“Söyüş müxalifəti”ni hansı qüvvələr himayə edir? - AÇIQLAMA

22:37 8.09.2020 362
“Söyüş müxalifəti”ni hansı qüvvələr himayə edir? - AÇIQLAMA
“Xaricdəki söyüşcül dəstə barəsində həbs qətimkan tədbirinin seçilməsi və onların beynəlxalq axtarışa verilməsi qərarı çoxdan olmalı idi. Ümumiyyətlə kimlər ki, aşkar formada təhqirlərə yol verir, onlara qarşı qanunla bu formada addımlar atılmalıdır”.
Bunu Azvision.az a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. O bildirib ki, hər kəs qanunlara və cəmiyyətimizə hörmətlə yanaşmalı, məsuliyyətli olmalı, siyasi fəaliyyət adı altında iyrənc oyunlara baş vurmamalıdır:

“Onlar bilməlidirlər ki, bu cür həssas məsələlər üstündən keçiləsi, adi qəbul ediləsi fəaliyyətlər deyil. Bir sıra ləyaqətsiz və ailə şərəfi olmayan adamlar bəzi xarici ölkələrdə oturub elə bilirlər ki, artıq təhlükəsiz yerdədirlər. Həmin şəxslər düşünürlər ki, bununla da Azərbaycanda istənilən şəxsin - məmur, ziyalı, siyasət adamı və digərlərinin ailəsinə, özünə hər formada ağır təhqir və söyüşlər yağdıra bilərlər. Ona görə də indiki halda bu cür cinayət işlərinin açılması, onların beynəlxalq axtarışa verilmələri təqdir edilməlidir”.

Deputatın fikrincə, bundan sonra biləcəklər ki, həmin şəxslərin və onlarla əlbir olan digər pərdə arxasında gizlənənlərin Vətənə gəliş yolları bağlandı. Sonra isə həmin şəxslər fürsət düşən kimi ilk məqamda bunun məsuliyyətini daşıyacaqlar:

“Kimsə siyasi fəaliyyətlə məşğul olursa, bunu mədəni dilini işə salmaqla etməlidir, onun ilk vasitədə imkanları var ki, mədəni şəkildə siyasi mübarizə aparsın. Bu nədir axı siyasət meydanına gətirdilər? Kimlər ki, normal təhsil almayıblar, gedib hansısa Qərb ölkəsində yaşamaqla bir “YouTube” kanalı açdılar və istənilən adamı söyməklə məşğul olmağa başladılar. Bu cür anormal fəaliyyət və işin sonu hara gedəcəkdi? Ona görə də bütövlükdə elə Azərbaycan cəmiyyətində də müəyyən təbliğati işlər aparılmalıdır, siyasi mühitdən isə söyüşü, təhqiri birdəfəlik çıxarmaq lazımdır. Başqa ölkələrdə bu cür münasibətlər mədəni tərzdə formalaşır. Biz belə radikal xəttin niyə bu qədər dərindən işləməsinə imkan verməliyik axı? Artıq bu formada amansız, barışmaz və aqressiv münasibət sərgiləməni tənzimləmək məcburiyyətindəyik. Başqa yolumuz yoxdur”.

Hazırda ictimai qınağın da işə yaramadığını deyən Fazil Mustafa radikallardan təkcə Azərbaycan hakimiyyəti əleyhinə deyil, ümumilikdə cəmiyyətimizə qarşı istifadə olunduğunu söyləyib: “Əslində bu radikalların söyüşlərlə gündəmə gəlməsi və s. bu kimi indiyə qədər rast gəlmədiyimiz başqa ölkələrdəki bir çox anormal fəaliyyətlərinin hamısı xarici kəşfiyyat orqanlarının Azərbaycan üçün düşünülmüş ən münbit metodologiyasıdır. Yəni, Fransada kiminsə ailə və ya başqa dəyərlərinə sataşsan, söysən bu o qədər də effekt verməz. Azərbaycanda isə bu ciddi effekt verir və müəyyən mənada belə fəaliyyətlərin çoxalması hər kəs üçün narahatlıq yaradır. Məhz bu amili düşünərək bilərəkdən həmin radikalları himayədə saxlayırlar ki, sən məhz söyüş söyməlisən, belə formada fəaliyyət göstərməlisən”.

Deputatın sözlərinə görə, xarici xüsusi xidmət orqanları və ya müəyyən maraqlı dairələr təhqirlərlə, söyüş söyməklə mübarizə apardığını göstərməyənləri himayələri altına almayıblar və bundan sonra da almazlar: “Heç görmüsünüzmü ki, hansısa bir intellektual, siyasi proseslərə səviyyəli yanaşması olan adamı xüsusi formada qoruyub müdafiə etsinlər? Bundan əlavə, indiki biədəb formada anti-Azərbaycan fəaliyyətlərində meydana çıxmış insanların xeyli hissəsini qoruyan hansı ölkələrdir? Bu o dövlətlərdir ki, eyni qaydada Türkiyəyə də oxşar münasibət sərgiləyirlər. Yəni Azərbaycan kimi qardaş ölkəyə də qarşı oxşar anormal metodlardan istifadə edirlər. Bu ölkələrin əksəri isə Ermənistana birbaşa dəstək göstərən dövlətlərdir. Məsələn, sizcə bu bir təsadüfdürmü ki, həmin radikal mühacirlərin çoxu Fransada məskunlaşmağı seçiblər? Bunun özəl səbəbləri var. Sanki bir plasdarm yaradıblar və bununla da dövlət hakimiyyətini zəiflətmək, bütövlükdə ictimai münasibətləri zədələmək istəyirlər. Təbii ki, bu da hazırda cəmiyyətimizi narahat edən əsas amillərdən birinə çevrilib”.

Məlumat üçün qeyd edək ki, xaricdəki "söyüş müxalifəti"nin əsas üzvləri olan Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Azərbaycanda cinayət içi açılıb, həmin şəxslər “İnterpol”la beynəlxalq axtarışa verilib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT