[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Nə vaxta qədər qohum-qonşu evində gecələyəcəm?” - GİLEY


“Yaşadığım ev neçə illərdir təmir edilmədiyindən qəzalı vəziyyətə düşüb. Həyat yoldaşım vəfat edib, kimsəsizəm. Evim elə vəziyyətdədir ki, bir gün başıma uçacağından qorxuram”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə İsmayıllı rayon, Mollaisaqlı kənd sakini, 67 yaşlı İzafət Qorxmaz qızı Bağıyeva bildirib.

Evin tavanı çöküb, döşəmənin taxtası çürüyüb, divarlarda dərin çatlar yaranıb. Yağan yağış, qar evin təkcə tavandan deyil, divarda açılan dəliklərdən içərisinə dolur. İzafət Bağıyeva deyir ki, dəfələrlə evinə ilanlar, zəhərli həşəratlar girib. Bəzən günlərlə qorxusundan qonşularda gecələməyə məcbur qalıb:

“Təbii fəlakətlərdən sonra çatlar yaranmışdı. Amma imkanım olmadığından təmir etdirə bilmədim. Sonradan daha da bərbad vəziyyətə düşdü. Yağış yağanda hər yana qablar düzürəm, elə vaxt olur ki, su basır evimə girə bilmirəm. Nə vaxta qədər qohum-qonşu evində gecələyəcəm? Utanıram”.

Şikayətçi söyləyib ki, üç qız övladı var, ancaq onların da imkanı yoxdur.

“Olduqca bədbəxt anayam, bunu qonşularım da bilir. Dəfələrlə İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Hətta icra başçısı Nahid Bağırovun da qəbulunda olmuşam. Məsələ ilə əlaqədar ötən il Arxitektura və Memarlıq şöbəsindən gələrək video çəkilişlə evə baxış keçirdilər. Bunun da heç bir nəticəsi olmadı. Daha sonra Mehriban Əliyevaya da yazılı ərizə ünvanladım. Mehriban xanımdan gələn müəyyən göstəriş də İsmayıllı Rayon İcra Hakimiyyətində icra olunmadı. Olduqca çarəsiz durumdayam”,- Bağıyeva qeyd edib.

Şəkərli diabet, o cümlədən yüksək qan təzyiqindən əziyyət çəkdiyini deyən şikayətçi təqaüdünün yalnız gündəlik çörək puluna və dərmanlarına bəs etdiyini deyib.

Kənd icra nümayəndəsi Həşim Həşimov Meydan TV-yə bildirib ki, İzafət Bağıyevanın evinə baxış keçirilib.

Məlum olub ki, ev fiziki aşınmaya məruz qalıb. Bununla bağlı ona rəsmi cavab da göndərilib.

“Bizim kənd sürüşmə ərazisi deyil, zəlzələ də baş verməyib. Ev fiziki aşınmaya məruz qalıb. İcra nümayəndəliyinin isə təmir üçün vəsaiti yoxdur”,- Həşim Həşimov deyib. Bildirib ki, Bağıyevanın üç qız övladı və 2 oğulluğu var.

İsmayıllı Rayon İcra Hakimiyyətindən isə sualları cavablandırmaq istəməyiblər. Qurumdan deyiblər ki, sualı yalnız memar cavablandıra bilər. Lakin müvafiq şöbədən telefonlara cavab verilməyib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin sərgi iştirakçılarına MÜRACİƏTİ


Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli sərgi iştirakçıları!

Hörmətli xanımlar və cənablar!

Sizi sayca ikinci olan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin açılışı münasibətilə salamlayıram.

Builki sərgi işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, milli iqtisadiyyata sürətli inteqrasiyası və dayanıqlı inkişafı, habelə bu istiqamətdə faydalı işgüzar əlaqələrin qurulması baxımından önəmlidir.

Qarabağ tarixən Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olub. Bu ərazilərin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalması ilə barışa bilməyən Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti ‒ ərazi bütövlüyünü bərpa etdi. Şanlı Qələbənin əldə edilməsində birlik və həmrəylik göstərən xalqımız artıq öz Vətəninə, doğma Qarabağa bu torpaqlarda əbədi yaşamaq üçün qayıdır.

Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş guşəsinə çevrilməsi qarşıda duran ən mühüm məqsədlərdəndir.

Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldibdir. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur, Böyük Qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri aparıcı biznes dairəsi ilə birgə əməkdaşlığa, dövlət‒özəl tərəfdaşlığının, habelə regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Bu əsasda artıq ikinci dəfə təşkil edilən, müasir ideyalar, innovativ həllər və səmərəli təşəbbüslərlə zəngin olan “Rebuild Karabakh” Sərgisi faydalı işgüzar mühitin yeni modelini yaradacaqdır.

Sərgi çərçivəsində qabaqcıl biznes subyektlərini yaranmış fürsətlərdən faydalanaraq, ərazilərimizin bərpasına dəstək olan bütün səylərini və yaradıcı ideyalarını bir araya gətirməyə dəvət edirəm.

Əminəm ki, “Rebuild Karabakh” Sərgisi məhsuldarlığına və əldə olunmuş nəticələrə görə maraqlı məqamlarla yadda qalacaq, sərgi çərçivəsində keçirilən görüşlər, müzakirələr və yeni təşəbbüslər işgüzar əlaqələr üçün əlverişli platforma olacaq, Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması naminə göstərilən bütün səylərin və təşəbbüslərin uğurla gerçəkləşməsinə öz töhfəsini verəcəkdir.

Bir daha hər birinizə səmərəli işgüzar günlər diləyir, sərginin işinə uğurlar arzulayıram.

Qarabağ Azərbaycandır!"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan Azərbaycan xalqını təbrik ETDİ


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı rəsmi Tvitter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Can dostumuz, qardaşımız, tale ortağımız Azərbaycanın 18 oktyabr Müstəqillik gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarıma ölkəm və xalqım adından salam və sevgilərimi çatdırıram”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev onları bu ölkələrə səfir təyin etdi


Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında, Şövqi Kamal oğlu Mehdizadə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, Nazim Adil oğlu Səmədov isə Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda bu yollar təmir ediləcək - Prezidentdən SƏRƏNCAM


Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 5,3 milyon manat ayrılıb.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Məclis İlham Əliyev və xanımını təbrik etdi


Milli Məclis Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

Parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik məktubu göndərilsin.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçaya yeni icra başçısı təyin olundu


Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Göyçayın icra başçısı vəzifəsi 7 aydan çoxdur ki, boş idi. 2016-cı ildən rayonun icra başçısı olan Mehdi Səlimzadə bu il fevralın 28-də işdən azad edilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Leyla Abdullayeva Fransaya səfir göndərildi


Azərbaycanın Fransada yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, 41 yaşlı L. Abdullayeva bu təyinata qədər, 2018-ci ildən Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsini icra edib.

L. Abdullayevanın həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Elxan Poluxovla bağlı - Sərəncam


Prezident İlham Əliyev Elxan Poluxovla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Elxan Polux oğlu Poluxov Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elxan Poluxov bu ilin avqustunda Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdı.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Elm Fondu yaradıldı - Prezidentdən fərman


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Reklamınızı SmartBee ilə effektiv edin.

Fərmana əsasən “Azərbaycan Elm Fondunun Nizamnaməsi” təsdiq edilib.

Azərbaycan Elm Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.

Fondun nizamnamə fondu 4 157 866 manatdır.

XƏBƏR LENTİ

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT