“Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinin əsas hissəsinin may ayına qədər yekunlaşması gözlənilir”.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli yerli televiziyaya açıqlamasında belə deyib. O bildirib ki, agentlik tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Anar Nəcəflinin sözlərinə görə, anoloji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılması nəzərdə tutulub. Tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. İşlər yekunlaşandan sonra ərazidə günün pik saatlarında müşahidə olan tıxac problemi aradan qalxacaq.
Qeyd edək ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə start verilib.(publika.az)
Zamantv.az