“SMS-icazə” bərpa edilir?

13:42 24.02.2021 79
“SMS-icazə” bərpa edilir?
Azərbaycanda yoluxanların sayında yenidən artım müşahidə olunur. Belə fevralın 23-də koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxanların sayında artım davam edərsə yenidən "sms icazə" sistemi tətbiq edilə bilərmi?

Deputat İqbal Məmmədov bildirib ki, son günlər yoluxanların sayında az da olsa artımın olması narahatedicidir: "Koronavirus dünyada ilk başladığı gündən ölkəmiz tərəfindən lazım olan bütün qabaqlayıcı tədbirlər görüldü. Keçən ilin fevralında Operativ Qərargah yaradıldı. Ölkəmizdə pandemiya başladığı gündən görülən qabaqlayıcı tədbirlər sayəsində digər ölkələrdə olduğu kimi kütləvi ölümlərin qarşısı alındı. Tətbiq olunan karantin rejimi və mərhələli şəkildə sərtləşmələr sayəsində yoluxanların sayı 120-140-a qədər düşdü. Təəssüf ki, son bir neçə gündə yenidən yoluxanların sayında artım müşahidə olunur. Bu artım nəyinki məni bütün vətəndaşlarımızı narahat etmədilidir. Çünki bilirsiniz ki, koronavirusun Britaniya ştamı bütün dünyada sürətlə yayılır. Bundan əlavə bir neçə ölkədə artıq virusun 3-cü dalğası başlayıb. Ona görə də biz yumşalmalardan arxain olmamalıyıq. Qaldı ki, "sms icazə" sisteminin yenidən bərpa edilib-edilməməsinə bu barədə qərar vermək Operativ Qərargahın səlahiyyətindədir.Əgər "sms icazə" sisteminin yenidən bərpasını və karantin rejimin sərtləşməsini istəmiriksə qoyulan qaydalara əvvəlkindən də daha məsuliyyətli yanaşmalıyıq. Çünki yoluxanların sayının artması yenidən karantin rejimində sərtləşmələrə gətirib çıxara bilər. Bunu da heç birimiz arzulamırıq".

Deputat qeyd edib ki, 30 il həsrətində olduğumuz Qarabağımıza qovuşmuşuq: "Biz bu gün pandemiya deyil Qarabağımıza qayıdış barəsində fikirləşməliyik. Bütün gücümüzü Qarabağa yönəltməliyik.Ona görə də çalışmalıyıq ki, yoluxanların və ölənlərin sayı yenidən artmasın. Bilirsiniz ki, yanvarın 18-dən ölkəmizdə vaksinasiyaya da başlanılıb və mərhələli şəkildə proses davam etdirilir. Səbirlə vaksinasiyanın uğurla başa çatmasını gözləməliyik. 44 günlük Vətən müharibəsində olduğu kimi koronavirusla mübarizədə həmrəy olub, gözlə görünməyən düşmənə qalib gəlməliyik".

Sonxeber.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:11

Prezident İlham Əliyev: “İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşır”

18:44

Rövşən Rzayevin tender oyunları - “Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir?

18:41

“Ümid edirəm ki, gələn ildən məcburi köçkünlərin geri qaytarılmasına başlanacaq” - Azərbaycan Prezidenti

18:37

Bu tarixdə "Fəryad-2" filminin çəkilişlərinə başlanılacaq - RƏSMİ

18:29

"Niyə də İrəvana qayıtmayaq?" - İlham Əliyevdən düşmən ölkəni silkələyəcək sözlər

18:27

Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir

18:23

Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

18:18

Qəbul imtahanları ilə bağlı mühüm - Açıqlama

18:15

Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir?

18:11

İlham Əliyev “İsgəndər” qalıqlarının niyə gec tapıldığını açıqladı

18:08

Deputat “Şəhid anası” medalı ilə bağlı məsələni gündəmə gətirib

18:06

Maaşından pul tutulanlara VACİB XƏBƏR

22:19

13.04.2021 GÜNDƏLİK BÜRCLƏR (13 APREL 2021 GÜNLÜK BÜRCLƏR)

22:16

Uşaqlarda koronavirusun əlamətləri - AÇIQLAMA

22:15

İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi

22:13

Ramazan ayında bu qadağalar tətbiq oluna bilər - VACİB AÇIQLAMA

22:11

Azərbaycanda pandemiya bu tarixdə BİTƏ BİLƏR - AÇIQLAMA

21:58

Cənab nazir, tarix müəllimi bələdiyyə sədri seçiləndən məktəbin yolunu unudub- CƏLİLABADDA

21:54

Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?

21:51

Nahid Bağırov şəkil çəkdirir, Turizm Agentliyi bəhanələr gətirir, “Kapitalbank” isə… – Qazi qardaşlar ölkə başçısına müraciət etdi

21:45

Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək

21:43

DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA

21:41

Prezident SƏRƏNCAM İMZALADI

21:39

Bakının Nobel prospektinin adı dəyişdirildi

21:36

Leyla Əliyevanın "Tanrının səsini eşitmək istəyirəm" şeir kitabının təqdimatı olub - FOTO

21:32

Prezident İlham Əliyev: “Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilmədi”

21:29

GDU-da plagiat qalmaqalı

21:27

Astaranın icra başçısı belə arxayınlaşıb ki... - Şikayətçiləri də qəbul etmir...

21:26

“Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?

23:38

Müddətli hərbi qulluqçular ordudan nə zaman tərxis ediləcəklər? – Ekspert tarixi açıqladı

23:33

Rus ordusunun bölgədəki şübhəli fəallığı - Müdafiə naziri xəbərdarlıq etdi

23:30

Vəkil iş adamının yarım milyonunu, əmlaklarını ələ keçirib?

23:26

On milyonlarla pul ayrıldı, nəticə: Neftçala ekoloji fəlakətlə üz-üzə...

23:23

Fəxrəddin Altun: “Bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”