28 tələbə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülüb

16:43 29.01.2020 405
28 tələbə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülüb
Azercell 2020-ci il üzrə Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

28 noyabr 2020-ci il tarixində Azercell Tələbə Təqaüd Proqramı üzrə qalib gələn tələbələrin təntənəli mükafatlandırma mərasimini keçirib. "Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, Azercell-in İnsan Kapitalının İdarə edilməsi departamentinin direktoru Ziba Mustafayeva və SABAH İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova qalibləri təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

"Yarandığı gündən etibarən Azercell tələbələrin fərdi və peşəkar inkişafına böyük töhfə verməklə yanaşı, bu istiqamətdə yeni imkanların yaradılması üzərində çalışır. Biz, istedadlı gənclərin elmi fəaliyyətinin təşviqinə yönəlmiş bir sıra layihələrin təşəbbüskarı olmaqdan qürur duyuruq. Artıq 12 ildir ki, Azercell hər il ənənəvi olaraq tələbələr üçün Təcrübə və Təqaüd proqramları həyata keçirir və şirkətimiz bu günə qədər 230-dan çox tələbəyə təqaüd ayırıb ”,- deyə Vahid Mürsəliyev tədbirdə çıxışı zamanı qeyd etdi.

Xatırladaq ki, Azercell-in Tələbə Təqaüdü proqramına müraciətlərin qəbulu cari ilin sentyabr ayında açıq elan olunub. Müraciət etmiş 1750 tələbədən, 741 öncədən qoyulan tələblərə cavab verərək, mərhələli seçim prosesinə dəvət alıblar. Proqramda iştirak edən bütün tələbələr üçün bərabər şəraitin yaradılması məqsədilə İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri üç ay ərzində paytaxt və bölgə universitetlərinin tələbələri ilə görüşərək proqram haqqında məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, bu il 28 tələbə Azercell təqaüdçüsü adına layiq görülüb. Təqaüdçülərin 9-u Bakı, 10-u bölgə təhsil müəssisələrinin tələbələridir. Digər 9 tələbə isə 2017-ci ildə Təhsil Nazirliyinin SABAH qrupları və "Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində SABAH tələbələri sırasından seçilib. Qaliblər ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə ediblər.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...