[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda general-leytenant vəzifəsindən kənarlaşdırıldı - SƏBƏB
Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

"Zamantv.az" qaynarinfo-ya istinadən xəbər verir ki, nazir müavinin bir müddətdir səhhətində ciddi problemlər yaranıb.

Nazim Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi barədə redaksiyamıza məlumat daxil olsa da, hazırda informasiyanı dəqiqləşdirməyə çalışdığımız üçün yayımlamağı məqbul hesab etmirik.

Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən Fövqəladə Hallar nazirinin müavini vəzifəsini tutur.

Onun oğlu Mustafa Məmmədov da uzun müddət Dövlət Gömrük Komitəsində, daha sonra FHN-də bir sıra vəzifələrdə çalışıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın mövqeyini öyrənməyə çalışdıq. Bir neçə gün ərzində etdiyimiz bütün cəhdlər nəticəsiz qaldı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda hemofiliya xəstələrinin sayı AÇIQLANIB
"Zamantv.az"ın məlumatına görə, hazırda Azərbaycanda 1 737 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova məlumat verib.

Ölkəmizdə hemofiliya ilə bağlı statistik rəqəmləri açıqlayan mütəxəssis bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələrinin ev şəraitində müalicə olunduğunu qeyd edib:

“Xəstələr stasionar və ambulator şəraitdə müalicə alırlar. Xəstəlik respublika ərazisində Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunda daha çox yayılıb. Hemofiliya irsi genetik xəstəlik olduğu üçün daima müşahidə olunan qanaxma və qansızmalar əvəzedici terapiya ilə müalicə olunur. Ona görə bu xəstələrdə daimi əlillik və ölüm riski ola bilər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbi Prokurorluğun 6 əməkdaşı cəzalandırılıb
"Zamantv.az" bildirir ki, ötən il Hərbi Prokurorluğun 6 işçisi intizam məsuliyyətinə cəlb olunub.

Bunu Hərbi Prokuror Xanlar Vəliyev ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirib.

Qeyd olunub ki, bu, xidməti fəaliyyətdə yol verilən nöqsanlara və pozuntulara görə baş verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Omikron” xaricdən sifariş edilən bağlamalarla yayılır?
Çin hökuməti yerli sakinlərə koronavirusun “Omikron” ştammının yayılması risklərini azaltmaq üçün xaricdən məhsul sifariş etməyi dayandırmağı tövsiyə edib.
Bu barədə Pekinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Ölkə hökumətinin açıqlamasına görə, ola bilsin ki, koronavirusun yeni variantı Kanadadan gələn məktubla Pekinə çatıb.
Xarici poçtdan imtina edə bilməyənlər üçün səhiyyə orqanı bir neçə göstərişə əməl etməyi tövsiyə edib: bağlamaları evdən kənarda maska və əlcəklə açmaq lazımdır, “Omikron” infeksiyası riski yüksək olan ölkələrdən gələn əşyaları antiseptiklə təmizləmək lazımdır.
Həmçinin, Çin səlahiyyətliləri yeni növ koronavirusun bağlamalar vasitəsilə ölkəyə daxil ola biləcəyindən qorxurlar, çünki “Omikron”la ilk yoluxma halı xarici məktubla əlaqəli olub. Pekin sakini Kanadadan məktublar alıb və koronavirusa yoluxub, sonradan bu məktubda virus aşkar edilib.
Çatdırılma zamanı məktub ABŞ və Honkonqa səfər etməyi də bacarıb. Onunla təmasda olan bütün poçt işçiləri karantinə göndərilib. Həmçinin xəstənin bütün ailəsi, kuryer və 60-dan çox insan təcrid edilməli olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırılıb
Zamantv.az -ın məlumatına görə Naxçıvanda kişi şahmatçılar arasında keçiriləcək Azərbaycan çempionatının ümumi mükafat fondu 22 000 manata çatdırılıb.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu qərar rəqabəti yüksəltmək məqsədilə qəbul edilib.

Fevralın 5-də start götürəcək ilin ilk şahmat yarışı Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə gerçəkləşəcək. Çempionatın Naxçıvanda keçirilməsində əsas məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda Muxtar Respublikada şahmata olan marağı artırmaqdır.

40 şahmatçının iştirakı ilə baş tutacaq Azərbaycan çempionatı 2 mərhələdə keçiriləcək. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələnin nəticəsinə əsasən 1 - 4-cü yerləri tutan şahmatçılar II mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatına fevralın 19-da yekun vurulacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya XİN: "Ukrayna-Azərbaycan əlaqələri onların suveren hüquqlarına aiddir"
"Müxtəlif ölkələrin, o cümlədən Ukrayna ilə Azərbaycanın ikitərəfli əlaqələr qurması onların suveren hüquqlarına aiddir, mühüm məsələ bunun üçüncü tərəfə qarşı yönəlməməsidir".

Zamantv.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Prezident İlham Əliyevin Ukraynaya son səfərinə münasibət bildirərkən deyib.

“Biz özümüz başqa ölkələrlə əlaqə qurarkən bu təməl prinsipi əsas götürür, tərəfdaşlarımızdan da eyni mövqeyə riayət etmələrini gözləyirik”, – o bildirib.

M.Zaxarova xatırladıb ki, Prezident İlham Əliyevin Ukraynaya səfəri yanvarın 18-də Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilmiş Rusiya-Azərbaycan liderlərinin telefon söhbətində müzakirə olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Camaat çətin vəziyyətdədir" - ETİRAZ
“Özümüzü qiymətlərə birtəhər uyğunlaşdırmışdıq. Amma bahalaşma hər birimizin büdcəsinə təsir etdi. Qiymət artımından hamı əziyyət çəkir”. Zamantv.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O, qiymət artmının ümumi bir bəla olduğunu bildirib:

“Mən düşünmürəm ki, bu bahalığı hökumət qəsdən edir. Dünyanın bütün ölkələrində bu cür proses gedir. Bu ümumi bir bəladır. Bizim ölkəmizdə az da olsa pensiya və maaşları qaldırırlar. Lakin bununla yanaşı sürətli artım da gedir. Camaat çətin vəziyyətdədir. Bu, çox pis haldır. İnsanlar birtəhər dolanırdı, indi bilmirlər neyləsinlər”.

R.Balayev dövlətdən aldığı təqaüdlə yaşadığını vurğulayıb:

“Mən təqaüd alıb problemləri birtəhər yoluna qoyuram. Pensiya alıram, amma məbləğ cüzidir. O vaxt Səlim Müslümov pensiyamı düzgün hesablamadı. Əvvəllər Kinostudiyada işləyirdim, 2 500 manat maaş alırdım. Elə oldu ki, pensiyaya çıxanda işlədiyim son 5 il nəzərə alındı. Bu səbəbdən çox az pensiya alıram. Məndən əvvəl pensiyaya çıxanlar, az maaş alanlar 2 000 manat pensiya alır. Mən 300 manat alıram. Hökumət sağ olsun, mənə Prezident təqaüdü verir. O təqaüd olmasa, bilmirəm necə dolanardım”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan geri addım atdı: "Heç bir şərtimiz yoxdur" - NƏ BAŞ VERİR?
“Ermənistan tərəfinin sərhədin demarkasiyası məsələsində heç bir ilkin şərti yoxdur”. Zamantv.az modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan deyib. O mövzu ilə bağlı müəyyən anlaşılmazlıq olduğunu söyləyib:

“Düşünürəm ki, müəyyən anlaşılmazlıq var. Demarkasiya məsələsində Ermənistan tərəfinin heç bir şərti yoxdur. Söhbət müqavilələrdən gedir. Noyabrın 26-da Soçidə Ermənistan Respublikasının Baş naziri, Rusiya Federasiyası və Azərbaycan Respublikasının prezidentləri tərəfindən qəbul edilmiş üçtərəfli bəyanatda qeyd olunur ki, tərəflər “Azərbaycanda təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmaq barədə razılığa gəliblər. Ermənistan-Azərbaycan sərhədi və ikitərəfli demarkasiya və delimitasiya komissiyasının formalaşdırılması istiqamətində iş aparır. Ermənistan demarkasiya prosesinə tez bir zamanda başlamağı planlaşdırır”, - Hunanyan bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bahalaşma hələ bundan sonra da DAVAM EDƏCƏK... - Ekspert danışır
“Azərbaycanda ərzaq məhsullarının bahalaşması prosesinə qlobal iqtisadiyyatda gedən proseslərin məntiqi nəticəsi kimi baxmaq lazımdır”.Zamantv.az xəbər verir ki, bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

Onun sözlərinə görə, ötən il hökümət tərəfindən makroiqtisadi sabtiliyin təmin olunması istiqamətində görülən kompleks tədbirlərə baxmayaraq dünya iqtisadiyyatında cərəyan edən təlatümlərin təsirlərindən tam şəkildə qorunmaq mümkün olmadı.

“Ötən ilin nəticələrinə görə, ölkəmizdə orta illik inflyasiya 6,7 % həddində qərarlaşıb. İnflyasiyanın illik səviyyəsi isə 12 % olub. Xüsusilə ərzaq məhsulları 8,1 % bahalaşıb. Dünyanın aparıcı iqtisadiyyatlarında ən yaxşı halda oxşar proseslər gedib. Bəzi ölkələrdə inflyasiya səviyyəsi 30-40 ilin maksimumlarını təzələyib. Ölkəmizdə vəziyyətin nisbətən yaxşı olması ilk növbədə hökümətin milli iqtisadiyyata qlobal təsirlərin minimuma endirilməsi istiqamətində atdığı addımların nəticəsi oldu. Belə ki, daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırıldı. Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilə kimi ilədək uzadıldı.

Nəhayət iri taxıl istehsalçılarının maliyyə vəsaitlərinə əlçatanlığını artırmaq üçün onlara Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizlərlə kreditlərin ayrılması təmin olundu. Nəzərə almaq lazımdır ki, hər zaman yaranmış situasiyadan öz möhtəkir məqsədləri üçün istifadə etmək istəyənlər olub və olacaqdır. Bu tip hallardan maksimal dərəcədə sığortalanmaq üçün dövlət inzibatı alətlərini işə salmalı oldu. Ölkə üzrə unun satışı, çörəyin çəkisinin və qiymətinin gündəlik rejimdə monitorinqinə başlanıb, nəzarət tədbirləri daha da gücləndirib”, - deyə A. Həsənli bildirib.

Ekspert diqqətə çatdırıb ki, ərzaq məsullarının qlobal miqyasda bahalaşmasının fundamental səbəbləri aradan qaldırılmayıb. “Bu, bahalaşma prosesinin hələ bir müddət qalıcı olacağını deməyə əsas verir. Belə ki, 2022-ci ildə buğda, qarğıdalı, düyü, soya və digər kənd təsərrüfatı məhsullarının qiymətinin necə olacağına təsir edəcək bir sıra səbəblər var. Bunlardan ilk olanı və ən az proqnozlaşdırıla biləni havadır. O, aqrar sektor üçün ən az təxmin edilən olub. Son illərdə isə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq ekstremal hava şəraitinin intensivliyi və gücü xeyli artıb. Ötən ildə bu mənada istisna təşkil etməyib. 2021-ci ildə dünyanın bir çox regionunda quraqlıq, şaxta, leysan kimi ekstremal hava şəraiti müşahidə edilib. Bütün bunlar məhsuldarlığa ciddi şəkildə təsir etdi. Ona görə bu faktor hər zaman bazara volatillik gətirəcək. Taxıl bazarında qiymətlər ilk növbədə əsas-ixracatçı ölkələrdə hansı həcmdə məhsul yığılacağından asılı olaraq formalaşacaq.

İkinci mühüm faktor inflyasiyadır. Pandemiya başlayandan bu yana bütün ölkələr onun fəsadları ilə mübarizə aparırlar, o cümlədən iqtisadiyyata əlavə yatırımlar edirlər. Uçot dərəcələrinin düşməsi, əlavə emissiyalar bütün bu faktorlar inflyasiyanın artmasına gətirib çıxarıb. Son aylarda yanacaq, elektrik enerjisi və gübrələr kəskin bahalaşıb. Bu aqrar məhsulların qiymətlərinin sonrakı artımını stimullaşdıracaq.

Nəhayət pandemiya müxtəlif yüklərin vaxtında çatdırılmasında çoxsaylı problemlər yaratdı. Əksər ölkə sərhədlərini bağladı. Bundan başqa bir çox ölkə ərzaq ehtiyatı yaratmağa başladı ki, bu da bazarda çatışmazlığın yaranmasına gətirib çıxardı. İxacatçı ölkələr daxili bazarı qorumaq üçün ərzaq ixracını məhdudlaşdırdılar. Bu da qiymət artımına səbəb oldu. Məsələn 2021-ci ildə qarğıdalı və buğda 20 % bahalaşıb. Yəni sadalanan səbəblər aktuallığını saxlayır, bu da ən azı yaxın perspektivdə bahalaşmanın davam edəcəyini deməyə imkan verir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 "ABŞ Kremli parçalamaq üçün əlindən gələn bütün addımları atır" - İNCƏLƏMƏ...
Rusiya ABŞ-la dialoqda Moskvaya qarşı sanksiyaların nəticə vermədiyini və siyasətində dəyişikliyə səbəb olmayacağını bildirib.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. S.Ryabkov qeyd edib ki, amerikalılarla dialoq zamanı onları başa salırıq ki, “Soyuq müharibə”dən miras qalmış sanksiyalar və digər məhdudlaşdırıcı alətlər işləmir:
"Rusiya bu təzyiqə çoxdan uyğunlaşıb. Bu sahədə mümkün əlavə tədbirlər, hansılar ki, qeyri-legitim, qeyri-qanunidir, onlar ABŞ və Qərbin bizim siyasətimizdə axtardığı hər hansı dəyişikliyə təkan verməyəcək. Dəyişikliyə gətirib çıxarmayacaq”. Zamantv.az -ın məlumatına görə, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov "Şərq"ə açıqlamasında deyib ki, ABŞ Ukrayna üzərindən Rusiyaya qarşı öz təzyqlərini artırmağa çalışır:

"Təbii ki, ABŞ-ın başlıca məqsədi Ukrayna ilə birlikdə olmaq yox, Rusiyanı iqtisadi sanksiyalara məruz qoyub, çökdürməkdir. Rusiya isə əslində ABŞ-la qarşı-qarşıya gəlmək niyyətində deyil. Eyni zamanda Rusiya bütün gücü ilə çalışır ki, özünün ətrafında qərb ölkələrinin, xüsusən də ABŞ-ın çevrələmə siyasətini əngəlləyə bilsin. Təbii ki, Pribaltika ölkələri artıq 2004-cü ildə NATO-ya qoşulublar. Eyni zamanda Belarusiyada iqtisadi durumun gərginliyi Lukaşenko hakimiyyətini çıxılmaz vəziyyətə qoyub. Üstəlik də qərbdən rəsmi Minskə qarşı sanskiyalar var. Bu da Rusiyanı ciddi narahat edən məsələlərdəndir. Qərbin Rusiya ilə bağlı digər bir planı isə rəsmi Moskvanın zəngin enerji resurslarına malik olmasıdır. Bundan hələ ki qərb ölkələri, xüsusən də Avropa Birliyinə məxsus olan ölkələr faydalanırlar. Çünki Avropada qaz təchizatı işinin əksər hissəsini Rusiya həyata keçirir. Amma ABŞ bunlara baxmayaraq Kremli parçalamaq üçün əlindən gələn bütün addımları atır. Rusiya da çalışır ki, özünün varlığını qorusun. Ukrayna torpaqlarının şərq hissəsini Rusiyanın dəstək verdiyi separatçıların əlində olması, Krımın Kremlin birbaşa ilhaqına tabe olması kimi məsələlər açıq bir oyundur. Qapalı məkanda isə məlum olduğu kimi, Finlandiya və İsveç NATO-ya qoşulmaq istəyir. Görünür ki, Rusiyanı hər tərəfdən əhatəyə almaq istəyirlər. Rusiya qərbin bu təzyiqlərinə boyun əymək niyətində deyil. Qərb də həmçinin özünün bütün gücü ilə bu siyasətini davam etdirir. Tərəflərdən biri yumşalmaya gedərsə, gərginlik azala bilər. Lakin indiki vəziyyətdə rəsmi Moskvanın Ukrayna sərhədində yüz minə yaxın qoşunun olması, qərb ölkələrindən oraya silah dəstəyinin verilməsi, hətta Kanadadan hərbçilərin göndərilməsi, İngiltərədən silah-sursat təchizatının reallaşması onu göstərir ki, qərb ölkələri Ukrayna üzərindən manevr etməyə çalışır.

Politoloqun qənaətincə, böyük dairədə olmasa da, kiçikmiqyaslı toqquşmaların baş verməsi ehtimalı mümkündür:

"Amma Türkiyə faktorunun varlığını da nəzərə almaq lazımdır. Türkiyə də ciddi-cəhdlə çalışır ki, yaşana biləcək gərginliyə mane olsun. Təbii ki, Türkiyənin öz dövlət maraqları var. Onun təmin olunması üçün yaxşı fürsət ələ keçib. İnanmıram ki, Rusiya Ukraynanı işğal altına alsın. Edərsə, Rusiyanın parçalanmasının labüdlüyünü ortaya qoyar".

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ