"Azəriqaz" vətəndaşları necə incidir... - QALMAQAL

11:58 27.06.2020 395
"Azəriqaz" vətəndaşları necə incidir... - QALMAQAL
Kürdəmir rayon sakini Pakizə Məmmədova məhkəmə qərarı olduğu halda "Azəriqaz” ASC-nin kommunal borcunu silməməsindən şikayətçidir.

Bu barədə Toplum tv-yə onun hüquqlarını müdafiə edən "Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi” İB-nin sədri Lətafət Məlikova məlumat verib.

Lətafət Məlikova deyir ki, şikayətçi hər ay borcunu ödədiyi halda ona 2010-cu ilin noyabrından başlayaraq 2019-cu ilin yanvarına kimi 976,09 manat qaz borcunun olduğu bildirilib.

"Bu hal yalnız onun başına gəlməyib. Sadəcə bir yaxşı tərəfi var ki, Pakizə xanım borc ödədiyi bütün qəbzləri saxlayıb”, – təşkilat sədri əlavə edib.

Faktla bağlı keçən il Kürdəmir Rayon Məhkəməsinə müraciət edilib. İyulun 11-də verilən qərara əsasən istifadəçinin 194 manat borcu silinməli olduğu halda "Azəriqaz” İstehsalat Birliyi borcu silməyib.

Lətafət Məlikova deyir ki, həyat yoldaşını itirən Pakizə Məmmədovanın oğlu da bu yaxınlarda xərçəngdən dünyasını dəyişib, gəlini isə işləmir: "Bu xanım 3 nəvəyə baxmalıdır. Uşaqlardan biri isə birinci qrup əlildir. İndi bu xanım yetimlərin dərdini çəksin, yoxsa qaz idarəsi işçilərinin cibini doldursun?”

Kürdəmir Rayon Məhkəməsinin qərarı təmin edilmədiyindən şikayətçi keçən ilin dekabrında borcunun tamamilə silinməsi tələbi ilə Şirvan Rayon Apelyasiya Məhkəməsinə müraciət edib.

Məhkəmədə cavabdeh tərəf kimi iştirak edən "Azəriqaz” İB-in nümayəndəsi Rahil Xəlilov isə apelyasiya şikayətində dəlillərin əsassız olduğunu bildirib.

O, Kürdəmir Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edib.

Məhkəmə kollegiyası şikayətçinin iddiasını qismən təmin edib. Verilən qərara əsasən, Kürdəmir Rayon Məhkəməsinin qərarı qüvvədə qalıb, eyni zamanda əlavə olaraq debitorun 470,29 manat borcunun silinməli olduğu bildirilib. Lakin "Azəriqaz" məhkəmə qərarını icra etmir.

Şikayətçi borcunun silinməsilə ilə bağlı "Azəriqaz” İB Ağsu Regional Qaz İstismar İdarəsinə yönləndirilib.

Qurumun cavabı isə belə olub: "Bizə məhkəmə qərarı daxil olmayıb”.

Məhkəmə qərarlarına baxmayaraq Pakizə Məmmədovanın borcu hələ də silinməyib.

"Azəriqaz" vətəndaşları necə incidir... - QALMAQAL
"Azəriqaz" vətəndaşları necə incidir... - QALMAQAL
"Azəriqaz" vətəndaşları necə incidir... - QALMAQAL
"Azəriqaz" vətəndaşları necə incidir... - QALMAQAL
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ