[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Haber Global”: Ərdoğandan İlham Əliyev və Paşinyan açıqlaması – VİDEO


Türkiyənin “Haber Global” kanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərilə bağlı verdiyi şərhə diqqət çəkib.

Bununla bağlı telekanalın efirində yayımlananın videomaterialda Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə danışdıqdan sonra məsələ ilə bağlı addımlar atılacağını bildirdiyi vurğulanıb.

Həmçinin, Türkiyə Prezidentinin açıqlamalarına əsasən, qeyd olunub ki, dövlət başçısının Praqada keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü baş tuta bilər.

Daha ətraflı “Haber Global”ın videomaterialında:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Laçınla bağlı - 2 sərəncam


Prezident İlham Əliyev Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

1. Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800,0 (səkkiz yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda daha bir bahalaşma bumu... - NARAZILIQ!


Naxçıvan şəhərində taksi xidmətinin qiyməti məsafədən asılı olaraq 2-3 manatdan 4-5 manata qalxıb.

DİA.AZ xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər. Naxçıvan şəhər sakini Murtuz Məmmədov deyir ki, hər gün 2 manata getdiyi yol üçün, bu dəfə taksi sürücüsü 4 manat istəyib:

“ Çalışdığım Cahan Ticarət Mərkəzindən avtovağzala həmişə taksi ilə 2 manata gedirəm. Bu dəfə isə sürücü etiraz edib dedi ki, artıq qiymətlər qalxıb, 4 manat verməliyəm. Mən də məcbur qalıb, verdim. Bu qiymət sərf eləmir deyə, indi piyada gedib-gəlirəm”.
Naxçıvan kiçik şəhər olduğundan, taksilər məsafədən asılı olmayaraq, standart qiymətə aparır: İstər 500 metr, istər 2 km. İndiyə kimi bu qiymət 2 manat, nibətən uzaq Əliabad qəsəbəsi və Mikrorayonlara gediş isə üç manat olub. Sakinlər deyir ki, hazırda şəhər mərkəzində qiymətlər 3-4 manata qalxıb. Mikrorayonlara və Əliabad qəsəbəsinə isə gedəcəyin yerdən asılı olaraq 4-5 manat, bir çox hallarda 6 manat belə istəyirlər.
Şikayətçilər deyir ki, rayonlararası işləyən taksilər də qiyməti qaldırıblar. Şərur rayon sakini Maqsud İsayev deyir ki, əvvəl adambaşı 3 manata getdikləri yola indi 5 manat verməlidirlər:
“Bir neçə gün əvvəl Şərur-Naxçıvan-Şərur istiqamətində taksilər bir nəfəri mənzil başına 3 manata aparırdılar. İndi isə 5 manat istəyirlər”.
Taksi sürücüləri isə qiymətləri məcburi qaldırdıqlarını deyirlər. Uzun illər bu işlə məşğul olan Toğrul Rüstəmov bildirir ki, buna səbəb yanacağın, ərzağın qiymətlərinin qalxmasıdır:
“Biz də cəmiyyətin bir parçasıyıq. Yanacağın, kommunal xidmətlərin qiymətləri artıb. Ərzağın qiymətləri durmadan artır. Hər ay vergi və sosial müdafiəyə də pul ödəyirik. Arada yol polislərinin də qanunsuz cərimələri ilə üzləşirik. Nəqliyyat nazirliyinin əməkdaşlarına da görüm-baxım eləməliyik. Bu səbəbdən qiymətləri qaldırmaq məcburiyyətindəyik. Axı, biz də ailə-uşağımızı dolandırmalıyıq".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Laçın şəhərində ermənilərin törətdikləri dağıntılara baxdı - VİDEO


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb.

Daha sonra dövlət başçısı Laçın şəhərinin mərkəzi küçəsində ermənilərin törətdikləri dağıntılara baxıb, şəhərin ərazisini seyr edib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Laçın şəhəri, Zabux kəndi, Sus kəndi yenidən qurulacaq” - Dövlət başçısı


İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək. Artıq buna hazırlıq işləri görülür.

Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.
O, ərazidə dəymiş zərərin hesablanacağını da söyləyib.

“Mən avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaqdır, dəymiş ziyan hesablanacaqdır. Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaqdır. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, ilk növbədə, yenidən qurulacaq. Əminəm ki, biz buna tez bir zamanda nail olacağıq. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər - genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik" - Ali Baş Komandan


Üstəlik, son aylar ərzində dəfələrlə bizə qarşı hərbi təxribatlar törədilirdi. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənmişdir və bu minalar 2021-ci ildə basdırılmışdır, yəni, müharibədən sonra. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir.

Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.

Dövlət başçısı müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşının mina partlayışı nəticəsində ya həlak olduğunu, ya da ağır yaralandığını xatırladıb.

“Yəni, bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq. Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu - FOTOLAR


Sentyabrın 21-də Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.

Dövlət başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə “Laçın” Qovşaq Yarımstansiyası haqqında məlumat verdi.

Bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.

Diqqətə çatdırıldı ki, strateji əhəmiyyətə malik bu yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq, həmçinin işçi heyət üçün xüsusi yataqxana korpusu tikiləcək.

Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunacaq.

“Laçın” Qovşaq Yarımstansiyasında yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nasosxana binası, yanğın su hovuzu, qəza yağ tutumu, yanğından mühafizə və yanğın xəbərverici sistemləri də quraşdırılacaq.

Prezident “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu - FOTOLAR
Prezident “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu - FOTOLAR
Prezident “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu - FOTOLARPrezident “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu - FOTOLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyevdən Ermənistana XƏBƏRDARLIQ


“Ancaq əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik”.

Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, bu gün Ermənistan yaxşı fikirləşməlidir:

“Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz.

Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın” - Prezident


Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var.

Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.
O, Qarabağda bütün yaşayış məntəqələrinin yerlə-yeksan edildiyini xatırladıb.

“Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli şəhəri də, həmçinin Cəbrayıl şəhəri də, bütün kəndlər. Bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb. Ancaq yenə də bəzi yerlərdə qanunsuz məskunlaşma aparılmışdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular. Halbuki dəfələrlə bu mənzərəni görürdülər, dəfələrlə. Bax, bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın”.

XƏBƏR LENTİ

17:00

Əmrullayev pullu məktəblərdə niyə maraqlıdır? - “Keyfiyyət bərbad vəziyyətdədir”

16:00

“Ermənilər yalnız Cümə məscidini bu məqsədlə tam dağıtmayıblar”

15:00

Millətin yox... biznesinin vəkili... - İLGİNC İDDİALAR...

14:00

Adil müəllimin rəhbəri olduğu rayondan XƏBƏRİ VARMI? - GİLEY

13:40

BŞİH-nin sabiq aparat rəhbəri Ali Məhkəməyə müraciət edib

13:20

"UNEC primitiv üsullarla idarə edilir" - ETİRAZ

13:20

"UNEC primitiv üsullarla idarə edilir" - ETİRAZ

12:00

KTN-də kadrları Anar Hüseynov müəyyən edir... - 30-dan artıq Fətullah Gülən tərəfdarı...

11:40

"Olmayan maşınıma görə sosial yardım təyin edilmirdi..." - NƏHAYƏT...

11:20

Şübhəli tenderlərin daha bir ifşası - saxta şirkətlər yaradıb, dövləti belə soyurlar

11:00

"`Azəriqaz` ayrıca quruma çevrilməlidir..." - TƏKLİF

10:09

"Eyni simalar, eyni adamlar efiri zəbt ediblər, bunu mən yox, tamaşaçılar deyir..." - ETİRAZ

10:00

“Paşa Bank” məşhur işədüzəltmə şirkətini MƏHKƏMƏYƏ VERİB – 560 minə yaxın BORCU DA VAR...

09:40

Bakıda sürücüsü tanınmış həkimi soydu

09:20

Mərhum radara düşdü, 50 manat cərimə gəldi! - Ölən adam maşın sürür?

09:00

Mehriban Əliyeva Ağdamdan paylaşım etdi

22:45

"Bosniyalı, azərbaycanlı və əfqan qardaşımızın sevincinə sevinir, kədəri ilə kədərlənirik" - Ərdoğan

22:37

Şok xəritə: Rusiya bir gündə bütün vilayəti itirdi

22:30

İlham Əliyev xanımı ilə dəmir yolu və avtovağzal kompleksinin təməlini qoydular -YENİLƏNİB

19:22

Xıdırlı və Kəngərli kəndlərinin təməli qoyuldu

19:12

Prezident və xanımı Ağdama getdi

19:04

Naxçıvan gömrüyündə rəsmən bazar açıblar - GİLEY

18:52

İlham Əliyev onları da “Tərəqqi” medalı ilə təltif etdi

18:41

Talıbovun ailə üzvlərinə məxsus daha bir şirkət kapitalını azaldır - DETALLAR

18:27

Prezident bir qrup təhsil işçisini “Tərəqqi” medalı ilə təltif etdi - SİYAHI

18:13

İcra hakimiyyətində ƏMƏLİYYAT: Saxlanılanlar var (YENİLƏNİB)

18:06

Onlara “Əməkdar müəllim” fəxri adı verildi - SİYAHI

17:56

“AĞ ŞƏHƏR” SAKİNLƏRİ TƏHDİDLƏRƏ MƏRUZ QALIR - Ev sahibinin razılığı və məhkəmə qərarı olmadan sakinlərin evləri sökülür...

17:47

Bu təhsil işçilərinə fəxri ad verildi

13:41

Tovuz Dövlət Sosial-İqtisadi Kollecində BAZAR AÇIBLAR - İTTİHAM VAR!

13:27

Məmur Fuad Həziyevin şərab zavodu ORTAYA ÇIXDI... - VİDEO

13:01

Bakıda restoranda inanılmaz olay: Toy sahibləri kütləvi şəkildə aldadıldı - Administrator tutuldu

12:33

2 ay əvvəl 2 şirkət yaradıb 64 minlik tenderi uddu – Bu dəfə Pirallahıda...

12:15

“Ağ şəhər”i qaraldan İdris Əliyevin qardaşının torpaq dələduzluğu - İTTİHAM VAR!