Impera
XƏBƏR LENTİ
Dün, 21:22Şəhid generalımız Polad Həşimovun oğluna "İnşallah sən də şəhid olarsan" dedi: Tənqid atəşinə tutulduDün, 21:20Azərbaycanda şəhid ailələrinə 11 min manat veriləcək- Rəsmi açıqlamaDün, 21:17Lavrovdan Dnestryanıdan Rusiya qoşunlarının çıxarılması ilə bağlı AÇIQLAMADün, 21:13Ağasəlim Mircavadov Rəşad Sadıqovu özündən çıxardı - VİDEODün, 21:12Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi - Bu qəhrəmanı siz də tanıyınDün, 21:02Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindiDün, 11:36Dəhşətli hadisə: Qadın öldü,kişi ağır yaralandıDün, 10:32ÜST: Yoluxma sayında sentyabrdan bu yana ilk dəfə azalma olubDün, 10:31Laçının tanınmış şəxsləri - SİYAHIDün, 10:29Rəsul Quliyev: “Bu quşbeyin anlamır ki...”30-11-2020, 13:45Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI30-11-2020, 12:48Qaxda 95 aztəminatlı ailələrə sosial yardımlar paylanılıb30-11-2020, 11:27İti ilə oynayarkən yıxılan Co Baydenin ayaq sümükləri sındı30-11-2020, 10:53Paşinyan Putinlə Qarabağa dair danışıqların bir hissəsini açıqlayıb30-11-2020, 10:41Bakıda dəhşətli qəza: Avtomobil marketə çırpıldı, üç tibb işçisi öldü - VİDEO29-11-2020, 21:02Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...29-11-2020, 20:52Paşinyana ŞOK: "Sən türkün ayaqqabılarını yalamısan"29-11-2020, 20:43“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ29-11-2020, 12:12Koronavirusu təyin etmək üçün EV TESTİ29-11-2020, 12:11Laçın dəhlizində son durum: Şuşaya giriş niyə qadağandır?29-11-2020, 12:07Pensiyaları nə vaxt ödəniləcək? - NAZİRLİK AÇIQLADI28-11-2020, 21:38Elçin Axundzadənin rəhbərliyi ilə diplomatik ikinci Beynəlxalq konfrans keçirildi27-11-2020, 22:06Bu rayonlarda 2 gün qaz olmayacaq - SİYAHI27-11-2020, 21:58Ermənistan itkilərini açıqladı - ŞOK RƏQƏM27-11-2020, 21:42Üzü tanınmaz olan yaralı əsgərin valideynləri AXTARILIR27-11-2020, 21:35SON DƏQİQƏ: Türkiyə HƏRƏKƏTƏ KEÇDİ, ordu döyüş vəziyyətinə gətirildi27-11-2020, 14:16SON DƏQİQƏ: Ukrayna Donetsk hava limanını atəşə tutur - "Bayraktar" PUAları...27-11-2020, 12:52Qızları 27 il sonra Allahverdi Bağırovun məzarı başında (VİDEO)27-11-2020, 10:47Həkim COVID-19-dan ölənlərin son anlarını “canlandırdı” - VİDEO27-11-2020, 10:41Maradona dəfn edilib27-11-2020, 10:26Ermənistan MN: Kəlbəcərdə Azərbaycanla sərhəddə qapılar müvəqqəti qoyulub27-11-2020, 10:24Ana qaydalara əməl etsə də, azyaşlı övladlarını qəzadan qoruya bilmədi - VİDEO27-11-2020, 10:22Tələbə bu görüntülərə görə BDU-dan qovuldu - VİDEO26-11-2020, 22:38"Heç kim məni bu şəkildə sevməz" deyən əsgərimiz DANIŞDI26-11-2020, 21:47Kəlbəcərin Zod qızıl yatağı Azərbaycan idarəsinə keçdi - Azərbaycan əsgərinin ərazidən videosu26-11-2020, 21:42ŞƏHİD hesab olunan əsgərimiz SAĞ ÇIXDI26-11-2020, 21:41Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsi dayandırıldı - RƏSMİ26-11-2020, 21:40Dəhşətli görüntü yayıldı: Erməni hərbçisinin meyitini donuzlar yedi (18+VİDEO)26-11-2020, 16:1520 yanvara qədər yoluxma ikiqat artacaq - ARAŞDIRMA26-11-2020, 16:13SON DƏQİQƏ! XİN məlumat yaydı26-11-2020, 10:39Bu da məşhur aparıcının ÖZÜNƏ BƏNZƏR ANASI - FOTO26-11-2020, 10:28Azərbaycan ordusu gecikmədən Kəlbəcərin Çərəktar və Umudlu kəndlərinə girməlidir... - TƏCİLİ26-11-2020, 10:17Lalə Azərtaşa AĞIR İTKİ - FOTO25-11-2020, 21:03Xocalı və Xocavəndin kəndləri ilə bağlı qanun təsdiqləndi25-11-2020, 20:51SON DƏQİQƏ! Türkiyə hərbçiləri bu ərazilərdə xidmət aparacaq25-11-2020, 20:47"Ermənilərlə birgə yaşamağa məcburuq" - DEPUTAT25-11-2020, 14:43İlham Əliyevdən Yeni Qərar! Bu şəxslər 200 azn...25-11-2020, 14:43Hikmət Hacıyev Kəlbəcərdən yeni görüntülər paylaşdı - VİDEO25-11-2020, 14:29Erməni tələsi: Evlərində əsgərlərimiz üçün zəhər qoyub gedirlər25-11-2020, 14:14Ronaldo "Ferentsvaroş"un futbolçusunu bu cür pərt etdi25-11-2020, 10:50SON DƏQİQƏ! Azərbaycan hərbçisinin əsirlikdə yeni videosu yayıldı25-11-2020, 10:26DƏHŞƏT: Kamil Zeynallı ÖLÜMLƏ üz-üzə qaldı25-11-2020, 10:23Müdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - VİDEO24-11-2020, 20:55Xalq artisti vəfat etdi24-11-2020, 16:08Azərbaycanlılar Xankəndiyə gedən yolda göründü: Ermənilər qorxuya düşdü24-11-2020, 16:07DİQQƏT! Dünyanı təhlükə gözləyir - 5 gün qaldı...24-11-2020, 16:05Şarmazanov: Zəngəzur Azərbaycana bu cür veriləcək (VİDEO)24-11-2020, 15:37Kəlbəcəri sonuncu ermənilər də tərk etdi – VİDEO24-11-2020, 15:34Azərbaycan Ordusu Erməniləri Şuşada BELƏ ALDATDI - VİDEO24-11-2020, 11:32Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir24-11-2020, 11:31Azərbaycanda tanınmış jurnalist vəfat etdi - FOTO24-11-2020, 11:26Azərbaycanda güclü partlayış: Yaralı var24-11-2020, 11:00Şuşa döyüşlərindən şok detal: Hərbçimiz 150 nəfər ermənini tək başına öldürüb şəhid oldu - VİDEO24-11-2020, 10:49Döyüş təyyarəsi nüvə raketləri atdı - Hədəflər vuruldu... - VİDEO23-11-2020, 22:11Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı23-11-2020, 15:02Alimlər çox nadir astronomik hadisə olacağını bildirib23-11-2020, 14:54Atadan ŞOK ƏMƏL: Övladını...23-11-2020, 14:52Erməni keşişlər indi də Putindən Şuşanı, Hadrutu istəyirlər... - Başlarını itiriblər...23-11-2020, 14:51Yaralanmış əsgər İcra başçısından ailəsinə kömək istədi,amma... Video/Foto23-11-2020, 12:18Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!23-11-2020, 12:06"Bu ağır dövrdə bazar açıblar..." - GİLEY23-11-2020, 12:05İsmayıllı Gənclər və İdman İdarəsində yeni təyinatlar olub23-11-2020, 12:04Nazirlik “35 min manatlıq bayraq”la gündəmə gələn şirkətə bu dəfə 2,2 milyon manat ayırdı - İcazə verin, şübhələnək...23-11-2020, 12:03“Qəhrəman şəhər” statusu hansı yaşayış məntəqələrinə veriləcək? - AÇIQLAMA23-11-2020, 12:02Rusiya Xankəndi-Bakı dəmir yolunu açmaq istəyir - video və fotolar, bir də suallar...23-11-2020, 12:00Hər səhər limonlu su içmək üçün 5 səbəb – FAYDALARI23-11-2020, 11:58Günün qoroskopu: Sevincli bir gün yaşayacaqsınız23-11-2020, 11:55Erməni hərbi həkimlərdən şok etiraf: "Hətta əsgərlərin..."23-11-2020, 11:54Xəbərdarlıq: Hava kəskin soyuyur - Bu ərazilərə güclü qar yağacaq23-11-2020, 11:51Erməni yepiskop Putinə məktub yazdı - Şuşa və Hadrutu...23-11-2020, 11:48Sumqayıtda hamilə arvadını öldürən kişinin işi – Məhkəmədə23-11-2020, 11:46“Putin Makronu başa saldı ki...” – Qarabağ ətrafında ilginc gəlişmə22-11-2020, 13:57Bu gün Ermənistanda matəmdir - Hər gün Ermənistana yüzlərlə meyit gətirilir22-11-2020, 13:36AĞIR İTKİ ÜZ VERDİ-Daha bir məşhur,hamının sevimlisi aktrisa QƏFİL dünyasını dəyişdi - FOTO22-11-2020, 13:09Ermənistanın əsir götürdüyü əsgərlərlə bağlı BQXK-yə və BMT-yə müraciət hazırlandı21-11-2020, 14:33Türk əsgərləri yaxın günlərdə Azərbaycanda olacaq - RƏSMİ21-11-2020, 14:31Qar yağacaq, 10 dərəcə ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ21-11-2020, 14:12Mebel ustası adı altında "dələduz"luq edən şəxs vətəndaşı necə aldatdı?-VİDEO\FOTO20-11-2020, 13:59Dövlət müəssisəsində baş vermiş qanuna zidd əmələ nə üçün münasibət bildirilmədi?-FOTO20-11-2020, 12:17Ərazilərin bərpasına beynəlxalq donorları necə cəlb etməli? - ARAŞDIRMA20-11-2020, 12:15Deputatlar bu gün 11 məsələnin müzakirəsinə toplaşır - SİYAHI20-11-2020, 12:14Naftalanın başçısı da öz kefindədir... - Camaat düşmənlə döyüşür, o da ağaclarla...20-11-2020, 12:13Onlar mükafatlanacaq... - ŞƏRTLƏR20-11-2020, 12:11Qarabağdakı ermənilərə ən yüksək status veriləcək - Azərbaycan vətəndaşlığı20-11-2020, 12:09Azərbaycanda bu şəxslər 100 manat cərimələnəcək - Rəsmi20-11-2020, 12:08Zabit Səmədov məşhur türk serialına çəkilmək üçün görün nə etdi - VİDEO20-11-2020, 12:06Müzakirəyə gecikən 2021-ci il büdcəsi - hansı dəyişikliklər gözlənilir?20-11-2020, 12:05Azərbaycanda yeni antikovid tədbirləri: iaşə obyektləri bağlanır, küçədə maska məcburi olur20-11-2020, 11:57Yer kürəsinə nəhəng asteroid yaxınlaşır20-11-2020, 11:55Yaddaş nə üçün pisləşir? - Alimlər HƏRƏKƏTƏ KEÇDİ
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni antikovid tədbirləri: iaşə obyektləri bağlanır, küçədə maska məcburi olur

20 Kas 2020, 12:05   
Azərbaycanda yeni antikovid tədbirləri: iaşə obyektləri bağlanır, küçədə maska məcburi olur
Noyabrın 21-dən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır
Noyabrın 21-dən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

Bundan əlavə, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır. Son günlərdə COVİD-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, aşağıdakı qadağaların tətbiq edilməsinə qərar verilib: Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 2020-ci il 7 dekabr saat 06:00-dək uzadılır; Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır; 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır.

Xatırladırıq ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir. “Koronavirusun Azərbaycanın Silahlı Qüvvələrində yayılmasının qarşısı alınıb. Silahlı Qüvvələrimizin tərkibində yoluxma halları kütləvi şəkildə özünü büruzə verməyib”. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da keçirilən brifinqində deyib. Onun sözlərinə görə, çağırışçılar da ordumuzun tərkibinə qoşulan zaman onlardan test götürülür: “Bizim yaralı əsgərlərimiz var. Onların da yoluxmaması bizim qarşımızda duran əsas vəzifədir. Biz Vətən müharibəsində qalib olduq, bunda da qalib olmalıyıq”.

Hikmət Hacıyev deyib ki, yaşı 65-dən yuxarı olan vətəndaşlardan xahiş olunur ki, vacib olmayan təmaslardan çəkinsinlər. O vurğulayıb ki, vətəndaşlar açıq və qapalı yerlərdə maska taxmalıdır: “Vətəndaşlara eyni zamanda ailə şənliklərindən və digər tədbirlərdən uzaq durmaq da tövsiyə olunur. Vətən müharibəsinə töhfə vermək istəyiriksə, qoyulan qaydalara əməl etməliyik”. H.Hacıyev “koronavirusa qarşı vaksinlər hazır olduğu və onların yoxlamadan keçirildiyi təqdirdə Azərbaycana gətirilməsi istiqamətində aidiyyəti strukturlar tərəfindən işlər həyata keçirilməkdədir” - deyə, bildirib.

Bir neçə gündür ki, ölkədə koronavirusa yoluxanların sayı 2 mindən yuxarı olur. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 2 597 yeni yoluxma faktı qeydə alınıb, 1 354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstə sayı 23 476 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.

Koronavirus.info saytının yaydığı məlumata görə, ölkədə ən çox yoluxma Bakıda (53,5 faiz), ən az yoluxma isə Naxçıvandadır (0, 06 faiz). Bakıda isə ən yüksək göstərici Binəqədi rayonunda qeydə alınıb. Məlum olub ki, bu rayonda yoluxma Bakı şəhəri üzrə ümumi yoluxmanın 14,7 faizini təşkil edir. Xatırladaq ki, hələ virusun başladığı ilk dövrdə də Binəqədi rayonu yoluxma sayına görə “lider” idi. Bəs niyə koronavirusun ilk dalğasında olduğu kimi indi də məhz Binəqədi bu məsələdə “lider”dir?

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Doğrudan da say olduqca çoxalıb. Lakin yoluxma sayının kəskin çoxalması təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Üstəlik, son rəqəmlər olduqca ciddi rəqəmlərdir. Əlbəttə ki, ölkəmizdə yoluxma sayının hansı bölgədə, rayonda çox olması həmin bölgədə əhalinin sıxlığı, iaşə obyektləri də daxil olmaqla, iş yerlərinin nə qədər çox olması, müəyyən fəaliyyət sahələrində nə qədər insanın çalışmasından çox asılıdır. Hər zaman qeyd etdiyimiz kimi, bütün bunlarla yanaşı ortada həm də insanların davranış məsələsi də var. Bəzən olur ki, hətta bölgədə, rayonda yoluxma sayının çox olması oradakı hansısa obyektin qaydaları pozması ola bilir. Həmçinin dəfələlər gizlin şəkildə yas mərasimlərinin keçirilməsinə cəhdlər olur. Həmin insanları da anlamaq olur, bir ilə yaxındır ki, öz sevinclərini, kədərlərini bölüşməkdə çətinlik çəkirlər. Beləliklə də, qanundankənar da olsa, buna cəhd etməyə çalışırlar. Bu səbəbdən bu məsələnin daha ciddi tənzimlənməsinə çox ehtiyac var. Hər halda, ortada olan rəqəmlər bizə onu deyir ki, istənilən bölgədə hər bir insan məsuliyyətli yanaşmalıdır. Son gedişat onu göstərir ki, virus bir şəkildə sürətlə artır. Əgər bunun qarşısı alınmazsa, bir sıra, o cümlədən sosial fəsadlar ortaya çıxa bilər. Bu baxımdan hər bir vətəndaşdan, müəssisə sahibindən qaydalara əməl etmək, tələb olunan tədbirləri yerinə yetirmək tələb olunur”.

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Professor, tibb elmləri doktoru Adil Qeybulla isə qeyd etdi ki, yoluxma sayı rəsmi rəqəmlərdən xeyli çoxdur: “Nəzərə almaq lazımdır ki, kənd yerlərində də yoluxma həddindən artıq çoxdur. Hətta ailəlikcə yoluxmalar var. Onlar qeydiyyatdan keçmir, xəstəlikləri ilə bağlı bildirmirlər. Məlum olduğu kimi, statistik rəqəmlər əsasən qeydiyyata düşən, profilaktik müalicə alan insanların sayına uyğun müəyyən edilir. Lakin çoxlu sayda xəstələr var ki, onlar qeydiyyata düşmədən həkim tapır, müalicə alırlar. Ona görə də qeyd edə bilərəm ki, yoluxanların sayı daha çox, reallıq daha dramatikdir. Əslində biz kollektiv immunitetə gedirik. Yəni çoxlu sayda yoluxma buna gətirib çıxaracaq.

Dünyada da koronavirusa yoluxanların sayı rekord həddə çatıb. Virus artıq xeyli mutasiyaya uğrayıb, lakin yoluxduruculuq qabiliyyətli yüksək olaraq qalıb. Biz bu dövrü yaşamalıyıq. Sadəcə, ölkəmizdə virusa yoluxmaların sayını artıran əsas faktor Vətən savaşı və ondan əvvəl baş verən mitinqlərdə insanların sosial məsafə və karantin qaydalarını gözləməməsi oldu".

Professor yoluxma sayına görə Binəqədi rayonunun “liderlik” etməsinə isə bu cür aydınlıq gətirdi: “Səbəb burada həyət evlərinin çox olması ilə bağlıdır. Yəni insanlar daha çox təmasda olur. Bir qədər bina evlərində yaşayanlar bu qədər sıx təmasda olmurlar. Bu səbəbdən hələ koronavirus yeni başlayan zaman da Binəqədidə yoluxma sayı çox idi. Orada yaşayan insanlar sərt karantin günlərində belə birlikdə həyətdə oturub domino oynayır, çay içirdilər. Bu da yoluxma potensialını yaradırdı”.

Koronavirusa təkrar yoluxma ehtimalı var

Qeyd edək ki, hazırda insanları ən çox narahat edən məsələlərdən biri də koronavirusa təkrar yoluxma ehtimalı ilə bağlıdır. Artıq bir sıra mütəxəssislər təkrar yoluxma faktları olduğunu qeyd edirlər. Bu da onunla izah edilir ki, koronavirus orqanizmdəki bütün multisistemə təsir edir, xüsusən də ağciyərlərdə öz fəsadını göstərir. Bu səbəbdən də immun sistemi zəif olanlar 2-3 aydan sonra təkrar yoluxa bilər.

Bu məsələ ilə də bağlı mütəxəssislərin rəyini öyrənməyə çalışdıq. Professor Adil Qeybulla qeyd etdi ki, yoluxan adam yenidən bu viursa yoluxa bilər: “Bu baxımdan da vaksinasiyanın perspektivliyini xüsusi dəyərləndirmirəm. Vaksin istehsal olunub, bütün dünyanı əhatə edəcək dərəcəyə çatana qədər koronavirus yoxa çıxacaq”.

Medicina.az - Xərçəng xəstələrində ağrıları azaldan yeni metodlar BAKIDA– Alqoloq Zülfüqar Yusifov

Zülfüqar Yusifov isə qeyd etdi ki, yoluxan insanların yenidən virusa yoluxma ehtimalı daha azdır: “Çünki yoluxan insanlarda virusa qarşı müəyyən immunitet yaranır. Lakin araşdırmaq lazımdır ki, virusa qalib gələn insanlarda immunitet hansı səviyyədə yaranıb. Çünki məlum məsələdir ki, bu virus bir ildir ki, yaranıb və insanda ona qarşı immunitetin nə qədər yarana bildiyini demək hələ çox tezdir. Vaksinlərin tətbiq edilməsinin gecikdirilməsi də elə məhz bu məsələ ilə bağlıdır. Ola bilər ki, hansısa insanlarda virusa qarşı yaranmış immunitet dayanaqlı və yaxud dayanaqsız olsun. Bu fərdlərin fərdi xüsusiyyətlərindən asılıdır. Onu deyə bilərəm ki, virusa yoluxarkən insanda ağırlaşmalar olduqda, ağciyər və digər orqan sistemlərində narahatlıqlar qaldıqda təkcə yenidən koronavirusa deyil, adi qripə yoluxduqda belə həyatlarını itirə və yaxud xəstəliyi daha ağır şəkildə keçirə bilərlər. Bəzən adi qripi də koronavirus kimi qəbul etməyə başlamışıq. Deyim ki, bu da anlaşılandır. Çünki simptomları çox zaman eyni olur”.
OXŞAR MÖVZULAR