[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident: “Azərbaycanla İsrailin fəal əməkdaşlığı məmnunluq doğurur”
Bu gün Azərbaycan-İsrail əlaqələrinin əhatə dairəsinin genişlənməsi, bir sıra mühüm sahələrdə ölkələrimizin fəal əməkdaşlığı məmnunluq doğurur.

Zamantv.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirilib.

Hesab edirəm ki, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini genişləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, - Prezident İlham Əliyev vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kanadalı general Ukraynada ƏSİR DÜŞDÜ
Ukraynada Kanada Quru Qoşunlarının generalı Trevor Kadieu Rusiya hərbçiləri tərəfindən əsir götürüb.

Zamantv.az Rusiya KİV-ə istinadən xəbər verir ki, general “Azovstal” kombinatından qaçmağa çalışarkən qarşı tərəfin əlinə keçib.

Trevor Kadieunun kombinatın mühasirəsindən dəfələrlə çıxmağa çalışdığı bildirilir.
Trevor Kadieunun təxminən 7 ay öncə Kanada ordusunun komandanı vəzifəsinə təyin edildiyi, lakin seks qalmaqalı səbəbi ilə 2022-ci ilin aprelində hərbi xidmətdən istefa verdiyi vurğulanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbi geyimdə dilənən "qazi" BİABIR OLDU
Paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədov barəsində araşdırmalar davam edir.
Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astaranın icra başçısı məktəbin idman meydançasını ələ keçirib? - İcra hakimiyyəti isə susur...
Zamantv.az - Astara rayonunda Z.Bunyadov adına 2 saylı məktəb 2016-cı ildə əsaslı təmir edilsə də, təhsil müəssisəsinin idman meydancası daha da yararsız hala salınıb.

Bu haqda rayon sakini, Müsavat Partiyası Astara rayon təşkilatının sədri Tarif Əliyev yazıb.

Tarif Əliyev qeyd edir ki, məktəb təzə salınan bulvarın və dənizin bir addımlığında yerləşir. Bu səbəbdən ərazinin yaxınlığında villalar tikilməyə baslayıb: "İcra başçısı Qəzənfər Agayev üçun də idman meydancasının qurtaracaq hissəsində villa tikildi. Ehtimal var ki, meydancanın ərazisinə də giriblər. Pandemiya dövründə meydancada çoxlu agac əkib park düzəltmək istədilər. İdman meydançasında niyə park salınmalıdır? Bizim təkidimizlə Mənzil İstismar Sahəsinin işciləri agacları çıxarıb kənarda əkdilər”.

Hazırda həmin məktəbin usaqları asfaltın uzərində futbol oynayırlar.

Tarif Əliyev bununla bağlı bir suallar suallar ünvünlayıb: "Niyə məktəb təmir ediləndən sonra idman meydancası daha da yararsız vəziyyətə salınıb? İkincisi, təmirdən sonra idman meydancası bu vəziyyətdə olduğu halda, məktəb necə təhvil verilib? Üçüncüsü, meydancada park salınmasına kim göstəriş verib? Dördüncüsü, İcra bascısını villasının pəncərəsinin altında yerləşən meydança niyə bu vəziyyətdə olmalıdı? Bilavasitə onun maraqlandığı, həll etməli olduğu məsələ deyilmi?”

Tarif Əliyev bildirib ki, Musavatın Astara rayon təskilatı bu barədə icra başçısına rəsmi məktub göndərib.

O, həmin məktubu və icra hakimiyyətinin cavabını redaksiyamıza göndərib.

Müsavat funksionerinin sözlərinə görə, İcra Hakimiyyətinin məktubunda bir sıra məsələlərə cavab verilib, amma məktəbin idman meydançası haqqında yazılanların üstündən sükutla keçiblər.

***

Qəzənfər Ağayev 1961-ci ildə Naxçıvanda anadan olub.

Bundan əvvəl Yardımlı və Masallı rayonlarında İcra başçısı olub.

2012-ci ildən Astara rayonunun İcra başçısıdır. //Basta//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bayrama düşmən kəsilən BAHALIQ... - Maaş-pensiya artımı da heç nəyə yaramır...
Zamantv.az - Azərbaycanda Ramazan bayramı qeyd olunmaqdadır. Bir ay müddətində orucluqdan sonra yenidən oruc tutanlar normal həyata qayıdır. Bir ay müddətinə oruc tutan hər kəs Ramazan süfrəsini çeşidli yeməklərlə bəzməyə çalışır. Ancaq təəssüf olsun ki, hər bayramda olduğu kimi Ramazan bayramında da ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Mütəxəssislər, bu artımı tələbatın artması ilə izah edirlər.
Şablon bir fikir var: “Təlabat çox olduğu üçün təklif bahalaşır”. Yəni bir ərzaq məhsulunu alıb, süfrənə qoymaq istəyirsənsə, hər zamankından bir az çox xərcə düşməlisən. Buna görə də, hər kəs bayram süfrəsini istədiyi şəkildə bəzəyə bilmir. Məsələn toyuq ətinin qiyməti 1 kiloqram üçün 5,80 manatdan başlayır. Yəni bir toyuq aldığın zaman 7-8 manat xərcləməlisən. Nəyə görə, ilk olaraq toyuq ətinin qiymətinin yazıram, çünki kasıb təbəqənin ən çox üstünlük verdiyi qidadır. Bayramlarda süfrələri demək olar ki, toyuq ətindən hazırlanmış yeməklər bəzəyir.

Mal ətinin bir kiloqramı sümüklü ət 11 manatdan başlayır, əgər sümüksüz ət almaq istəsə, bu alıcıya 15 manata başa gələcək. Kərə yağının qiyməti 18 manatdan başlayır. Pomidor-xiyarın da qiyməti bahadır. Pomisor 2,70 manat-3,40 manatadır. Xiyarın ən ucuzu isə 1,70 qəpiyədir. Soğan 1 manat, kartof da 1,40 manatadır. Əvvəllər 99 qəpiyə olan makaronun qiyməti 1,60 manatadır. Ən ucuz konfet 7 manatdır. Süfrələrin bəzəyi olan plov bişirmək üçün isə, düyünün qiyməti 5 manatdan başlayır. “8 km bazarı”nda isə, qiymətlər marketlərdən fərqli olaraq 40-70 qəpik daha ucuzdur. İmkanı az olan, minimum əmək haqqı ilə “yaşamağa” çalışan Azərbaycan vətəndaşı, aylıq büdcəsinə nəzər salıb, bayramı da oruclu kimi keçirməyə məcburdur.

Ötən ilin sonlarında hökumətin yenilənmiş sosial paketi də bazarlardakı qiymətlərlə bacara bilmir. Bu gün ölkədə ərzaq məhsullarının qiyməti bəzi məhsullarda 100 faiz, bəzilərində isə 70-80 faiz bahalaşıb. Yəni çoxu üçün Ramazan bayramı Ramazan günlərindən fərqlənməyəcək. Hələ nəzərə alsaq ki, bayram günlərində qiymətlər bir az da bahalaşır. İndi siz minimum əmək haqqı ilə yaşayan, kirayə haqqı, komunal xərclər ödəməli olan vətəndaşın bayram süfrəsini düşünün...

Bayramlarda bayram yarmarkaları açılır, güya nisbətən ucuz ərzaq məhsulları təklif edilir. Ancaq bu ucuzluq bazar qiymətləri ilə müqayisədə 20-30 qəpikdən kənara çıxmır.

Bayramın mübarək olsun, bayramı adi günlərdən fərqlənməyən vətəndaşım!
Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sərhədlə bağlı mühüm addım: bu xəritələr əsas götürülməlidir - AKTUAL
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sərdar bəy, Rusiya və Qərb diplomatları ölkəmizlə aktiv müstəvidə müzakirələr aparır. Bu cür diplomatik fəallığın artması nə ilə bağlıdır?

- Azərbaycan strateji cəhətdən əhəmiyyətli bir mövqedə yerləşir. Ukraynadakı müharibədən sonra burada da müəyyən riskli məsələlər gündəmə gəlir. Son zamanlar Azərbaycanla bağlı diplomatik aktivlik də bununla bağlıdır. Eyni zamanda ABŞ və Rusiya Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsi üçün xüsusi nümayəndələr təyin edib. Bununla da bağlı da aktiv danışıqlar gedir. ATƏT-in Minsk qrupu məsələsində Azərbaycanın tutduğu mövqedən sonra bu formatda prosesin irəliyə aparılması üçün səylər edilir.

- Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında ikinci dəfə telefon danışığı baş tutdu. İndiki məqzamda vasitəçi olmadan prosesin tam sürətlə irəliləməsi mümkündürmü?

- Burada Ermənistanın mövqeyindən daha çox Rusiyanın yanaşması önəmlidir. Bu gün Ermənistanda olan aksiyalar da məhz Rusiyanın “5-ci kolonunun" əli ilə edilir. Rusiya keçmiş SSRİ məkanında bütün ölkələri təmərküzləşdirib bir yerə yığmağa çalışır. İndiki halda Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı təşkil edilən bütün etirazlar, planlı aksiyalar da Rusiyanın istəyinə uyğundur.

- Ermənistan Rusiyanın diktəsi ilə hərək edirsə, bu aksiyalar nəyə hesablanıb?

- Məqsəd Nikol Paşinyanı Rusiyanın istəklərinə uyğun hərəkət etməyə vadar etməkdən ibarətdir. Eyni zamanda Azərbaycanla bu ölkənin münasibətlərini gərginlikdə saxlamaq da başlıca planın tərkib hissəsidir. Həmçinin Ermənistanın Qərbə mümkün inteqirasiyasının qarşısını almaq əsas prioritet kimi qarşıya qoyulub.

- Qərbin dəstəklədiyi Paşinyanın hara və nə vaxta qədər Rusiyan istəklərinə “hə” deyə biləcək?

- Paşinyan Qərbin dəstəklədiyi dövlət başçısıdır. Burada Qərbin adamı kimi səslənən ritorikalar da yersizdir. Qərbə inteqrasiya yolu tutmaq elə Qərbin adamı olmaq demək deyil. Qərbin adamı ifadəsi onların tapşırıqları ilə hərəkət etmək anlamı ilə izah oluna bilər. Paşinyan indiki halda çalışır ki, Ermənistanın maraqlarına uyğun olaraq Qərbə yönəlmiş bir addım atsın.

- Bəs, Rusiyanın sona qədər Ermənistanla bağlı mövqeyinin dəyişməyəcəyi halda Qərbin burada hansı strategiya sərgiləməsi gözlənilir?

- Ermənistan Qərb üçün də o qədər böyük əhəmiyyətə malik olan bir ölkə deyil. Sadəcə Avropa Birliyi bütövlükdə Cənubi Qafqazı Rusiyanın təsirindən qurtarmaq üçün Ermənistanla iş aparır. Amma Ermənistanın sona kimi Rusiyanın yanında qalması Qərbin üçün o qədər də ciddi bir itki kimi başa düşülmür. Çünki Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistan heç bir strateji əhəmiyyətə malik deyil.

- Sərhəd xətlərinin müəyyənləmsi, xəritələrin hansı illər üçün tərəflərə daha müqabil olması məsələsi gündəmdədir. Optimal variantı nədə görürsünüz?

- Azərbaycan dövləti BMT-yə daxil olarkən öz sərhədləri ilə bağlı bu təşkilata məlumat verib. Bu da o deməkdir ki, elə həmin sərhədlər daxilində bütün məsələlər həll edilməlidir. Əgər burada başqa məsələlər ortaya çıxsa, biz tarixi reallıqları ortaya qoya bilərik. Rusiyadan hansısa bir xəritə təqdim edilsə, biz də Türkmənçay müqaviləsi dövründəki xəritəni əsas götürə bilərik. Çünki Azərbaycan əraziləri həmin vaxt Rusiya tərəfindən işğal olunub. Bundan sonra isə zaman-zaman bizə məxsus torpaqlar dolayı yollarla Ermənistana verilib. Bu xalqımızın iradəsinə ziddi olan addımlar idi. Ona görə də, ölkəmiz BMT-yə üzv olarkən hansı sərhədlərlə daxil edilibsə, ərazi bütövlüyümüz də məhz bu prinsiplə həll edilməlidir. Ya da ki, faktiki Azərbaycan Türkmənçay, hətta Kürəkçay müqaviləsi əsasında sərhəd xəttlərinin müəyyənləşməsinə çalışmalıdır. Bundan başqa bir yol da yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirin öz işçilərindən XƏBƏRİ VARMI? - İLGİNC İDDİALAR...
- Peşə fəaliyyətimizlə bağlı apardığımız müşahidələrə, topladığımız təcrübəyə, işgüzar yazışmalarımızdan gəldiyimiz qənaətə əsasən təxmin edirik ki, bu məqaləmizdə tənqidimizə tuş gələn qarşı tərəfin cavabı təxminən belə olacaq: “Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlar çərçivəsində Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrində fəaliyyətin qanunvericiliyə uyğun təşkili, neqativ hallara qarşı mübarizə, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilir”

Yəqin, nəzərimizə çatdırılacaq ki, “Regional İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə hər hansı bir neqativ halların və nöqsanların müşahidə ediləcəyi təqdirdə müvafiq tədbirlər həyata keçiriləcəkdir”.

Bildiriləcək ki, “Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində də səmərəli fəaliyyətin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

İndi isə keçək əsas məsələyə. Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbi 1 sentyabr 1968-ci ildə yaranmışdır. Məktəbdə ilk direktor Quliyev Qaryağdı Qubad oğlu olmuşdur. Yarım əsrdən çox yaşı olan bu məktəbdə bir neçə ay bundan əvvəl əsaslı təmir işlərinin aparılması üçün vəsait ayırılıb. Təmir işlərinə başlanılan kimi binanın bayır divarlarının daş üzlükləri (aqlay) sökülərək eyni materialdan olan yeniləri ilə dəyişdirildi. Halbuki, köhnələri cilalayıb üzünü ağartmaq daha məqsədəuyğun olardı. Razılaşaq ki, bu, dövlət vəsaitinin səmərəsiz xərclənməsinə ən bariz nümunədir. Təbii, ilk ağıla gələn fikir bu olacaq ki, belə israfçılıqdan səmərə götürən işbazlar vardır. O halda da ilk şübhə sözügedən müəssisənin tabe olduğu Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin başbilənlərinin üzərinə düşür. Üstəlik, işləri yerinə yetirən fəhlələrin də zəhmət haqqının verilmədiyi bildirilir.

Əldə etdiyimiz məlumatlarda həmçinin qeyd olunur ki, Nazirlik tərəfindən aparılan yoxlama nəticəsində məktəb binasının dam örtüyünün lazımi keyfiyyətdə vurulmadığı aşkarlanıb və sökülüb yenidən işlənməsi qərara alınıb. Bildirilir ki, hökumətə qiyməti 60-65 manat civarında başa gələn dam örtükləri sökülərək ayrı-ayrı müştərilərə xeyli uzuc – 25 manatdan satılır. Nazirin Beyləqan rayonuna bu yaxında gözlənilən gəlişinədək dam örtüyünü tələsik yeniləyəcəklər, yəni, yenə də israfçılıq edəcəklər.

RealMedia.az -ın redaksiyasına daxil olan informasiyalarda qeyd edilir ki, Regional İdarənin musiqi məktəbinin əsaslı təmiri üçün nisyə götürülmüş inşaat materiallarına görə Beyləqanda yerli sahibkarlara xeyli borcu yaranıb. Bütün bu israfçılığın, korruptiv əsaslı talançılığın gerçəkləşdirilməsində isə iş icraçısı Cəsarət adlı prarabın adı hallanır. Amma hamı bilir ki, Cəsarət bu israfçılığa yol verəcək qədər naşı da deyil, dövlətin pulunu təkbaşına mənimsəyəcək qədər cəsarətli də deyil.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirin öz işçilərindən XƏBƏRİ VARMI? - İLGİNC İDDİALAR...
- Peşə fəaliyyətimizlə bağlı apardığımız müşahidələrə, topladığımız təcrübəyə, işgüzar yazışmalarımızdan gəldiyimiz qənaətə əsasən təxmin edirik ki, bu məqaləmizdə tənqidimizə tuş gələn qarşı tərəfin cavabı təxminən belə olacaq: “Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlar çərçivəsində Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrində fəaliyyətin qanunvericiliyə uyğun təşkili, neqativ hallara qarşı mübarizə, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilir”

Yəqin, nəzərimizə çatdırılacaq ki, “Regional İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə hər hansı bir neqativ halların və nöqsanların müşahidə ediləcəyi təqdirdə müvafiq tədbirlər həyata keçiriləcəkdir”.

Bildiriləcək ki, “Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində də səmərəli fəaliyyətin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

İndi isə keçək əsas məsələyə. Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbi 1 sentyabr 1968-ci ildə yaranmışdır. Məktəbdə ilk direktor Quliyev Qaryağdı Qubad oğlu olmuşdur. Yarım əsrdən çox yaşı olan bu məktəbdə bir neçə ay bundan əvvəl əsaslı təmir işlərinin aparılması üçün vəsait ayırılıb. Təmir işlərinə başlanılan kimi binanın bayır divarlarının daş üzlükləri (aqlay) sökülərək eyni materialdan olan yeniləri ilə dəyişdirildi. Halbuki, köhnələri cilalayıb üzünü ağartmaq daha məqsədəuyğun olardı. Razılaşaq ki, bu, dövlət vəsaitinin səmərəsiz xərclənməsinə ən bariz nümunədir. Təbii, ilk ağıla gələn fikir bu olacaq ki, belə israfçılıqdan səmərə götürən işbazlar vardır. O halda da ilk şübhə sözügedən müəssisənin tabe olduğu Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin başbilənlərinin üzərinə düşür. Üstəlik, işləri yerinə yetirən fəhlələrin də zəhmət haqqının verilmədiyi bildirilir.

Əldə etdiyimiz məlumatlarda həmçinin qeyd olunur ki, Nazirlik tərəfindən aparılan yoxlama nəticəsində məktəb binasının dam örtüyünün lazımi keyfiyyətdə vurulmadığı aşkarlanıb və sökülüb yenidən işlənməsi qərara alınıb. Bildirilir ki, hökumətə qiyməti 60-65 manat civarında başa gələn dam örtükləri sökülərək ayrı-ayrı müştərilərə xeyli uzuc – 25 manatdan satılır. Nazirin Beyləqan rayonuna bu yaxında gözlənilən gəlişinədək dam örtüyünü tələsik yeniləyəcəklər, yəni, yenə də israfçılıq edəcəklər.

RealMedia.az -ın redaksiyasına daxil olan informasiyalarda qeyd edilir ki, Regional İdarənin musiqi məktəbinin əsaslı təmiri üçün nisyə götürülmüş inşaat materiallarına görə Beyləqanda yerli sahibkarlara xeyli borcu yaranıb. Bütün bu israfçılığın, korruptiv əsaslı talançılığın gerçəkləşdirilməsində isə iş icraçısı Cəsarət adlı prarabın adı hallanır. Amma hamı bilir ki, Cəsarət bu israfçılığa yol verəcək qədər naşı da deyil, dövlətin pulunu təkbaşına mənimsəyəcək qədər cəsarətli də deyil.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya səfiri İsrail XİN-ə çağırılıb
Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

"Zamantv.az" xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb.

“Rusiya xarici işlər naziri Sergey Lavrovun hədsiz iradlarına görə, Xarici İşlər Nazirliyi Rusiya səfirini Avro-Asiya departamentinin baş direktorunun müavini ilə izahat söhbətinə çağırıb”, - deyə məlumatda bildirilib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mariupol sakinlərinin təxliyəsinin ikinci mərhələsi başlayıb
Mariupol merinin müşaviri Petr Andryuşenko bildirib ki, sakinlərin şəhərdən təxliyəsinin ikinci mərhələsi davam edir.

O, bu barədə ümumukrayna məlumat telemarafonunun efirində məlumat verib.

Petr Andryuşenko qeyd edib ki, evakuasiya şərti sükut şəraitində həyata keçirilir, amma Rusiya ordusu razılaşmanı hər an poza bilər.

Mənbə: Unian

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar