Impera
XƏBƏR LENTİ
21:40Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB21:16“Ermənistan Məhkəmədə cavabdeh qismində dindiriləcək”-QHT sədri21:11Azərbaycanda 40 yaşlı kişi sevgilisinin qanını tökdü - Təfərrüat20:48Adı “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən saxlanılıb - Foto14:26Azərbaycanda mikroavtobus qəzaya düşdü — Ölən və yaralılar var14:22Azərbaycanda ağır qəza: Sürücü yanaraq öldü14:17İcra başçısından yeni təyinat13:42Mehriban Əliyeva: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"13:28Messi La Liqada 16 il ardıcıl qol vuran ilk oyunçu olub13:27Həftər atəşkəs barədə razılığı pozdu13:22Bakı-Quba yolunda zəncirvari qəza: 6 səhiyyə işçisi xəsarət alıb - FOTO12:09Qarlı hava üzündən avtomobillər yolda qalıblar11:5820 Yanvar faciəsindən 30 il ötür10:15"20 yanvar nə günüdür?" - VİDEO SORGU22:5733 yaşlı qadın dəm qazından boğularaq ölüb22:53Bu il bölgələrdə ictimai nəqliyyat vasitələri yenilənəcək - RƏSMİ13:56Bakıda qaynana kürəkənini döyüb13:04Xırdalan dairəsində əsas hissənin hazır olacağı vaxt açıqlanıb11:28ABŞ İranda hansı obyektləri vuracağını açıqladı11:25Üç yaşlı oğlan yüksək IQ-lü insanlar cəmiyyətinin ən gənc üzvü oldu13:41Prezident müşavirə keçirib göstərişlər verir: Bəs sonra nə olur? - Açıqlama13:38Bu tarixdə Azərbaycanda qeyri-iş günüdür13:33Tramp Omanın yeni sultanı ilə görüşmək istəyir11:25SON DƏQİQƏ: Bakıda şagirdləri daşıyan avtobus qəzaya düşdü11:23Yunis Səfərov sabiq başçını niyə güllələdiyini hər kəsin bilməsini istəyir11:22Azərbaycanda bankda milyonlar mənimsənilib: Məmurlara da pul "atıb"11:19İcbari Tibbi Sığorta üzrə QİYMƏTLƏR məlum oldu - SİYAHI11:18Saatlıda bir ailənin 5 üzvü zəhərlənib22:01MÜTLƏQ OXUYUN: Bu paltarlar xərçəng YARADIR21:56"TikTok"un daha bir qurbanı - Məktəbli özünü öldürdü21:54Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb21:49Milyonçunun hovuzuna helikopterdən heyvan atdılar – VİDEO21:45Moskvada azərbaycanlının meyiti tapıldı21:40Xoşqədəm Nərminin anasının Bakıda ev istəməsindən danışdı21:38SON DƏQİQƏ: Rusiyanın yeni baş nazirinin adı məlum oldu - FOTO21:33AQTA “Bizim market”də 12 ton saxta kərə yağı aşkarlayıb21:30Arzu Rəhimov Sabirabadda və Şirvanda vətəndaşları qəbul edib14:32Həbs olunan icra başçısının hakim oğlu danışdı: “Yaxşıyıq-pisik, işdəyəm, ya deyiləm"13:36UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb13:08Bakıda iki keçmiş məhkum tutuldu12:55Politoloq: “Putin Nazarbayev modelinin analoqunu yaratdı”12:54Mətbuat Şurası seçkidə necə işləyəcək?12:53“Azərbaycan ərazisinin təxminən 20 faizinin resurslarından istifadə etməməsi ölkə iqtisadiyyatı üçün problemdir”12:50MTRŞ İTV-nin təşviqatla bağlı müəyyənləşdirdiyi qiymətlər barədə AÇIQLAMA VERDİ11:13Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ10:50Təbrik edirik!10:44Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub10:42Azərbaycanda rəis müavini iş başında vəfat etdi10:41Yaşayış binasında yanğın olub22:40Ruhani Avropanı təhdid etdi: “Əsgərləriniz təhlükə ilə qarşılaşa bilər”22:38Prezident ona da ev verdi - FOTO22:33Mədət Quliyev əmr verdi - Onu vəzifədən uzaqlaşdırdı22:31Paşinyanın prokurorluqda nəyə görə dindirildiyi bəlli oldu22:29Bakıda beş yaşlı uşaq xəstəxanada öldü - Daha bir həkim səhlənkarlığı iddiası22:25İlham Əliyev nazir Ramin Quluzadəni qəbul etdi22:22Azərbaycan XİN Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat yayıb22:19SON DƏQİQƏ: Nərminin ailəsi Prezidentə MÜRACİƏT ETDİ - “2 balamı xilas edin" - VİDEO22:17“Mehriban xanımdan xahiş edirdik, bizə yemək bişirirdi” - VIDEO22:12Medvedevə yeni vəzifə təklif olundu22:11Daha bir eskalator may ayında istifadəyə veriləcək22:09Azərbaycanlı ana lezbiyan qızını zorla Rusiyadan Bakıya gətirdi, evdə dustaq etdi22:04Ramiz Mehdiyev: "AMEA-da maaşlar çox aşağıdır..."22:01DTX-nın axtardığı həkimi interpol tutdu - İRANDA SAXLANILDI14:14İranın sərnişin təyyarəsini vurmasının yeni görüntüləri yayıldı - Video11:05Kişi nazir uşağına görə məzuniyyət götürəcək - Ölkə tarixində ilk - Fotolar11:03Pakistanda 93 nəfər əlverişsiz hava şəraitinin qurbanı olub11:02Uşaq bağçasında kütləvi zəhərlənmə olub11:00İtkin düşən Ayselin qardaşı DANIŞDI: “Taksi ilə gedib” – VİDEO10:55Boris Conson Şotlandiyanın müstəqillik tələbini rədd edib21:39İcbari Tibbi Sığorta ilə bağlı ŞAD XƏBƏR - 2550 tibbi xidmət müəyyənləşdirildi21:25Azərbaycan Səhiyyəsi üçün biabırçılıq: 5 ay heç kimin xəbəri olmadı - FOTO21:06Bakıda fəhlə qadını zorlayıb, meyiti 16-cı mərtəbədən atdı - VİDEO15:28Rusiyaya yaşıl qar yağdı - Foto15:20Azərbaycanda qəribə hadisə: Şəhid kimi "dəfn edilən" özünün 40 mərasiminə gəlib - Video14:46Nazirlik ciddi nöqsanlara görə işdən azad olmuş işçilərə yüksək vəzifə verdi-Video11:16Bakıda avtomobil mağazaya çırpılıb, sürücü xəsarət alıb - VİDEO- FOTO10:55Alimlər Günəş sisteminin əsas sirrini açıblar10:51Sumqayıtda 31 yaşlı kişinin meyiti yaşadığı mənzildən tapılıb10:50Vaqif Əsədov işdən çıxarılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirdi10:49Prezidentdən kreditlərlə bağlı vacib XƏBƏRDARLIQ - VİDEO22:01Almaniyada 2 ABŞ əsgərinin cəsədi tapılıb21:59Daxili işlər naziri baş redaktoru qəbul edib dinlədi — SON DƏQİQƏ21:54Polis əməkdaşı narkotiklə saxlanıldı? - RƏSMİ21:52İlham Əliyev nazirləri topladı - TƏCİLİ21:49MSK Müstəqil Media Mərkəzi yaratdı - Məzahir Pənahov21:46Ana 3 yaşlı qızını öldürdüyünü etiraf etdi - Səbəbi dəhşətə gətirir16:16Jurnalistə vəzifə verdilər - NAZİRLİKDƏ YENİ TƏYİNAT15:01Daha bir deputatın oğlu namizəd oldu - FOTO14:15Ən yaxşı məktəbin adı açıqlandı: “Orta məktəblərin reytinq cədvəli tərtib olunsun”14:13Vilayət Eyvazov Vaqif Əsədov və bütün DYP-nin şəxsi heyətini SƏRƏNCAMA GÖTÜRDÜ10:36Kraliça 93 yaşında yenidən sükan arxasına oturdu - Foto10:35Toyda dava düşüb, bir nəfər ağır xəsarət alıb10:34Dünya bu görüntüdən danışır: Sultan şahzadənin əlini sıxmadı - VİDEO10:32"Real" 11-ci dəfə İspaniya Super kubokunun qalibi oldu10:31Şimal bölgəsinə qar yağıb18:53Vilayət Eyvazov "Bandotdel"in rəis müavinini işdən çıxardı18:46Ukraynadan İrana qarşı açıqlama: “Təyyarələrimiz İran üzərindən uçmayacaq”16:42Tramp İrandakı etirazçılara fars dilində dəstək verdi16:39Pakistan vətəndaşı qısqanclıqdan azərbaycanlı arvadını bıçaqladı14:31Cəbhədə son vəziyyət
BÜTÜN XƏBƏRLƏR

Yerə yıxılan köməksiz yaşlı xanıma lağ edib gülürdülər

05 Ara 2019, 16:36   
Yerə yıxılan köməksiz yaşlı xanıma lağ edib gülürdülər
Nahardan sonra şəhəri bir az gəzmək istədim. Addımlarımı bir-birinin ritminə uyğunlaşdıraraq bir neçə küçə keçdim. Havanın soyuqluğu məni qarşıma çıxan ilk ticarət mərkəzinin qapısından içəri itələdi.
Bir saata yaxın da mağazaları hərləndim. Nəhayət, evə getməyə qərar verdim. Taksi sifariş eləmək istədim. Ticarət mərkəzinin səs-küyündə telefonla danışa bilməyəcəyimi anladım və küçəyə çıxdım. Telefonla taksi sifariş etdim və səkidə var-gəl edərək gözləməyə başladım. Üzbəüz səkidə dayanan yaşlı qadın nəzərimi cəlb etdi. Ağ saçları yun şalının altından ay haləsi kimi görünürdü. Əlində sellofan torbalarda ərzaqlar vardı. Yəqin ki, yaxınlıqdakı ərzaq mağazasından gəlirdi. Qarayla ağın bir-birini qovurmuş kimi burulduğu naxışlar qadının jaketinə, jaket də sahibinə yaraşırdı. Ayaqlarındakı yüngül dəri ayaqqabının rəngi bozarmışdı, hiss olunurdu ki, ağbirçək qadın onu neçə illərdi geyinir. Bir vaxtlar hardansa oxumuşdum ki, geyimlərin içərisində insana ən çox yoldaşlıq edən ayaqqabılardır…

Qadın səkidə dayanıb o yan-bu yana keçən avtomobillərə baxır, jaketinin qoluyla eynəyini silir, təmkinlə piyada zolağının boşalacağını gözləyirdi. Nəhayət, avtomobillər səngidi, qadın ağ zolaqların üstüylə üzü mənə tərəf gəlməyə başladı. Qət edəcəyi məsafənin yarısına çatmamışdı ki, qəfil dayandı. Başını yana əydi, səntirlədi və yerə yıxıldı. Eynəyi qırıldı, jaketinin ağ zolaqları yolun tozundan bozardı, yaylığı başından sürüşdü, sellofan torbalar cırıldı, aldığı ərzaqlar dağıldı… Üzü mənə tərəf bir-iki alma da diyirləndi.

Əvvəlcə elə bil yerimdə donmuşdum. Qadının yıxılmağı mənə olduqca pis təsir etmişdi. Amma sonra özümə gəlib yerimdən tərpəndim və sürətlə qadına tərəf getməyə başladım. Məndən qabaq çatan iki ortayaşlı kişi qadının qolundan tutub ayağa qaldırdılar. Biri onu qapısını açıq qoyduğu avtomobilinə tərəf apararkən, o birisi yerdəki ərzaqları toplayırdı. Yaxınlaşıb çantamdan çıxardığım kağız torbanı uzatdım. Kişi təşəkkür edib ərzaqları torbaya yığdı və avtomobilə tərəf getdi. Sürücü oturacağında əyləşən dostuna: “Xəstəxanaya sür!”-dedi və arxa qapını açıb qadının yanında əyləşdi. Yalnız avtomobil yanımdan şütüyüb keçəndən sonra dodaqlarımın kilidi açıldı. Dərindən nəfəs alıb geriyə-ticarət mərkəzinin qarşısına döndüm. Səki daşlarının dibində üç alma boynunu bururdu…

Taksi hələ gecikirdi… Başqa vaxt olsaydı, şirkətə yenidən zəng vurar, iradımı bildirərdim, amma indi o halda deyildim…

-Nətəər yıxıldı ə? Hi-hi-hi…

-Sən öl, eynəyi pis yerdə qırıldı e. Təsəvvür elə, eynəyin şüşəsi gözlərinə batır. Uy da!! Nə gözəl “ujas” filmi olardı! Hı-hı-hı…

Qulaqlarıma iannmaq istəmirdim. Yenə də səs gələn tərəfə baxdım. Bir dəstə gənc ticarət mərkəzinin divarının dibinə toplaşmışdı. Qızların sinələrinə sıxdığı iri dəftərlərdən tələbə olduqları anlaşılırdı. Oğlanlarsa dil-boğaza qoymadan nənələri yaşda olan qadının yıxılmağından danışırdılar. Amma elə danışırdılar ki, elə bil dünyanın ən bayağı filminə baxmışdılar. Onların dediyi hər sözə qızlar şaqqanaq çəkib gülürdülər. Hiss edirdim ki, qəzəbim qəhərə çevrilir, boğazımda düyünlənir. Bizim ailə dediyimiz dəyər bumuydu? “Qocalara hörmət edin”- deyə bizə öyrədilən mədəniyyət hara yoxa çıxmışdı? Axı, Azərbaycan qızının gülüşü də nazlı və xanımyana olmalıydı. Bəs bu qızlar? Bunlar niyə yaşlı qadının yıxılmağını lağa qoyub gülən oğlanlara qoşulmuşdular? Çox yox, otuz ildən sonra onlar da həmin yaşa çatmayacaqdılarmı?

-Ayaqqabısına baxdınızmı, Allah bilir, kimin köhnəsidi, geyinmişdi…Ha-ha-ha…-qızlardan birinin səsiydi.

-Yəqin gəlininindi də… Bəyənməyib atıb, arvad da zibil yeşiyindən götürüb geyinib…Hi-Hi…-başqa bir qız da ona cavab verirdi.

Oğlanlar da hırıldayırdı. Bu hırıldamaqla onlar “Azərbaycan ailəsi” ağacının kökünə balta çalmırdılarmı? Bəs, azərbaycanlı humanizmi? Heç olmasa, bu humanizmdən bircə damcı da olsa onların qanında, ruhunda yox idimi?

-Xanım, taksi sifarişi vermişdiniz?

Taksi sürücüsünün səsi məni fikirlərdən ayırdı. Qəhər məni boğurdu, danışa bilmirdim. Başımla “hə” edib arxa oturacağa əyləşdim. Güclə udqunub qəhərimi udmağa çalışdım və evimizin ünvanını dedim.

Evə çatıb özümü qapıdan içəri atınca hönkürdüm… Hə, hönkürdüm… Heç kimə heç nə deməmişdim… Heç o yaşlı qadına da… Onu ayağa qaldırıb xəstəxanaya aparan kişilərə də… Heç o mərhəmətdən məhrum gənclərə də… Amma, özüm bilirdim nəyə ağlayırdım… Mən bu dünyada qəddarlığın mərhəmətə qalib gəldiyinin şahidi olmuşdum… Bəlkə də, çoxları bu qələbəni bayram edərdi. Axı, indi rast gəldiyimiz hər on adamdan doqquzu yaxşılıq etməyi, bircə damcı gülümsəməyi eyib sayır. Mərhəmət təbiətin insana bəxş etdiyi ən gözəl yaraşıqdı və indi çoxlarının bu yaraşığı yoxdur deyə dünyamız çirkinliklə dolub-daşır…

Ağbirçək bir qadının qəfil başının hərlənib yıxılması, eynəyinin qırılması bu günün gənclərinə gülməli gəlirsə, mən sabahımıza ağlamayıb neynəyim bəs?!

Yerə yıxılan köməksiz yaşlı xanıma lağ edib gülürdülər
OXŞAR MÖVZULAR