Sərnişinlər niyə marşrut avtobuslarından şikayət edir? - VİDEO

09:49 16.09.2020 300
Sərnişinlər niyə marşrut avtobuslarından şikayət edir? - VİDEO
Təəssüf ki, son günlər Bakıda sərnişin avtobuslarının bir sıra hallarda dayanacaqlara nəzərdə tutulan vaxtdan gec gəlmələri ilə bağlı şikayətlərlə daha çox qarşılaşırıq. Sərnişinlər redaksiyamıza müraciət edərək, avtobusların qrafik üzrə işləməməsindən, bəzən gecikmələrin çox olmasından şikayət ediblər.

Problemlə yerindəcə tanış olmaq üçün "Report"un çəkiliş qrupu şəhərin müxtəlif dayanacaqlarında müşahidələr aparıb.

Gördüklərimizdən məlum oldu ki, ən çox şikayətlər 175, 161, 103, 6, 21, 46 və 49 saylı marşrut avtobuslarındandır. Sərnişinlər bildirdilər ki, əvvəllər 10 dəqiqə intervalla gələn marşrut avtobusları son vaxtlar 15-40 dəqiqə gözləmək məcburiyyətində qalırlar. Bu isə həm onların mənzil başına gec çatmalarına, həm də sərnişin sıxlığına səbəb olur.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə açıqlamasında bu gecikmələrin səbəbini belə qeyd edib:

"Bəzi xidmət və iş sahələrinin fəaliyyətinin bərpa olunması, eyni zamanda yeni tədris ilinin başlanmasının yaxınlaşması yollarda hərəkət intensivliyini və sərnişindaşımalara tələbatı əhəmiyyətli dərəcədə artırıb. Avqust ayının sonlarından başlayaraq gündəlik sərnişin səfər sayında hər həftə 100 000 artım qeydə alınmaqdadır. Hazırda müntəzəm və ekspress xətt avtobusları ilə icra olunan gündəlik sərnişin səfər sayı 2 000 000-dan çoxdur. Bakı Metropolitenin fəaliyyət göstərmədiyi indiki vaxtda avtobusların sərbəst və rahat hərəkəti xüsusilə əhəmiyyət kəsb edir.

Hazırda gündəlik olaraq xəttə 2 260 ədəd avtobus çıxarılır ki, bu da maksimal göstəricidir. Yəni “BakuBus” MMC-nin hər iki qarajında və özəl operatorlara aid qarajlarda texniki baxımdan saz olan bütün avtobuslar daşımalara cəlb olunub.

Lakin son vaxtlarda şəhər yollarında müşahidə olunan hərəkətlilik və nəqliyyat sıxlıqları avtobusların hərəkətinə ciddi maneələr yaradır. Belə ki, avtobuslararası intervallar pozulur və sərnişinlər uzun müddət dayanacaq məntəqələrində gözləməli olurlar. Bir xətt üzrə bir neçə avtobusun sıxlıqda qalaraq gecikməsi onun hərəkət etdiyi istiqamətdə digər marşrutlar üzrə də daşımaları çətinləşdirir.

Aparılan müşahidələr göstərir ki, gün ərzində baş verən yol-nəqliyyat hadisələri, sürücülərin yol hərəkəti qaydalarına eləcə də, zolaqların tələbinə düzgün əməl etməməsi qeyri-pik saatlarda da sıxlıqlara səbəb olan əsas amillərdir. Vurğulanmalı məqamlardan biri də son vaxtlar minik avtomobillərinin texniki nasazlıq səbəbindən yollarda hərəkətsiz qalmalarıdır. Son bir ayda bu vəziyyətlə daha tez-tez rastlaşırıq. Belə hallar Z.Bünyadov prospektidə gün ərzində bir neçə dəfə müşahidə olunur.

Bu cür xoşagəlməz halların olmaması üçün ən optimal həll variantı avtobuslar üçün xüsusi hərəkət zolaqlarının təşkil olunmasıdır".

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək