətdə yeni iş yerlərinin açılacağını, işsizliyin aradan qaldırılması üçün aidiyyatı qurumların xüsusi layihələr həyata keçirəcəyini düşünürəm".

Deputat həmçinin qeyd edib ki, pandemiyaya görə bir il ərazində çox şey itirmişik: "Ən əsası odur ki, vətəndaşların sosial və psixoloji problemləri yaranıb. Hər kəs əvvəlki həyata qayıtmaq istəyir. Ancaq əvvəlki dövrdən fərqli olaraq hazırda ölkəmizdə yanvar ayından başlayaraq vaksinasiya həyata keçirilib. Risk qrupuna daxil olan insanların demək olar ki, əksəriyyəti vaksinasiyadan istifadə ediblər. Bu, müəyyən dərəcədə bizi rahatladır. Bununla yanaşı, unutmamalıyıq ki, pandemiya ilə mübarizə başa çatmayıb. Əksər Avropa, MDB ölkələri qapanmalara gedir. Biz istəməzdik ki, yenidən qapanma olsun.

Bildiyiniz kimi Azərbaycanda yeni tipli modul xəstəxanalar açılıb, indi əvvələ nisbətə pandemiyaya daha hazırlıqlıyıq. Aidiyyatı qurum real vəziyyəti düzgün araşdırdıqdan sonra daha dəqiq qərar verə bilər. Bu da təbii ki, xəstələrin, xüsusilə ağır xəstələrin sayından asılıdır. Boş çarpayıların nisbətində qadağaların olub olmayacağı bilinəcək. İstənilən halda, tam qapanma gözlənilmir, buna ehtiyac yoxdur. Çünki mağazalar, restoranlar , məktəblər yeni açılıb, yavaş-yavaş normal həyata qayıdırıq. Qapanma olarsa, sahibkarlara, vətəndaşlara ikinci ağır zərbə ola bilər. Bu baxımdan zərurət yaranmayacağı, kritik vəziyyət olmayacağı təqdirdə qapanma olmayacaq".

Müsahibimizin fikrincə, ölkədə peyvəndlənmə uğurla həyata keçirilərsə və pandemiya ilə bağlı müəyyən irəlilərişlər əldə edilərsə, may ayının ikinci 15 günlüyündən sonra hətta toylara müəyyən say limiti tətbiq edilməklə icazə verilə bilər: "Çünki sosial sifariş budur, hər kəs toyların bərpa olunmasını istəyir"
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu