DİQQƏT! Bu qaydaları pozanlar 400 AZN cərimələnəcək - VİDEO

21:24 29.01.2020 432
DİQQƏT! Bu qaydaları pozanlar 400 AZN cərimələnəcək - VİDEO
Azərbaycanda uşaqlara enerji içkisi satmaq qadağan olunub. Bu tələb AQTA tərəfindən hazırlanan "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"nda öz əksini tapıb. Paytaxtdakı bəzi marketlər qərarın tətbiqinə başlayıb.

Məsələnin aktuallığını nəzərə alan ARB TV-nin "Günə doğru” verilişi maraqlı süjet hazırlayıb.

Osman İsmayılov – Supermarket nümayəndəsi: "Biz 18 yaşına qədər olan uşaq və yeniyetmələrə enerji içkiləri satmırıq. Kassada həmin uşaqdan yaşı soruşulur. Onsuz da xarici görünüşü bildirir. Əgər 18 yaşına çatmayıbsa, enerji içkilərini alıb yerinə qoyuruq, kassaya vurmuruq”.

Şəhərin müxtəlif yerlərində kiçik bir müşahidə apardıq. Müşahidələrimiz onu göstərdi ki, əksər satış obyektləri bu qaydalara əməl etmir. Yaşından asılı olmayaraq, hər bir kəsə enerji içkilərinin satışı davam edir.

18 yaşı olmayan şəxsə enerji içkisi satan satıcı ilə söhbət:

Satıcı: "Mən hardan bilim, onun 18 yaşı olmayıb?”

Müxbir: Sifətindən də bilinirdi ki, uşaqdır, bəs niyə satdınız?

Satıcı: "Bilmirəm. Qanunvericiliyi bilirik ki, 18 yaşından yuxarı şəxslərə satmaq olar. Mən bilməmişəm, təxmin etməmişəm ki, onun 18 yaşdan aşağı yaşı var”.

Eyyub Hüseynov – AİB sədri: "18 yaşdan aşağı uşaqlara enerji içkilərinin satışı davam edir. Bunun üçün satıcını cərimə gözləyir. Polis bu işə nəzarət edir.

Və bütün hallarda elə iş aparmalıdırlar ki, uşaqlar bu içkilərdən uzaq olsunlar”.

Sakin: "Ziyanı ola bilər, xeyiri ola bilməz. Təbii içkilər hamısından yaxşıdır. Kənd yerlərində yaşayan insanlar uzun illər yaşayıblar, belə enerjili içkilərdən istifadə etməyiblər, amma fiziki cəhətdən də, əqli cəhətdən də hamıdan yüksək olublar”.

Təəssüf ki, illərdir enerji içkiləri ilə bağlı səslənən mənfi fikirlərə baxmayaraq, indi gənc və yaşlı nəsil, hətta məktəbli uşaqlar arasında da bu içkilərə meyl artmaqdadır.

Mətanət Cəfərova – Həkim: "Energetik içkilərin tərkibində olan xüsusi maddələr var ki, onların miqdarından çox istifadəsi xüsusən uşaqlarda, həmçinin yeniyetmələrdə də ani psixozlara, nevroloji pozuntulara, depresiyalara səbəb ola bilər”.

Ona görə də heç kəs 18 yaşı tamam olmayanlara enerji içkisi satmamalıdır. Əks halda qaydaları pozan şəxslər İnzibatı Xətalar Məcəlləsinə uyğun cərimə ediləcəklər.

Vüqar Səfərli – Hüquqşünas: "İnzibati Xətalar Məcəlləsində müvafiq olaraq inzibati tənbeh nəzərdə tutulmuşdur. Bu qaydaları pozan fiziki şəxslər 50 manatdan 100 manata qədər, vəzifəli şəxslər 100 manatdan 200 manata qədər, hüquqi şəxslər isə 200 manatdan 400 manata qədər cərimə oluna bilərlər”.
Əgər enerji içkisi kiminsə sağlamlığına ziyan vurarsa, onu istehsal edən, satan şəxslər barəsində cinayət işi də başlanıla bilər.

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT