[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəlbəcər yolunun yenidən qurulmasına 17 milyon ayrıldı - Sərəncam

Prezident İlham Əliyev Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla səksən kilometr uzunluğu olan Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 17,0 (on yeddi) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizindən də danışıldı

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası baş tutub.

Bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, iclasda Qafqazda baş verən hadisələr də gündəmdə olub.

Belə ki, Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət dəyərləndirilərək müzakirə edilib.

Qeyd edək ki, görüş Beştəpədəki iqamətgahda 2,5 saat davam edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Suqovuşan‒Kəlbəcər yoluna pul ayırdı

Prezident İlham Əliyev Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə 4,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ, Almaniya və Fransa diplomatları “AbzasMedia” ilə əlaqədar XİN-ə çağırıldı

Noyabrın 28-də Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.

“ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.

Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.

Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, Media haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yerli media subyektinin xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmədiyi xatırlanıb.

Sözügedən ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların ölkəmizin ərazisində qeyd edilən qanunvericiliyə zidd hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının da pozuntusu olduğu qeyd edilib.

Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çatdırılıb”, - XİN-in məlumatında qeyd olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xankəndidə Qarabağ Universiteti yaradılır - Sərəncam


Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

Nazirlər Kabinetinə iki ay müddətində Qarabağ Universitetinin nizamnaməsini təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti, həmçinin universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görəcək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll edəcək.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində öldü

Şabranda Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində ölüb.

Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən yük maşınının təkərinin partlaması nəticəsində almış olduğu xəsarətlərdən dünyasını dəyişib.

Məlumata görə, R.Əzimov qardaşına kömək etmək məqsədilə sexə gəlibmiş.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev Kahramanmaraşla bağlı sazişi təsdiqlədi

Azərbaycan Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək.

President.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”ndə əksini tapıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında

Prezident İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə və Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə birgə mətbuata bəyanatında səsləndirdiyi fikirlər dünya mediası tərəfindən geniş işıqlandırılıb.

Avropanın “Euractiv”, “Reuters”, “France24”, “Deutsche Welle”, “Nouve lobs”, “Vlt” və digər KİV-lərinin yaydığı materiallarda Azərbaycan Prezidentinin fikirlərinə istinadla Fransanın Cənubi Qafqazda stabilliyi pozduğu, separatizm meyillərini və separatçıları dəstəklədiyi qeyd olunur.

Yazılarda Prezident İlham Əliyevin Fransanın Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirdiyini, revanşist qüvvələri təşviq etdiyini, regionda yeni müharibələrin başlaması üçün zəmin hazırladığını vurğuladığı bildirilir. Həmçinin Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə etdiyi, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olduğu, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər etdiyi vurğulanır.

Məqalələrdə Azərbaycan Prezidentinin Fransanı başqa dövlətlərə dərs keçmək praktikasına son qoymağa çağırdığı bildirilir. Prezident İlham Əliyevin, həmçinin Fransanın Cənubi Qafqazda destruktiv rol oynadığını, Ermənistanın isə Fransa hökumətinin marionetinə çevrildiyini və bunun regional sabitliyə ciddi təhlükə ola biləcəyini vurğuladığı qeyd olunur.

Materiallarda Prezident İlham Əliyevin Ermənistan hökuməti və ictimai rəyində Fransa hökumətindən gələn yanlış mesajların onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaratdığını dediyi bildirilir.

Rusiyanın “TASS”, “Ria Novosti”, “İnterfaks”, “Komsomolskaya pravda”, “RBK”, “Arqumentı nedeli”, “News.ru”, “Lenta”, “Pravda”, “Vzqlyad”, “Veçernaya Moskva” və digər KİV-ləri Azərbaycan Prezidentinin Ermənistanın Fransanın məsləhəti ilə sülh müqaviləsinin imzalanmasını yubatması barədə fikirlərini önə çıxarıblar. Həmçinin Prezident İlham Əliyevin Fransanın Cənubi Qafqazda destruktiv rol oynaması, Ermənistanın Fransa hökumətinin marionetinə çevrilməsi barədə dediklərinə diqqət çəkilib.

Azərbaycan Prezidentinin Fransanın Ermənistanı silahlandırmaqla onu revanşizmə və separatçılığa sürükləməsini sərt şəkildə pislədiyi bildirilir. Materiallarda vurğulanır ki, Prezident İlham Əliyev Ermənistanı öz gələcəyini qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmağa çağırıb.

Bosniya və Herseqovinanın “Slobodna Bosna” portalı da Azərbaycan Prezidentinin Fransa kolonializmini ifşa etdiyi fikirlərə yer ayırıb. Prezident İlham Əliyevin Fransanın qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olduğunu, törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışdığını vurğuladığı qeyd edilir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulmasının isə onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdiyini qeyd etdiyi bildirilir.

Yazıda Azərbaycan Prezidentinin Fransanın Ermənistanı silahlandırdığını və bunu ictimai şəkildə bildirdiyini, Ermənistanın isə yeni bir müharibəyə başlamaq qərarı verərsə, bunun, ona kömək etməyəcəyini vurğuladığı qeyd olunur.

Türkiyənin Anadolu Agentliyi, Nigeriyanın “The eagle online”, Uqandanın “Monitor”, Hindistanın “First post”, “Times of India”, Sinqapurun “Channel News Asia” kimi media qurumları tərəfindən yayımlanan xəbərlərdə Azərbaycan Prezidentindən sitatlar gətirilərək, Fransanın təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eləcə də Cənubi Qafqazda stabilliyi pozduğu vurğulanır. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyi bildirilir.

Gürcüstanın “Interpress news”, “Geotimes”, “Netgazeti”, “Palitra news”, “Aktual” portalları dövlətimizin başçısının xüsusilə Fransanın neokolonializm siyasəti barədə fikirləri ilə bağlı silsilə materiallar yayıblar. Azərbaycan Prezidentinin fikirlərinə istinadla yayılan materiallarda Fransanın Cənubi Qafqaz regionunda yeni müharibələr üçün zəmin hazırlaması, müstəmləkəçilik siyasətindən əl çəkə bilmədiyi, Avropadan kənarda yaşayan xalqların hüquqlarına və istəklərinə hörmətlə yanaşmadığı qeyd olunur.

Ukraynanın “İnterfaks-Ukrayna”, “Korrespondent”, “Yevropeyska Pravda”, “1 News” və digər KİV-lərində dərc olunan məqalələrdə də Azərbaycan Prezidentinin Ermənistanla aparılan danışıqlar, xüsusilə Fransanın neokolonializm siyasəti barədə fikirlərinə geniş yer verilib. Məqalələrdə Prezident İlham Əliyevin sözlərinə istinadla vurğulanır ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Azərbaycana müharibə lazım deyil. Azərbaycan öz ərazisində vuruşub və ədaləti, beynəlxalq hüququ bərqərar edib. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Məqalələrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın regionda sülh istəyinə dair çağırışları da yer alıb.
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında
Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident onları təltif etdi - Siyahı

Ədliyyə orqanları işçiləri təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər:

Abasova Könül Əlisəfər qızı;

Abbasov Nazim İsa oğlu;

Abışov Vüqar İdris oğlu;

Ağayev Rüfət Salman oğlu;

Eyvazov Xəyal Astan oğlu;

Həsənli Rəşad İsmayıl oğlu;

Həsənov Zaur Rauf oğlu;

Hüseynov Rəşad Tofiq oğlu;

Qəhrəmanov Vüqar İmambala oğlu;

Mehralıyev Azər Umudvar oğlu;

Sabitova Aynur Zakir qızı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lerikdə direktor məktəblini oğurluğa vadar edib? - Şikayət

Lerik sakini Əliyev İntiqam Hənifə oğlu Anaxeber.info-ya müraciətində məktəbli oğlunun direktor tərəfindən hədə-qorxu yolu ilə müəllimin evindən sənəd oğurlamağa təhrik edildiyini açıqlayıb. İ.Əliyev saytımıza deyib ki, Lerik rayon Ləkər kəndinin direktoru Ərəstun Ağayev onun övladını məktəbin müəllimi Firdovsi Ağayevin sənədini onun evindən götürməyə vadar edib. Onun sözlərinə görə, məktəb direktoru uşağı hədələyib, ona təzyiq göstərib: "Həmin kağızları uşaq evə gətirəndə gördüm. Həftə sonuna düşdüyü üçün direktora verməyib, evə gətirmişdi. Soruşanda dedi ki, direktor tapşırıb. Amma direktor bizi təhdid edir ki, buna görə sizi məhkəməyə verəcəyəm. Halbuki uşaq deyir ki, direktor məcbur etdi, mən də götürdüm. Biz bu məsələnin araşdırılmasını xahiş edirik". Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Anaxeber.info


XƏBƏR LENTİ

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT