Səlim Müslümovun “sağ əli” olan Elnur Məcidovun da işi araşdırılacaq

10:52 21.05.2018 617
Səlim Müslümovun “sağ əli” olan Elnur Məcidovun da işi araşdırılacaq
Eks-nazir Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edildikdən sonra araşdırmalar başlayıb. Hesablama Palatasının apardığı araşdırmalar nəticəsində nazirlikdə külli miqdarda yeyinti faktları üzə çıxıb. Yerli mediada yer alan iddialara görə, sabiq nazir 2 milyard manata qədər dövlət vəsaitini mənimsəyib. Hesablama Palatasının audit tədbirləri nəticəsində bəlli olub ki, yüzlərlə dünyasını dəyişmiş şəxsin adına pensiyalar təyin edilib və mənimsənilib.

zamantv.az xəbər verir ki, gundeminfo.az-a daxil olan informasiyaya əsasən araşdırmalar təkcə vəsaitlərin təyin edilməsi ilə bağlı deyuil. ƏƏSMN-də həyata keçirilən elektron "islahatlar” nəticəsində Səlim Müslümov mahir bir bacarıq nümayiş etdirib. Dövlət vəsaitləri hesabına nazirlik pensiyaların, əllilik dərəcələrinin və ünvanlı sosial yardımların təyin edilməsi məqsədilə vahid elektron sistem yaradıb.

Nəhayət, 2016-cı ilin mart ayında ünvanlı sosial yardım sistemində VEMTAS deyilən elektron müraciət sistemi ortaya çıxdı. O sistemdən xəbəri olanlar isə bilir ki, bu heç də belə deyil, VEMTAS robot deyil, onu da Nazirlikdə oturanlar idarə edir, istədikləri adama asanlıqla yardım təyin edə bilirlər. 2016-cı ilin mart ayından ötən dövr ərzində bu sehrli VEMTAS sistemi ilə ünvanlı sosial yardım təyin olunan ailələrin biri də aztəminatlı ailə deyil. Həmin ailələr birmənalı olaraq ünvanı yardıma yaxın düşə bilmirlər. Bir şey ki, I və II qrup əlil ailələri belə onu əldə edə bilmir, o halda sual yaranır onda bəs ünvanlı sosial yardım kimlər üçün nəzərdə tutulub? Budur Səlim Müslümovun "misilsiz xidmətinin” nəticəsi. Səlim Müslümovun ünvanlı sosial yardımın qaydalarına elətdirdiyi dəyişikliklərdən sonara vəziyyətin belə olması gözlənilən idi. İndi nə baş verir?

Saytımıza verilən məlumata əsasən S.Müslümovun ən çox "pul gətirən” adamı Elnur Məcidov olub. Gundeminfo.az-a nazirlikdəki mənbələrdən verilən xəbərə görə, ünvanlı sosial yardımların təyin edilməsinə yalnız bir şəxs, Elnur Məcidov nəzarət edib və təyinatla bağlı qərarı da o verib. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdirindən gedir. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə Məşğulluq siyasəti, Əmək miqrasiyası, Peşə standartları və Demoqrafiya və əhali sakinliyinin inkişafı sektorlarından ibarətdir. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

Belə ki, əgər məlum elektronlaşma olan VEMTAS sistemi üzrə "islahatlar”ına qədər vətəndaşlar yerli idarələr vasitəsilə sənədlərini hazırlayaraq təqdim edirdilərsə, "islahatlar”dan sonra vətəndaşlar sənədlərini toplayır, poçt vasitəsilə qeyd edilən şöbəyə müraciət edirdilər. ƏƏSMN-nin yerli şöbələrində isə bu islahatlardan sonra xeyli ştat ixtisar edilmiş, yalnız bir neçə əməkdaş vətəndaşlara toplanacaq sənədlərin siyahısını və necə hazırlanacağına dair məslətlər verirdilər. Nəticə etibarilə də ünvanlı sosial yardım almaq istəyən vətəndaşlar nazirlikdəki bağlı qapılar arxasında bu yardımların necə təyin edilməsindən xəbərsiz olurdular.

Gundeminfo.az-a danışan mənbə iddia edir ki, Elnur Məcidovun rəhbərlik etdiyi şöbə üçün dövlət büdcəsindən ayrılan vəsait hesabına 700 min manat dəyərində olan elektron proqram sifariş edilib. Bu proqram ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşlar haqqında bütün informasıyaları hazır şəkildə şöbəyə təqdim edir. Maraqlıdır ki, faktiki olaraq elektron hökumət sistemində olmayan, məsələn Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, mobil rabitə operatorparının obanentlərinə dair bilgilər, kadastr üzrə çıxarışlar və digər inzibati resurslar Elnur Məcidovun aldığı proqramda necə hazırlanıb? Bu proqram "Elektron Hökumət” sistemində olmayan informasiyaları necə əldə edirmiş? Həm də kifayət qədər bahalı olan bu proqram harada hansı şirkət tərəfindən hazırlanıb heç bir bilgi verilmirdi.

Saytımıza danışan mənbə deyir ki, nazirin birinci müavini, nazirliyin aparat rəhbərinin belə sözü və səlahiyyəti keçməyən Elnur Məcidov birbaşa Səlim Müslümova tabe olub. Sadə dillə desək şöbə müdiri ünvanlı sosial yardımları necə təyin edirdisə, o şəkildə də nazirinə "hesabat” verib.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Bütün tərəfləri dinləməyə hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT