[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Korrupsiyaya yol verən hakimlər müəyyən edildi: İşlərinə SON QOYULDU
Qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb.

Bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeni Qaydalarına uyğun olaraq ötən il 220-dən çox hakimin fəaliyyəti Şura tərəfindən prinsipial qiymətləndirilib, aidiyyəti materiallar əsasında zəruri təhlillər aparılıb. 5 nəfərin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq təkrar qiymətləndirilmələri qərara alınıb.

Eləcə də, fəaliyyətində daha əvvəl peşəkar çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar qiymətləndirilərək 4 nəfərin işində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.

Qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiya məhkəmələrinin 4, Bakı ağır cinayətlər məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya ordusu Ukraynanın 26 hərbi obyektini məhv etdi
Rusiyanın raket və artilleriya qoşunları Ukraynanın 26 hərbi obyektini məhv edib.

Zamantv.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Məhv edilən obyektlər arasında 2 komanda məntəqəsi və 21 hərbi texnikanın cəmləşmə məntəqəsi var.
Konaşenkov əlavə edib ki, gün ərzində Ukrayna ordusunun raket anbarı, 27 ədəd zirehli texnikası və hərbi nəqliyyat vasitəsi də vurulub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı iş adamının 20 milyonu kripto valyutada BATDI
Türkiyədə azərbaycanlı iş adamının külli miqdarda əmlakı mənimsənilib.

Zamantv.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə zərərçəkmiş, Antalyada yaşayan Murad Muradov Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətində bildirib. Onun sözlərinə görə, böyük gəlir əldə etmək məqsədilə qatıldığı kripto valyutada 20 milyon lirə (təxminən 2 milyon 312 min manat) pul itirib.

M. Muradov bildirib ki, Antalyadakı villalarının birini kirayə verdiyi alman ər-arvad ona milyarder olmaq üçün kripto valyutaya sərmayə qoymağı təklif edib. Buna inanan azərbaycanlı iş adamı bir neçə ay ərzində kripto valyutaya 1.2 milyon dollar sərmayə edib. Məqsədi isə qazanılan puldan yeni ərazi almaq olub. Ancaq bir müddət sonra almanlar ortaqlığa sadiq qalmayıb. Belə ki, M. Muradov xaricdə olarkən alman ər-arvad onun bütün hesablarına giriş edərək əmlakını mənimsəyiblər.
M. Muradov hadisə ilə bağlı müraciət edərək, insanları ayıq olmağa, fırıldaqçılara inanmağa səsləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada mülki təyyarə qəzaya uğradı, ölən var
Ukraynanın Zaporjye vilayətində mülki təyyarə qəzaya uğrayıb.

Zamantv.az yerli mediaya istinadən xəbər verir ki, Zaporojye vilayətində qəzaya uğrayan “AN-26” təyyarəsinin Rusiya ordusunun vurmadığı məlum olub. Təyyarənin son dərəcə aşağı hündürlükdə uçduğu müəyyənləşib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, təyyarə həddindən artıq aşağı hündürlükdə uçaraq yüksək gərginlikli elektrik xəttinə dəyib.
Mülki təyyarənin Rusiya hava hücumundan müdafiə vasitələrinin aşkarlanmaması üçün aşağı hündürlükdə uçduğu vurğulanır.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən qəza zamanı ilkin məlumata görə, bir nəfər ölüb, iki nəfər yaralanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev azad olunmuş ərazilərdə bir sıra obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası, Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, işğaldan azad olunmuş ərazilərin bərpasını öz maliyyə imkanları hesabına həyata keçirən Azərbaycan bu sahədə də öz standartlarını yaradıb. Mina problemi, eyni zamanda, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, bərpa və yenidənqurma işləri bütün istiqamətlər üzrə sürətlə və planlı şəkildə aparılır. Su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük Qayıdışın tərkib hissəsidir.

Prezident İlham Əliyev Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış oldu.

Bildirildi ki, işğal dövründə on minlərlə hektar əkinəyararlı torpaq sahələrinin suvarılmaması faktiki olaraq bu sahələrin təsərrüfat dövriyyəsindən çıxarılmasına səbəb olub. Mövcud su anbarlarının qəsdən məhv edilməsi isə Ermənistanın Qarabağda aqrar sahədə dağıdıcı fəaliyyətinin nəticəsidir. Köndələnçay su anbarı buna bariz misaldır. Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək.

İşğaldan azad olunan ərazilərin kənd təsərrüfatı sahəsində potensialı ölkə iqtisadiyyatı üçün mühüm drayverlərdən birinə çevriləcək. Su ehtiyatlarının düzgün idarə edilməsi və səmərəli istifadəsi isə Qarabağda aqrar sahənin inkişafına töhfə verəcək. Hazırda bərpası nəzərdə tutulan su anbarlarının istifadəyə verilməsi ilə bu məsələ həllini tapacaq.

İşğal dövründə Ermənistan məqsədli şəkildə su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin strateji kursuna əsasən, bərpa prosesi zamanı sudan məqsədyönlü istifadə üçün infrastruktur imkanlarını təkmilləşdirilir. Bu, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanıb.

X X X

Sonra dövlətimizin başçısı Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası ilə tanış oldu.

Qeyd edək ki, Qarabağın dirçəlişinə aparan Böyük Qayıdış proqramının əsas tərkib hissələrindən biri yol infrastrukturunun qurulmasıdır. Şuşaya çəkilən Zəfər yolunun cığırı qəhrəman əsgər və zabitlər tərəfindən açılıb. Hazırda bu yolda işlər davam etdirilir – məqsəd Şuşaya avtomobillə daha tez və rahat çatmaqdır. Cəmi 10 ay əvvəlki vəziyyətlə hazırkı mərhələni müqayisə etdikdə mübaliğəsiz demək olar ki, dünyada bu sürət və keyfiyyətdə görülən işlərə rast gəlmək mümkün deyil.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun digər önəmi onun Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir.

Məlumat verildi ki, yolun uzunluğu 81,6 kilometr, hərəkət zolaqlarının sayı 4-6, hərəkət zolağının eni isə 3,5 metrdir. Yol boyu 7 tunelin tikintisi aparılır. Bir neçə tuneldə qazma işləri artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırma üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa, tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı, yol boyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçid və suötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur.

Prezident İlham Əliyev avtomobili tuneldə idarə etdi.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol-nəqliyyat infrastrukturu işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

X X X

Daha sonra Prezident İlham Əliyev Şuşa şəhərinə gəldi.

Məlum olduğu kimi, aparılan kompleks işlər çərçivəsində Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir.

Dövlətimizin başçısı əvvəlcə Şuşa şəhərində tullantıların idarə olunması poliqonunda gedən işlərlə tanış oldu.

Bildirildi ki, burada məişət tullantıları Avropa standartlarına uyğun xüsusi yeraltı konteynerlərdə yerləşdiriləcək. Poliqonda 4 çeşid üzrə 600 ədəd SMART yeraltı konteyner və 11 ədəd xüsusi texnika nəzərdə tutulub. Ərazidə söküntü materiallarının çeşidlənməsi də aparılacaq. Şəhərin su təchizatı sisteminin dayanıqlığının təmini də iki mərhələdə paralel layihələrlə həyata keçiriləcək.

Sonra Prezident İlham Əliyev Şuşa şəhər inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış oldu.

Məlumat verildi ki, hazırda binada işlər tamamlanmaq üzrədir. Şəhərin arxitekturasına uyğun tikilən binada hər cür şərait yaradılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası, Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyev azad olunmuş ərazilərdə bir sıra obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev azad olunmuş ərazilərdə bir sıra obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB + FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avropada inflyasiya sürətlənib
“Eurostat”ın internet saytında verilən məlumata görə, mart ayında Avrozonada inflyasiya illik ifadədə sürətlənərək 7,4 faiz təşkil edib.

Eyni zamanda, Avrozona ölkələrindən başqa İsveç, Danimarka, Bolqarıstan, Macarıstan, Rumıniya və Polşanın da daxil olduğu Avropa İttifaqında mart ayında inflyasiya illik 7,8 faizə yüksəlib.

Fevralda Avrozonada illik inflyasiya 5,9 faiz, Avropa İttifaqında 6,2 faiz təşkil edib. Bir il əvvəl isə eyni göstərici Avrozonasında 1,3 faiz, Aİ-də 1,7 faiz olub.

Son 12 ayda ən aşağı inflyasiya göstəriciləri Malta (4,5 faiz), Fransa (5,1 faiz) və Portuqaliyada (5,5 faiz), ən yüksək inflyasiya isə Litvada (15,6 faiz), Estoniyada (14,8 faiz) və Çexiyada (14,8 faiz) qeydə alınıb. 11,9 faiz).

Mənbə: Lenta.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı jurnalistin əmisi oğlu ruslara ƏSİR DÜŞDÜ
Tanınmış Azərbaycan jurnalistinin əmisi oğlu Ukraynada ruslara əsir düşüb.

Zamantv.az xəbər verir ki, bu barədə jurnalist Esmira Qasımova məlumat verib.

Onun sözlərinə görə, əmisi oğlu Hafiz Qasımov (Kasumov) döyüşlərdə əsir götürülüb:
“O, Ukraynada gedən döyüşlərdə Zaporoje vilayəti Enerqodar şəhərində ruslara əsir düşüb. Əmim oğlu 1980-ci illərdən Ukraynada yaşayır. Onun 62 yaşı var”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tramp jurnalistə əsəbiləşərək studiyanı tərk etdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp uzun fasilədən sonra kameralar qarşısına keçib.

Zamantv.az xəbər verir ki, o, 15 illik dostu olan britaniyalı jurnalist Piers Morqanın “Senzurasız” yeni proqramının qonağı olub.

Belə ki, 75 dəqiqəlik proqramın 30 saniyəlik tanıtımında Trampın Morqana “Mən çox dürüstəm, sizdən də dürüstəm” deməsi gərginliyin artdığını göstərib. Bundan sonra Morqan prezident seçkilərini ədalətli adlandırıb və Trampı məğlubiyyəti etiraf etmədiyinə görə tənqid edib. Buna cavab olaraq Trampın “Yalnız axmaq belə düşünür” deməsindən sonra Morqan “Sən məni axmaq hesab edirsən?” deyə cavab verib. Trampın “hə” deməsi ilə əsəblər daha da gərginləşib.

Bu dialoqdan qəzəblənən Tramp jurnalisti “sədaqətsizlik”də ittiham edib. Daha sonra studiyanı tərk edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynalılar ən çox hansı ölkələrə gedib?
Rusiya qüvvələrini paytaxt Kiyev yaxınlığından geri çəkdikdən sonra diqqət mərkəzinin böyük hissəsini Ukraynanın şərqinə yönəldib.

Zamantv.az xəbər verir ki, sakinlərdən son hücumdan əvvəl bölgəni tərk etməyə çağırılıb.

BMT-nin məlumatına görə, münaqişə başlayandan bəri Ukraynada 11 milyondan çox insanın evlərini tərk etdiyi güman edilir.

Qonşu ölkələrə gedən 5 milyon nəfərlə yanaşı, daha 6,5 ​​milyon insanın müharibə şəraitində olan ölkənin daxilində köçkün düşdüyü güman edilir.

Qaçqınlar həmçinin qərbdəki qonşu ölkələrə, əsasən də Polşaya keçirlər.

BMT bildirir ki, aprelin 19-na kimi beş milyondan çox insan Ukraynanı tərk edib.

Polşa 2 milyon 825 min 463 qaçqını qəbul edib:

Rumıniya 757 047

Rusiya 549 805

Macarıstan 471 080

Moldova 426 964

Slovakiya 342 813

Belarusiya 23 759

Bəzi insanlar Moldovadan Rumıniyaya gediblər və bu səbəbdən qaçqınlar hər iki ölkənin ümumi siyahısına daxil ediliblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kamran Əliyev rayon prokurorlarına tapşırıqlar verdi
Baş prokuror Kamran Əliyev aprelin 21-də Füzuli rayon prokurorluğunun inzibati binasında Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə Zamantv.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə yaşayan 35 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Füzuli və Xocavənd rayon prokurorluqlarının işçiləri ilə, eləcə də Füzuli hərbi və Beyləqan rayon prokurorluqlarında olmaqla əməkdaşlarla görüş keçirib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb.

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ