Impera
XƏBƏR LENTİ
12:03Azərbaycanda daha bir nəfər karantinə alındı12:01Çin koronavirusla mübarizə üçün İrana mütəxəssis qrupu göndərib11:58İdlibdə şəhid olan türk əsgərləri - FOTOLARI22:22Rusiyanın döyüş gəmiləri İstanbul boğazına girdi22:19Bakı Polisindən koronavirus AÇIQLAMASI22:17Ərdoğanın generallarla 6 saatlıq müzakirəsi – QƏRAR AÇIQLANDI22:13Prokurorluqdan Şəkidə tapılan meyitlə bağlı AÇIQLAMA22:12Bu ölkə Azərbaycan vətəndaşlarına turist vizalarının verilməsini dayandırdı - Koronavirusa görə22:08Azərbaycanda iki vəzifəyə TƏYİNAT21:36"Türk əsgəri o nöqtədə olmamalı idi" - Rusiya iddiaları qəbul etmir10:42Məleykə Əsədova üç milyonluq villasını necə aldığını açıqladı10:35Ərdoğanın İdliblə bağlı qapalı İclası 6 saat çəkib10:33Hərbi blokun baş katibi Yerevanda Qarabağı müzakirə etdi21:58Kəmaləddin Heydərov Fərəc Quliyevin oğlunu işdən çıxardı21:56Azərbaycanda 177 nəfər koronavirusa görə xəstəxanaya aparıldı21:55AXCP sədrinin müşaviri həbs edilib14:31Nazirlik Azərbaycandan Gürcüstana keçən şəxsdə koronavirus aşkarlanması ilə bağlı məlumat yaydı14:28Əli Nağıyev: “Qorxu koronavirusdan daha təhlükəlidir” - Video13:55Ata Abdullayevlə "Ana harayı" abidəsinə ziyarət edənlər arasında gərginlik yaşanıb - VİDEO13:04“Neftçi”nin ABŞ-da yaşayan sabiq oyunçusu12:27Gənclər Fondu Xocalı qurbanlarını andı12:25Prezident koronavirusa görə karantinə alındı - Video12:23Baş nazirdən dərsliklərlə bağlı QƏRAR12:18Bakıda baş verən qəzanın görüntüləri - ANBAAN VİDEO22:32Meriya mitinqlə bağlı müraciətə cavab verdi22:30Azərbaycanda 3 nəfərin güllələnməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI22:28Məşhur müğənni koronavirusa görə məhkəməyə getmədi22:19Ərdoğan Qarabağdan danışdı: “Nə ABŞ, nə də Rusiya bu işi həll edib”22:17Rus mediası Xocalıdan yazdı: Qızın sadəcə başı qalmışdı...22:11Təcili yardım maşını sıradan çıxdı - TRAKTORA QOŞDULAR - VİDEO22:04Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya 29 nəfər daxil olub - RƏSMİ MƏLUMAT22:03Azərbaycanlı neftçi vəfat etdi - FOTO21:59Hər müəllimdən ayda 10 manat yığılır? - Təhsil Nazirliyindən AÇIQLAMA21:57İlham Əliyev və xanımı Ayaz Mütəllibovla görüşdü - VİDEO21:54Baş Prokurorluqda YENİ TƏYİNAT - FOTO21:52Xocalını görən litvalı müxbir dəhşətli faktları açdı14:16XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ12:59Mirvari Fətəliyeva: “Hər gün ermənilərin gözündə mənə olan nifrəti görürəm” - MÜSAHİBƏ10:31Göyə dron qaldıran serfer dəhşətə gəldi: akulaların mühasirəsində üzürmüş – VİDEO10:29Nazirlik ağac kəsən şirkəti cərimələdi10:22Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir”10:18Xocalı soyqırımından 28 il ötür15:50Ümidim yalnız Sizədir cənab Prezident!13:03Nazir: "Koronavirusa yoluxanların hamısı sağalıb"13:02“Hürriyet”: “Ərdoğan və İlham Əliyev koronavirusla bağlı müzakirə aparacaq”13:00Bakı Bulvarında qorxunc hadisə - AXTARIŞLAR BAŞLADI12:54Ölümcül virus bütün Avropaya yayıla bilər12:21Bu ərazidə işıq olmayacaq12:12Keçmiş deputat oğlunun məhkəməsi başlayır12:06Koronavirus Vahid Ələkbərovun şirkətinin səhmlərinin düşməsinə səbəb oldu10:48Türkiyə və Britaniyanın müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər10:46Bu gün ilk çərşənbədir10:44Bu gün 20 seçki məntəqəsinin nəticələri ləğv edilib - SİYAHI22:06İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi22:02Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verib14:34Ermənilərin diversiya cəhdinin qarşısı alınarkən bir hərbçimiz şəhid olub13:43Kriminal avtoriteti güllələyən şəxs "dəlixana"ya göndərildi - QƏRAR13:42Malayziyanın 94 yaşlı Baş Naziri istefa verib12:31Azərbaycan Prezidentinin köməkçisi koronavirusdan DANIŞDI12:30İran Türkiyənin koronavirusla bağlı təklifini qəbul etməyib12:29SON DƏQİQƏ - Bakıda 16 mərtəbəli yaşayış binası yanır10:35Koronavirus barədə səs yazısı ilə bağlı açıqlama - RƏSMİ10:31Ermənistan ordusu atəşkəs rejimini 24 dəfə pozub10:29Məşhur müğənni Nəzakət Məmmədova niyə öldürülüb? — VİDEO10:27Koronavirusla mübarizəyə silahlı qüvvələr də cəlb ediləcək10:24Alman nəşri Xocalıdan yazdı22:10Azərbaycanın alacağı hərbi təyyarə bu üstünlüklərə malikdir - ARAŞDIRMA21:45Prezidenti saymayan icra başçılarını DTX aparır: Sırada kim var?21:41Oqtay Gülalıyevdən son xəbər21:40Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu21:24MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı21:15I sinfə qəbul qaydaları açıqlandı - VALİDEYNLƏRİN DİQQƏTİNƏ!13:14Tək yaşayan qadının evinə basqın edib boyunbağısını apardılar - LƏNKƏRANDA13:11Qayınata toy günü kürəkənini öldürüb12:29Novruz bayramında neçə gün evdə qalacağıq?12:25Koronavirus Azərbaycan sərhədlərinə çatır– Qorunmaq üçün nələr almalısız? – SİYAHI12:2140 yaşlı kişi qızının sinif yoldaşını dağa aparıb... – Azərbaycanda şok olay10:36Azərbaycan Avropada 6-cı, dünya isə 10-cu yeri tutur10:35Ermənistan ordusu atəşkəs rejimini 29 dəfə pozub10:34Daha bir icra başçısı hədəfdə - Bu gün həbs olunan İsmayılovun qaynıdır10:32Çində koronavirusdan ölənlərin sayı artmaqda davam edir10:31SOCAR və “Snam” arasında saziş imzalandı17:10Fevralın 21-nə olan hava proqnozu17:09DTX icra başçısını rüşvət alarkən HƏBS ETDİ - YENİLƏNİR13:27Gülər Əhmədovanın oğlunun silahla görüntüsü yayıldı - FOTO13:15Xəstə beyin əməliyyatı zamanı skripka çaldı - Video13:12Azərbaycan Ordusunun bir müddət əvvəl itkin düşmüş əsgərinin meyiti neytral ərazidən götürüldü - FOTO13:09Heydər Əsədovun külli miqdarda əskiyi üzə çıxdı: "Prokurorluğa müraciət etdim..."13:07Türklərin olduğu kafeyə silahlı hücum olub, ölülənlər və yaralılar var10:4910 yaşlı uşaq sosial şəbəkələrdə gündəm oldu - 5 ayda 250 kitab - VİDEO10:47Ermənilər azərbaycanlılardan üzr istədi10:46Fransa polisi keçmiş rektor Elşad Abdullayevin işini araşdırır10:44Nardaran camaatından Aygün Muradxanlıya cavab - VİDEO10:42Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verdi15:29Təhsil Şöbəsinin qarşısında keçirilən etiraz aksiyasına açıqlama15:25Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq14:19Qonşusunu güllələyənin cinayət işini məhkəmə araşdırır14:16“Sədərək”dəki yanğında polisdən BÖYÜK FƏDAKARLIQ - VİDEO14:15Seçkini saxtalaşdıranların cəzası açıqlandı13:23Ata deputat, övlad məmur - ADLAR
BÜTÜN XƏBƏRLƏR

İcbari Tibbi Sığorta üzrə QİYMƏTLƏR məlum oldu - SİYAHI

17 Ock 2020, 11:19   
İcbari Tibbi Sığorta üzrə QİYMƏTLƏR məlum oldu - SİYAHI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Məsumə Talıbova İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə edilən dəyişiklikləri şərh edib.

BAKU.WS həmin məqaləni təqdim edir:

2020-ci ildən mərhələli tətbiqi nəzərdə tutulan İcbari tibbi sığorta sisteminin tətbiqi istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə növbəti addım olaraq Nazirlər Kabineti tərəfindən İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi təsdiq edilib.

Sənəd "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-17.4-cü maddəsinə əsasən hazırlanıb. Xidmətlər zərfində icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri, sığorta limitləri, tibbi xidmətlərin göstərilməsi şərtləri, müştərək maliyyələşmə məbləğləri, habelə gözləmə müddətləri barədə məlumatlar öz əksini tapıb.

Sənədin əlavəsində təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım xidmətləri üzrə tibbi xidmətlərin detallı siyahısı və tarifləri müəyyən edilib.

Xidmətlər barədə dəqiqləşdirmələrə nəzər saldıqda qeyd etmək olar ki, İlkin səhiyyə xidməti bu istiqamət üzrə xidmət göstərən dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərə göstərilir və sığorta ödənişi şəxslərin sayına əsasən ödənilir. Bu xidmət ailə həkimi tərəfindən ambulator qəbul (tibb müəssisəsində tibbi müşahidə və müalicə tələb olunmayan) və ya evdə xidmət şəklində göstərilir. Evdə xidmət şəxsin bilavasitə yaşayış ünvanında həyata keçirilir.
Təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsindən kənar, o cümlədən ambulator və stasionar şəraitdə sığortaolunana göstərilən tibbi yardım icbari tibbi sığorta təminatına daxildir.

Təcili və təxirəsalınmaz tibbi xidmətin göstərilmə şəraitindən asılı olaraq, xidmətin maliyyələşdirilməsi ilə bağlı şərtlərinə gəldikdə isə, ambulans xidmətinin maliyyələşdirilməsi müvafiq ərazi vahidlərində yaşayan əhalinin (qeydiyyatda olan şəxslərin) sayına görə, tibb müəssisəsində ambulator və stasionar şəraitdə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmət isə müvafiq tariflərə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən həyata keçirilir.

Təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi mümkün olmadıqda, tibb müəssisəsi öz maliyyə vəsaiti hesabına sığortaolunanın həmin tibbi yardımı göstərən digər tibb müəssisəsinə göndərilməsini təmin edir.
Xidmətlər zərfinə əsasən sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibbi göstəriş olduğu hallarda göstərilir.
İxtisaslaşdırılmış ambulator tibbi xidmətin göstərilməsi şərtlərinə də Xidmətlər zərfində aydınlıq gətirilib. Belə ki, bu xidmət ailə həkiminin göndərişi (səlahiyyətləri çərçivəsində) və ya ixtisaslı həkimin göndərişi əsasında həyata keçirilə bilər.
İxtisaslı ambulator xidmət, eləcə də instrumental diaqnostik və laborator müayinələr göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq sığortaolunana göstərilməlidir.
Sığortaolunan ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə və ya tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə ambulator şəraitdə ixtisaslı həkimə müraciət etdiyi təqdirdə, hər bir sığorta hadisəsinə görə - 5 manat və tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə isə hər bir sığorta hadisəsinə görə - 15 manat öz vəsaiti hesabına ödəniş etməlidir.
Ailə həkiminin göndərişi olmadan ixtisaslı həkimə yalnız hamilə qadınların ginekoloji tibbi xidmətlər üzrə müraciətinə icazə verilir. Sığortaolunanın ixtisaslı həkimə müraciət etdiyi tarixdən 21 gün ərzində eyni tibb müəssisəsinə eyni ixtisaslı həkimə eyni səbəbdən təkrar müraciət edərsə bu xidmətə görə tibb müəssisəsinə əlavə sığorta ödənişi həyata keçirilmir.

Sığortaolunan ambulator şəraitdə göstərilən MRT və KT xidmətinə görə hər müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəyir.
İxtisaslaşdırılmış stasionar tibbi xidmətin həyata keçirilməsi şərtləri də təsdiq olunmuş sənəd də müəyyən olunub. Şərtlərə əsasən bu xidmət ixtisaslı həkimin göndərişi əsasında və ya təcili və təxirəsalınmaz tibbi yardımın müşayiət vərəqəsi əsasında həyata keçirilir.
Sığortaolunan stasionar tibbi xidmətdən istifadə etmək üçün eyni tibb müəssisəsinə, eyni ixtisaslı həkimə və eyni səbəbdən 45 gün ərzində təkrar müraciət edərsə, həmin müraciət üzrə göstərilən stasionar tibbi xidmətə görə tibb müəssisəsinə əlavə sığorta ödənişi ödənilmir.
Stasionar tibbi xidmətin göstərilməsi zamanı ambulator şəraitdə göstərilən tibbi xidmətlərin dəyəri stasionar tibbi xidmətin tarifinə daxildir (maqnit-rezonans tomoqrafiyası, kompüter tomoqrafiyası istisna olmaqla).

Sığortaolunan göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 5 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə - 30 manat, sığortaolunan göndəriş vərəqəsi olmadan stasionar şəraitdə xidmətin göstərilməsi üçün tibbi ərazi bölməsindən kənar yerləşən tibb müəssisəsinə müraciət etdiyi təqdirdə, ixtisaslı həkimin müayinəsi üçün - 15 manat, müayinənin nəticəsi olaraq ixtisaslı həkimin stasionar tibbi xidmətə göndərişi əsasında 100 manatdan artıq hər bir sığorta hadisəsinə görə - 90 manat öz hesabına ödəməlidir.

Stasionar terapevtik və stasionar cərrahi tibbi xidmətlərin göstərilməsi şərtlərinə gədikdə isə, Stasionar terapevtik tibbi xidmətin tarifi qruplaşdırılmış diaqnozlar arasından sığortaolunana qoyulmuş əsas diaqnoz seçilməklə, stasionar cərrahi tibbi xidmətin tarifi isə tibbi göstəriş olan cərrahi müdaxilənin proseduru seçilməklə müəyyən edilir.

Eyni anesteziya ilə bir neçə cərrahi müdaxilələrin həyata keçirildiyi halda, stasionar cərrahi tibbi xidmətə görə sığorta ödənişi aşağıdakı şərtlər əsasında hesablanır:

• eyni anesteziya növü və eyni anatomik nahiyə üzrə bir neçə əməliyyatın aparılması tələb olunarsa- dəyəri ən yüksək olan cərrahi əməliyyat əsas hesab olunmaqla - tarifin 100 faizi həcmində, dəyərinə görə 2-ci əməliyyat üzrə 50 faizi, 3-cü və daha çox əməliyyatlar üzrə isə 25 faizi həcmində;
• eyni anesteziya növü və müxtəlif anatomik nahiyə üzrə bir neçə əməliyyatın aparılması tələb olunarsa - dəyəri ən yüksək cərrahi əməliyyat olan əsas hesab olunmaqla dəyəri tarifin 100 faizi həcmində, 2-ci əməliyyat üzrə 70 faizi həcmində, 3-cü və daha çox əməliyyatlar üzrə isə 25 faizi həcmində;
Stasionar şəraitdə tibbi xidmətin göstərilməsinə başlanıldıqdan sonra 24 saat ərzində sığortaolunanın evə yazıldığı hallarda, Xidmətlər zərfində müəyyən edilmiş stasionar cərrahi tibbi xidmət üçün tarifin 80 faizi, stasionar terapevtik tibbi xidmət üçün isə tarifin 20 faizi həcmində hesablanır və ödənilir.
Sığorta olunana stasionar şəraitdə müalicə aldığı zaman eyni səbəbdən həm stasionar terapevtik, həm də stasionar cərrahi tibbi xidmət tələb olunduğu təqdirdə, sığorta ödənişi stasionar cərrahi xidmətin tarifi ilə hesablanır və ödənilir.

Yanıq və donvurma zamanı tələb olunan stasionar terapevtik tibbi xidmətlərin tarifinə, digər stasionar terapevtik xidmətlərdən fərqli olaraq, həmin səbəbdən sığortaolunanın müalicəsi üçün tələb olunan cərrahi müdaxilələrin dəyəri də daxildir.

İxtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadığı təqdirdə, tibbi xidmət göndəriş vərəqəsi və tibbi göstəriş əsasında ixtisaslaşdırılmış tibbi yardımı göstərə bilən digər tibb müəssisəsinə köçürülməklə aşağıda qeyd olunan şərtlərlə həyata keçirilir:

• sığorta hadisəsinin başlanılması müddətindən 24 saat ərzində aşkarlanarsa, müvafiq tibbi xidmət üçün nəzərdə tutulmuş tarifin 10 faizi köçürən tibb müəssisəsinə və müvafiq olaraq stasionar terapevtik tibbi xidmətin tarifinin 90 faizi, cərrahi tibbi xidmətin tarifinin isə 100 faizi sığortaolunanın köçürüldüyü tibb müəssisəsinə ödənilir;

• sığorta hadisəsinin başlanılması müddətindən 24 saat sonra aşkarlanarsa, müvafiq tibbi xidmət üçün nəzərdə tutulmuş tarifin 20 faizi köçürən tibb müəssisəsinə və müvafiq olaraq stasionar terapevtik tibbi xidmətin tarifinin 80 faizi, cərrahi tibbi xidmətin tarifinin isə 100 faizi sığortaolunanın köçürüldüyü tibb müəssisəsinə ödənilir.

• stasionar şəraitdə (terapevtik və cərrahi) aparılan müalicənin fəsadlaşması və ağırlaşması nəticəsində sığortaolunan digər tibb müəssisəsinə köçürüldüyü halda, köçürən tibb müəssisəsinə sığorta ödənişi həyata keçirilmir, sığortaolunanın köçürüldüyü tibb müəssisəsinə isə sığorta ödənişi müvafiq tibbi xidmət üçün nəzərdə tutulmuş tarifin 100 faizi hesablanmaqla ödənilir.

Stasionar tibbi xidmətin göstərilməsi zamanı göndəriş vərəqəsi əsasında digər tibb müəssisəsində müayinələr aparıldığı hallarda, sığorta ödənişi həmin müayinələrin tarifi stasionar tibbi xidmətin tarifindən çıxılmaqla hesablanır və göndəriş verən tibb müəssisəsinə ödənilir.

Planlı stasionar tibbi yardım xidməti üçün müraciətlərə koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq xidmət göstərilməlidir.

Koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsini tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri də xidmətlər zərfində yer alıb.
İkitərəfli ağır dərəcəli sensonevral eşitmə azlığı olan sığortaolunanlara koxlear implantasiya əməliyyatı aşağıdakı şərtlərlə göstərilir:
• təminat anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanın yaş həddi 5 yaş, sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanların yaş həddi 40 yaş kimi olan şəxslərə şamil edilir;

• eşitmə aparatının istifadəsi (minimum 3, maksimum 6 ay);

• əməliyyatdan sonra effektivliyin yüksək olması üçün dil hazırlığı təlimlərində iştirakı.

Onu da qeyd etmək lazımdır ki, Xidmətlər Zərfinə əsasən Agentlik tərəfindən bir təqvim ili ərzində 300 koxlear implantasiya əməliyyatları sayının icbari tibbi sığorta fondunun vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.

Oynaqdaxili endoprotezlərin yerləşdirilməsinə gəldikdə isə bu xidmət ixtisaslı həkim rəyi və müvafiq müayinənin nəticələri əsasında diaqnozun müəyyənləşdirilməsindən sonra yalnız diz oynağı və bud-çanaq oynaqdaxili endoprotezlərinə şamil olunur. Agentlik tərəfindən bu xidmət üzrə də əməliyyatlarının sayı 300 olaraq müəyyən edilir.
OXŞAR MÖVZULAR