Əli Həsənova cinayət işi açıla bilər

15:45 15.05.2020 472
Əli Həsənova cinayət işi açıla bilər
Prezident İlham Əliyev "Qaçqınkom”un sabiq rəhbərinin fəaliyyətini sərt tənqid edib. Dövlət başçısı qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən tikilən evlərin çox zaman müəyyən məbləğ qarşılığında verildiyini və ya ümumiyyətlə kənar şəxslərə satıldığını bildirib. Xatırladaq ki, prezident bu sözləri mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək və bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır: "Həm Dövlətqaçqınkom və eyni zamanda yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir”.

Prezidentin çıxışında yer alan bu faktların hər biri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun "fəaliyyət” dövrünə aiddir. İllərdir ki, onun imza atdığı korrupsiya faktları, mənzillərin paylanılması zamanı yeyintiyə yol verilməsi, məcburi köçkünlərdən pul alınması kimi hallar mətbuatda işıqlandırılırdı. Bu sahədəki problemin dövlət rəhbərliyi səviyyəsində açıqlanması həm də Əli Həsənovun ciddi hüquqi məsuliyyət qarşısında qaldığını göstərir.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov "Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bütün faktlar nəzərə alınsa, Əli Həsənov məsuliyyətə cəlb edilə bilər: "Əgər qeyd olunan faktlar konkret şəxsə - Əli Həsənova dair öz təsdiqini taparsa, külli miqdarda dövlət əmlakının mənimsənilməsindən və korrupsiyadan söhbət gedir. Rüşvətxorluq, vəzifədən sui-istifadə etmə, xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə kimi bir neçə cinayət əməli üzrə iş açıla bilər və onun cəzası da yüksək olacaq. Bunun nəticəsi ən azı üst-üstə 15 illik həbs cəzası ola bilər. Onu da nəzərə almaq lazımdır ki, burada zərərçəkən təkcə dövlət də deyil, həm də vətəndaşlardır. Bir var ki, dövlət əmlakını mənimsəyərkən ancaq dövlət zərər çəksin, bir də var ki, həm dövlət, həm də vətəndaşlar ziyan çəkir. Zərərçəkən qismində vətəndaşlar da çıxış edir. Dövlət vətəndaşlar üçün çox işlər görüb, ancaq bəzi məqamlarda vəsaitlər ünvanına çatmayıb. Bu mənada Əli Həsənov həbs edilə də bilər”.

Ə.Həsənov onu da vurğuladı ki, dövlət məmurunun əlinə bu qədər vəsait keçəndə və nəzarət olmayanda orada mənimsəmək üçün geniş imkan olur: "Digər məqam isə odur ki, burada təkcə hüquq yox, mənəviyyat məsələsi də var. Heç bir korrupsiyaya haqq qazandırmıram, amma burada həm də mövzu qaçqınlarla bağlıdır. Necə şərh etsək də, burada böyük cinayətdən söhbət gedir”.

İqtisadçı ekspert Pərviz Heydərov da problemlərin və korrupsiya hallarının əsas səbəbi kimi dövlət vəsaitlərinin xərclənməsinə nəzarət mexanizminin olmamasını dilə gətirdi: "Qaçqın və məcburi köçkünlərlə bağlı dövlət çox işlər görür. Mənzil təminatından tutmuş digər sosial problemlərin həll olunmasına qədər... Dövlət büdcəsindən və Neft Fondundan bu məqsədlə külli miqdarda vəsaitlər ayrılır. Neft Fondundan birbaşa olaraq, əhalinin bu və ya digər sosial problemlərinin həlli məqsədilə deyil, məhz qaçqın və məcburi köçkünlərlə əlaqədar birbaşa olaraq vəsait daha çox ayrılır. Əhalinin qalan təbəqəsinin problemlərinin həll olunması üçün dövlət büdcəsi vasitəsilə həyata keçirilir. Bu vəsaitlərin təyinatına uyğun xərclənməsi, məqsədə müvafiq xərclənməsi hər zaman aktual xarakter daşıyıb. Ancaq bu vəsaitlərin xərclənməsinə yetərli nəzarət mexanizminin olmadığı illər öncədən müzakirə edilirdi. Hökumətin bu sahəyə külli miqdarda vəsait ayırması baxımından, həmin maliyyə vəsaitlərinin təyinatına uyğun düzgün xərclənməsinə müvafiq mexanizmin nə qədər təkmil xarakter daşıdığı həmişə sual altında idi”.

İqtisadçının sözlərinə görə, prezidentin çıxışında bundan sonrakı dövr üçün ciddi siqnallar var: "Əli Həsənovun dövründən indiyə qədər problemin əsas səbəbi məhz budur. Qaçqın və məcburi köçkünlərə ayrılan təkcə mənzillər yox, sosial ehtiyaclarının ödənilməsi ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlərin yerinə yetirilməsinə müvafiq nəzarət qənaətbəxşdirmi? Bu mexanizm kifayət qədər təkmil deyildi. Bu ilk dəfə dövlət başçısı səviyyəsində etiraf olundu. Bu ciddi bir siqnaldır və bilavasitə çağırışdır ki, dövlət vəsaitlərinin və Neft Fondu pullarının xərclənməsinə nəzarət kökündən dəyişdirilsin, bu sahəyə daha təkmil nəzarət olunsun”.

Qeyd edək ki, Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı, Hacıqabul, Balakən, Qazax, Zaqatala, Tərtər, Göyçay, Ucar və Kürdəmir rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax, Şirvan şəhərlərində, Bakının Pirallahı, Sabunçu və Abşeron rayonlarında habelə, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı, Fatmayı, Kürdəxanı və Ümid qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib. Cari ilin 31 mart tarixinə olan statistikaya görə, bu layihə üzrə tədbirlərin maliyyələşdirilməsi üçün fonddan ümumilikdə 2 milyard 563,6 milyon manat, o cümlədən cari ilin 1-ci rübü ərzində 60,9 milyon manat vəsait ayrılıb. Nəticədə qaçqın və məcburi köçkünlər üçün 75 qəsəbə salınıb, 288 bina tikilib ki, onlarda mənzil sayı 37 397 olub. Həmçinin bu qəsəbələrdə 86 məktəb, 5 xəstəxana, 67 uşaq bağçası tikilib. Lakin dövlət başçısının da qeyd etdiyi kimi, bütün bu layihələrin həm tikilməsində, həm də paylanmasında sui-istifadə və yeyinti hallarına yol verilib. Daha yaxşısı bu olardı ki, 37 mindən çox mənzildə kimlərin məskunlaşması ilə bağlı yenidən araşdırma aparıb, saxta qaçqınları ortaya çıxarmaqla evlər əsl sahiblərinə təqdim olunsun.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu