[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! - Sizcə belə ola bilərmi???


Uzun illər idi ki, Naxçıvanda zabit kimi xidmət edirdim. Müvafiq qanunlara uyğun xidmət yerimin dəyişdirilməsi üçün bütün komandir və rəislərimə raportla müraciət etdim. Bu mənim hüququm idi. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən hər bir zabitin xidmət yeri 6 ildən bir planlı şəkildə birliklərarası dəyişdirilməli idi. Lakin, bu proses Naxçıvan MR-da uzun illərdir ki, yerinə yetirilmir. Buna səbəb isə Naxçıvan hərbi birləşməsinin birbaşa rəhbərliyidir. Uzun illərdir ki, bu məsələ məqsədli şəkildə manipulyasiya edilir. Sözügedən məsələnin konfidensiallığını qorumaq məqsədi ilə qapalı şəkildə saysız-hesabsız müraciətlər, xahişlər etsəm də əhəmiyyəti olmadı. Müraciətlərim bu günəcən hələ də cavabsız qalıb. Vətən, millət naminə hər şeyə dözdüm, zabit qürurumu endirmədim. Bütün müraciət vasitələrim bitdikdən sonra Naxçıvan İnzibati Məhkəməsinə müraciət etdim. İş icraata qəbul olundu (hakim Səxavət Novruzov). O gündən ağrılı-acılı günlərim başladı. Bilmədim zabit kimi xidmət edim, yoxsa məhkəmələrdə qarşılaşdığım haqsızlıqlara dözüm. Xülasə, ümumilikdə 17 dəfə səhnələşdirilmiş məhkəmə keçdim, onlarla təzyiqlərə məruz qaldım, təqib olundum, bütün imtiyazlarım əlimdən alındı, mənə qarşı olan bütün sənədlər saxtalaşdırıldı, sonda hakim Səxavət Novruzov qərəzli olaraq iddiamı təmin etmədi. Sual oluna bilər ki, iddian nə olub? İddiam: Bir hərbi birlikdə 6 ildən çox xidmət etdiyim üçün xidmət yerimin başqa birliklərə dəyişdirilməsini istəyirdim. Mənə müxtəlif bəhanələrlə bildirilirdi ki, guya yerdəyişmələr dayandırılıb ancaq, gündə bir zabitin xidmət yeri dəyişdirilirdi. Maraqlı sualdır! Nəticədə Naxçıvan Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasassiya şikayəti verdim. İş icraata qəbul edildi (Hakimlər Fərman Abbasov, İlqar Mirzəyev, Əhliman Xıdırov). İşə tam ədalətli şəkildə baxıldı və hakim Səxavət Novruzovun çıxartdığı qərarın tam çılpaqlığı ilə qanunsuz olması təsdiq edildi (24.06. 2021-ci il 2-1(108)-17/2021 nömrəli qərardad), qərar qanunsuz hesab edilib ləğv edildi və yenidən düzgün baxılması üçün hakim Səxavət Novruzovun icraatına göndərildi. Dəhşətli anlar da elə ondan sonra başladı. Sanki məndən qisas alırlar kimi işi nə cür pozdularsa, nə cür danışdılarsa, nə alıb-verdilərsə bilmədim, iş Bakı Ali Məhkəməsinin İbzibati Kollegiyasına kimi gəlsə də sözün əsl mənasında uşaqlığını, gəncliyini, bütöv həyatını hərb peşəsinə qurban verən bir zabitin hüquqları taptalana-taptalana getdi. Nəhayət, mən 20 il xidmətim bitən kimi ordu sıralarından tərxis olmağa məcbur oldum. Hansı ki, mən hələ ordu sıralarında bir neçə il xidmət etmək istəyən zabitlərdən idim. Təəssüf, buna imkan vermədilər! Bir zabitin zorla ordu sıralarından kənarlaşdırılmasında xidməti olan şəxslərin kimə xidmət etməsini isə mən özümdə bilmirəm...! Səhhətimdə ciddi problemlər yarandı, bütün kariyeram pozuldu. Maraqlısı isə o idi ki, sözügedən hadisələr general-polkovnik Kərəm Mustafayevin gözləri önündə gedirdi. Susqunluq, susqunluq, susqunluq! Araşdırılsa hər sözün altından yaza bilmədiyim və Vətən naminə yazmaq istəmədiyim nələr çıxacaqsa onu yenə də dövlətimiz və dövlətimizin təhlükəsizliyini qoruyan şəxslər bilər! Ancaq, mən bunu Azərbaycan zabitinə qarşı qatı və tarixi cinayət hesab edirəm! Vətən sağolsun!
Dialoq.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edildi


Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq


Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əksini tapıb.

Bu sahədə icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib.

Qızıl sikkələr 2023-cü il fevral–may aylarında hazırlanmalıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zəngəzurdakı ermənilər “Öncə vətən” şüarından həyəcanlandılar


Qubadlı rayonunun Şurnuxu kəndi ərazisində yerləşən Azərbaycan Ordusunun mövqeləri yaxınlığındakı təpəyə “Öncə vətən” şüarının yazılması qarşı tərəfdəki erməniləri həyəcanlandırıb.

Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan bununla bağlı hay-həşir salıb. “Öncə vətən” kəlməsinin millətçi şüar olduğunu iddia edən Tatoyan Azərbaycan mövqelərilə üzbəüz ərazidə yaşayan ermənilərin bundan narahat olduğunu vurğulayıb.

O, təpəyə yazılan şüarı həm də psixoloji təzyiq hesab edib.

A.Tatoyan Azərbaycan Ordusunun mövqeyini və “Öncə vətən” şüarının şəkillərini çəkərək sosial şəbəkədə tirajlayıb.

Şurnuxu yarısı Azərbaycan Respublikasının Qubadlı rayonunda, digər yarısı isə Ermənistan Respublikasının Sünik vilayətində olan kənddir. 4 yanvar 2021-ci ildə Şurnuxu kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancılıb və həmin hissə Qubadlı rayonunun tərkibinə daxil edilib.

Modern.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam


Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Sərəncamla “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın Fələstində Təmsilçilik Ofisi təsis edildi


Prezident İlham Əliyev Azərbaycanın Fələstində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident, həmçinin Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı da Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək, Xarici İşlər Nazirliyinə isə Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdam və Xocavənd istiqamətlərində mövqelərimiz atəşə tutuldu


Noyabrın 26-sı saat 00:05-dən 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, saat 09:25-dən 10:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Heydər Əliyevin toyu oldu - Fotolar


Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin toy mərasimi keçirilib.

Bu barədə H.Əliyevin anası, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva öz instaqram səhifəsində görüntülər paylaşıb.

"Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun!", - deyə Mehriban Əliyeva paylaşımında qeyd edib.

Qeyd edək ki, toy mərasimi dünən baş tutub.
Heydər Əliyevin toyu oldu - Fotolar
Heydər Əliyevin toyu oldu - Fotolar
Heydər Əliyevin toyu oldu - Fotolar
Heydər Əliyevin toyu oldu - Fotolar



XƏBƏR LENTİ

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...