“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” — TƏKLİF

22:06 7.08.2020 410
“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” — TƏKLİF
Ölkəmizdə uşaq pulu məsələsi yenidən gündəmə gəlib. Millət vəkili Tahir Kərimli Parlamentdə çıxışı zamanı bildirib ki, ən kasıb ölkələrdə belə uşaq pulu verilir. Deputat qeyd edib ki, pandemiya nə qədər uzun çəksə də, müvəqqətidir, ötüb keçəcək. Uşaq pulu isə strateji məsələdir:

“600 min nəfərə 190 manat verilib. Bu vəsait də azdır axı. Uşaq pulu verilsəydi, daha yaxşı olardı. Pensiya qocalar üçün sığorta puludur, uşaq pulu isə uşaqlar, ailələr üçün sığorta pulu olardı:

“Nazirimiz deyir ki, buna 2,5 milyarddan artıq pul lazımdır. Sosial müavinət məsələsini saxlamaq mümkündürsə, saxlayaq. Saxlamaq mümkün deyilsə, bunu ləğv edək, yerinə uşaq pulu verək. Bu sosial müavinət 15-20 faizin xeyrinədir. Uşaq pulu Qarabağ məsələsi kimi vacib bir məsələdir. Gedib sorğu keçirsək, əhalinin 100 faizi uşaq pulunu istəyir. 18 yaşı olan kimi çağırış vərəqəsi verib, əsgərliyə aparırıq. Bəs, bu uşağın böyüdülməsinə dövlətimizin yardımı olurmu? Bunu bütün xalqımız tələb edir. Valyuta ehtiyatımız var, onun ildə 1 milyardını bunun üçün ayıraq. Populistik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?”

Deputatın təklifini dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından uşaq pulunun bərpa olunması və verilməsi təbii ki, müsbət addım ola bilər. Ekspertin qənaətincə, uşaq pulu bərabərlik prinsipinə uyğun olmalı deyil. Yəni hamıya az məbləğ verməkdənsə, ehtiyacı olan ailələrə daha çox məbləğin verilməsi məqsədəuyğundur:

“Elə ailələr var ki, orada bir uşaq olur. Validyenlərin hər ikisi işləyir və uşaq puluna ehtiyacları yoxdur. Onları bu yardımdan kənarda qoyub daha aztəminatlı ailələrə yüksək məbləğdə vəsaitin ayrılması məntiqli olar.

Çünki ölkədə 18 yaşına qədər olan uşaqların sayı təxminən 3 milyona yaxındır. Uşaqların hamısına 40-50 manat vermək yaxşı hal deyil. Çünki, bu, həm dövlət büdcəsinə böyük yük olacaq, həm də effekt verməyəcək”.

İqtisadçı vurğulayıb ki, sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə hər uşaq üçün ən azı 100 manat verilməlidir:

“Bu məbləğ həmin ailələrin dolanması və uşaqların normal keyfiyyətli təhsil, yemək imkanları üçün uğurlu addım ola bilər. Ona görə də hər kəsə bərabər bölüşdürməkdənsə, müəyyən kateqoriyalara üstünlük verilməsi ən optimal yoldur”. (sherg.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO