Impera
XƏBƏR LENTİ
19:04Hansı oyun, hansı kanalda? - Avro-202018:48Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: - “Atdığımız addımdan vaz keçməyəcəyik”18:37Macarıstanın Baş naziri Azərbaycana gəldi18:23İlham Əliyev Ərdoğanla görüşdü - FOTO18:08Prezidentdən vacib - FƏRMAN17:56Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”17:42Göygölün icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...17:28Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür - İnanılmaz FƏRQ16:12Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib15:57Türkiyə Prezidenti Azərbaycana gəlib15:44Maliyyə Bazarlarına Nəzarət Palatasında süründürməçilik... - İTTİHAM14:28Hadi Rəcəblinin təklifi dəstəklənmədi - AÇIQLAMA14:02İcra başçısının qəbulunda ŞOK OLAY... - Şikayətçiyə cavab verə bilməyən müavin İSTEFA VERDİ13:30Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir13:17Azərbaycan birinci Dünya Çimərlik Oyunlarının medal sıralamsında altıncı yerdə qərarlaşıb13:00Ərdoğan Bakıya yola düşüb12:46Deputatdan UN MÖHTƏKİRLİYİ... - Qiymətləri qaldırdı...12:10"Nutrilak" körpələrimizi HƏDƏFƏ ALIB!!! - VİDEOFAKT11:35Putindən Paşinyana müəmmalı zəng: hədəf Türkiyədir? - İLGİNC11:14"Leş Tofiq"in "Ovçular"la nə əlaqəsi?.. - İTTİHAM10:59BNA-nın dayanma-durma oyunbazlığı... - Belə qayda yaratmırlar, narazılıq yaradırlar...10:42Azərbaycan nefti BAHALAŞDI10:19Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub16:52Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:39"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:25Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:57İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:40Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:33"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:24Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....10:59"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:41Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:18Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:22Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:13“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM18:03BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?15:44BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?15:13Əliyev Paşinyanı darmadağın etdi: Nikol isə yalana əl atdı - VİDEO13:28İşdən çıxarılan xanım dosent açıq məktub YAZDI - İTTİHAM13:10Bakı Nəqliyyat Agentliyinin rəsmisi saxta arayış verib - İTTİHAM12:44Oktyabrın 11-i ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçildiyi gündür12:28Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA11:29Məhərrəm Quliyevlə bağlı ilginc iddia... - "O, kimdən ehtiyat edir ki?"11:09Təhməzlinin rəhbərliyi altında işləmək istəmirlər... - İDDİA10:57Lənkəran şefi biznesə girişib... - İDDİA10:40Bu ərazilərdə qaz olmayacaq10:19Sentyabrda Azərbaycanın gündəlik neft hasilatı 755 min barrel olub10:03Atəşkəs rejimi 22 dəfə pozulub19:05Uğurlu siyasətin mütərəqqi nümunəsi: mürəkkəb geosiyasi regionda səmərəli inkişaf kursu18:23Masallıda sakinlər etiraz edir... - VİDEO18:03"Suriyanın xəritəsini öz xeyrinə dəyişdirmək istəyənlər bunu Azərbaycana da edə bilərlər"17:46Dilqəm və Şahbazla bağlı son durum: - Ailəsindən AÇIQLAMA15:12Bu müəllimlərin MAAŞLARI ARTIRILDI14:59ABŞ-ın KÜRD SEVDASI... - "Sülh çeşməsi"ndə boğulacaq14:47Bakıda müştəridən qanunsuz pul tələb edən “Başkent” restoranı - FOTOFAKT14:31Azərbaycanın ən böyük ticarət mərkəzilərindən biri sökülür? - VİDEO14:18Azərbaycanda 5 maliyyə qurumu HESABATINI NİYƏ GİZLƏDİR? - MÜƏMMA13:35Şair Alxasovun hesabat təlaşı... - İDDİA12:40Ceyhun Bayramova SUAL: - Tələbələrə təhsil kreditinin verilməsi niyə yubanır?12:16Azərbaycan Mərkəzi Bankının keçmiş əməkdaşı Rusiyada tutuldu, Bakıya təhvil verilir - KREDİT İŞİNİ SAXTALAŞDIRIB, 30 MİLYON MƏNİMSƏYİB...11:53Sabiq nazirin hegemonluğuna nə zaman “dur” deyiləcək? - Füzuli Ələkbərov zülmü ərşə qalxıb11:30İraqın Baş naziri parlamentdən yeni SƏLAHİYYƏT İSTƏDİ17:41Baş nazirin müavinləri də vəzifədən azad olunur?17:20Nəqliyyat Nazirliyinin binası bu quruma verildi17:08N.Məmmədovdan NİYƏ İMTİNA EDİLDİ? - Çünki o...16:54Ağacan Abıyev icra başçısına SƏSLƏNDİ: - "İdmanın adını batırmayın!"16:37Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...16:21“Sevimli Dad”ın məhsulu təhlükəlidir – MAĞAZALARDA YARARSIZ MƏHSULLAR SATILIR16:07Qazaxıstanlı ekspert: "Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur"15:38Azərbaycanda yeni viza növü tətbiq ediləcək15:14“Ədəbiyyat qəzeti” yayınları seriyasından çap olunan kitablar təqdim ediləcək14:58Azərbaycanda ölümcül döyülərək yol kənarına atılan gənc qız öldü14:52İlham Əliyev Gürcüstanın Baş Nazirini qəbul edib - FOTO14:33“Azersun”a yaxın olan 1 milyon kapitallı ŞİRKƏT YARADILIB14:1427 illik hakimiyyət bitir? - Onu bu vəzifəyə Elçibəy gətirmişdi...13:25Əli Əsədovun təyinatı çox şeyi dəyişəcək... - Novruz Məmmədov niyə getdi?13:08"Elə şərtlər qoyublar ki, adı var özü yoxdur kimi..." - GİLEY12:52ABŞ neftin qiymətinə dair proqnozunu aşağı salıb12:40Əhmədzadənin kadrları da özü kimi "işləyir"... - İDDİA12:00BNA-nın "kor xəlifəsi"... - Və ya işləmək istəməyən Vüsal Kərimli...11:28GDU düzəlmir ki, düzəlmir... - İTTİHAM10:44Azərbaycanda insanları öldürən beş təhlükəli xəstəlik10:28Xəzərdə daha bir zəlzələ olub - YENİLƏNİB10:11“Türkiyə Suriyaya daxil olarsa, Konqresin “cəhənnəmdən gəlmə” sanksiyaları işə düşəcək" - Amerikalı senator19:53AXCP sədri Əli Kərimli camaatı piket adı ilə küçəyə icazəsiz yürüşə çağırıb, özü gəlmədi - Qorxudan gizləndi19:27Qara günlü Astara –Qəzənfər Ağayev 7 ildir ağ günə çıxara bilmir…19:10Bakı sakininə qarşı 34 min dollarlıq dələduzluq edilib16:02İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - ŞƏRH15:51“Bu hakimlər “günahkarın səsini kəsmək üçün günahsızın başını kəsirlər” – FAKTLARA SÖYKƏNƏN ARAŞDIRMA11:42Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"11:21"Sakit Göl Hotel Shamakhy"da ƏCAİB QAYDA - ETİRAZ11:02Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir? - DOSYE10:48Saxta əlillik qalmaqalı: Bir nazirlikdən başqa bir nazirliyə ittiham: - “Məsuliyyəti həkimlər daşıyır”10:36Novruz Məmmədov istefa verəcək10:24Neftin qiyməti bahalaşır20:03Fazil Məmmədovun bankı rəsmən çökdü – Yüksək vəzifəli şəxslər…19:52BNA-da şikayətlər səngimir: - “Məqsəd vətəndaşları cərimələyib pul yığmaqdırsa...”19:37Ölmüş heyvanlardan 2 manatlıq sosiska hazırlayırlar? – VİDEO19:18Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşünün vaxtı bilinib19:05Qoşqar Təhməzlidən kiçik yeyinti... - Dövlət büdcəsndən qəpik-quruş oğurluğu
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın növbəti məğlubiyyəti: Azərbaycan mövqelərini gücləndirir - TƏHLİL

03 Ekm 2019, 16:46   
Ermənistanın növbəti məğlubiyyəti: Azərbaycan mövqelərini gücləndirir - TƏHLİL

Avrasiya İqtisadi İttifaqının (Aİİ) İrəvanda sammitinin baş tutacağı son ana qədər sual altında idi. Bu ehtimalı, əsasən, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya qarşı demarşları azaldırdı. Əslində, İrəvanın toplantıya ev sahibliyi etməsi bir protokol qaydası idi və son ana qədər də bəlli deyildi ki, Rusiya prezidenti Vladimir Putin sammitə qatılacaq, yoxsa yox. N. Paşinyan iqtidarı dəfələrlə Moskvadan Aİİ-nin sammitinin keçirilməsini xahiş etsə də, Kreml “Soros tərəfdarları”ndan formalaşdırılan Ermənistan hakimiyyətinə şans vermək fikrində deyildi. Protokola görə sammit Ermənistanda keçirilməli idi, lakin Putinin toplantıya qatılacağı barədə hələ yekun fikir söylənməmişdi. V. Putin İrəvana son anda səfər elədi. Lakin Rusiya prezidentinin Ermənistana səfəri də protokol qaydasından uzağa getmədi. Ümumiyyətlə, “İrəvan sammiti” gözlənildiyi kimi, sıradan bir tədbir oldu və toplantı çərçivəsində heç bir mühüm sənədə imza atılmadı.

Toplantının iflasa uğramasından Ermənistan hakimiyyəti də qıcıqlanıb. Lakin Ermənistan mətbuatı daha çox sammit çərçivəsində reallaşan İran-Ermənistan müzakirələrini qabartmaqla, diqqəti Aİİ-nin toplantısının uğursuzluğundan yayındırmaq istəyir. Hazırda Paşinyana müxalifət mövqedə duran, keçmiş hakimiyyətə yaxın olan siyasi dairələr və mətbuat vurğulayır ki, Paşinyan və İran prezidenti Həsən Ruhani arasında baş tutan müzakirələrdə hazırkı hakimiyyətin heç bir rolu yoxdur. Onların söslərinə görə, adıçəkilən müzakirələr Serj Sarkisyanın iqtidarı dönəmində gerçəkləşən “enerji daşıyıcıları əvəzinə qaz” proqramı çərçivəsində baş tutub. O ki qaldı Putinin və Rusiyanın Paşinyana münasibətinə, prosesin daha dərin təhlili göstərir ki, Putinin Paşinyana və ümumiyyətlə Moskvanın İrəvana münasibəti Sarkisyanın devrilməsi və Koçaryanın həbsi ilə bağlı deyil. Bəli, belə bir məqam mövcuddur. Lakin bu, köməkçi elementdir, həlledici amil anlamına gəlmir. Məsələ ondadır ki, Ermənistan Baş nazirinin yürütdüyü qeyri-konstruktiv, qeyri-ardıcıl, paradoksal siyasət belə münasibətlə nəticələnməli idi. Paşinyan diplomatiya barədə təsəvvürə belə malik deyil. İrəvanın hazırkı xarici siyasəti o dərəcədə təzadlıdır ki, bölgədəki və dünyadakı reallıqlarla qətiyyən uzlaşmır. Onu da vurğulayaq ki, Koçaryan-Sarkisyan dönəmində də İrəvanın manevr imkanları daralmışdı və Paşinyanın iqtidara gəlməsi məhz bu cütlüyün buraxdığı kobud səhvlərinin nəticəsi idi. Paşinyan dalana dirənmiş bir ölkəni miras alıb və bundan sonra bu ölkə ilə nə edəcəyini anlamır. Ermənistanın yeni Baş naziri qısa bir zamanda fiaskoya uğradığını dərk edir və Ermənistan-Rusiya münasibətlərini heç olmasa dalana dirənmiş Koçəryan və Sarkisyan dönəminə qaytarmağa cəhd göstərsə də, Kreml yalnız protokol qaydasına uyğun davranmaqla kifayətlənir.

Ermənistan diplomatiyası məğlub durumdadır, Aİİ-nin son toplantısı da bunu sübuta yetirdi. Belə ki, adətən, belə mühüm tədbirlərə ev sahibliyi edən ölkə başçıları ayrı-ayrılıqda hər bir dövlət başçısı ilə görüşür, tədbir çərçivəsində mühüm sənədlərə imza atılır. Bu dəfə isə diqqəti çəkəcək heç bir ciddi müzakirələr aparılmadı. Paşinyana yaxın mətbuatın bu qədər qabartdığı İranla aparılan müzakirələrə gəldikdə isə bunu İrəvanın uğuru kimi deyil, Tehranın manevri kimi dəyərləndirmək olar. Belə ki, İrana qarşı Qərb ölkələri tərəfindən sanksiyalar qüvvədə olduğundan Tehran belə toplantı və təmaslardan öz maraqları üçün istifadə edir. İran Aİİ-na maraq göstərməklə əslində, Qərblə Rusiya arasında manevr edir. Tehran bununla Qərbə nümayiş etdirir ki, sanksiyalar İslam Respublikası üzərindən götürülməsə, Rusiya ilə daha da yaxınlaşa bilər. Göründüyü kimi, burada Ermənistanla əməkdaşlıqdan söhbət getmir, İran Rusiyaya yaxınlaşa biləcəyini vurğulamaqla Qərbin sanksiyalarından yayınmağın yollarını arayır.

Bir məqama da diqqət edək ki, Paşinyan İrəvana səfər edən Putinin dilindən xüsusi bəyanatların səslənəcəyini gözləyirdi. Putin isə nəinki Paşinyanın ünvanına xoş jestlər etdi, əksinə, onunla günün sonunda, özü də sammit çərçivəsində görüşməklə Ermənistana və onun Baş nazirinə olan münasibətini nümayiş etdirmiş oldu.

Bu yerdə xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl ABŞ-a səfəri öncəsi Paşinyanın Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası onun yalnız ABŞ Prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi. Bütün bunların - Paşinyanın dünyada qəbul olunmamasının səbəbi isə onun yürütdüyü qeyri-konstruktiv siyasət, bölgədə və dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır. Ermənistan mediası, ekspertləri də etiraf idir ki, elə buna görə də son illər Ermənistan olan-qalan nüfuzunu da itirir.

Unutmaq olmaz ki, Sarkisyan rejiminin də Kremllə ciddi problemləri mövcud idi və əvvəlki hakimiyyət Qərbə, Avropa İttifaqı ilə əməkdaşlığa can atırdı. Ziddiyyətli, qeyri-konstruktivlik üzərində qurulan siyasət Sarkisyanın sonunu gətirdiyi kimi, Paşinyanın da sonunu gətirə bilər.

Sarkisyan rejiminin sonunun gəlməsində mühüm rol oynamış daha bir faktor isə Ermənistanın işğalçılıq siyasətini israrla davam etdirməsi idi. Paşinyan da o yolu gedir. Paşinyanın rəhbəri olduğu Ermənistan işğal davam etdirməklə (işğal faktını Paşinyan özü etiraf edir) özünü bütün beynəlxalq layihələrdən kənarda qoyur və yeganə sığındığı ölkə olan Rusiya ilə münasibətlərinin korlanması isə İrəvanı tam çıxılmaz vəziyyətə salır. Bütün bunlar İrəvanın müstəqilliyin ilk illərindən yürütdüyü birqütblü siyasətin nəticəsidir. Paşinyan Ermənistanın üzünə açıq olan yeganə qapını qapatmaqla ölkəsini tam fiaskoya uğradıb. Paşinyan Ermənistanın son nəfəsliyini bağlamaqla, bir siyasətçi olaraq, özünün də sonunu yaxınlaşdırır.

Artıq heç bir müstəvidə İrəvan Bakı ilə rəqabət apara bilmir. Hazırda Azərbaycan daha əlverişli mövqedədir. Bakının başlıca uğuru isə çoxvektorlu siyasətə üstünlük verməsidir. Avro-atlantik məkana inteqrasiya ilə yanaşı, Azərbaycan İslam və türk dünyası, o cümlədən Rusiya ilə sıx əməkdaşlıq edir. Azərbaycan diplomatiyası Ermənistandan fərqli olaraq, yalnız bir ölkənin maraqlarına xidmətə yönəlməyib. Onu da qeyd edək ki, bu gün dünyada cərəyan edən proseslər fonunda - Yuqoslaviyanın dağılması, Əfqanıstanda, Suriyada, İraqda, Liviyada, Misirdə davamlı xaosun yaşanması, Ukraynanın faktiki olaraq parçalanması dünyanın xaosa sürükləndiyini göstərir. Bu kontekstdə böyük geosiyasi güclərin terror qrupları yaratması, onları silahla təmin etməsi çox ciddi təhdid olaraq qalmaqdadır. Bu təhdid hər kəsi düşündürür. Azərbaycan Prezidenti İlham Əliyevin dünyanı düşündürən bu kimi problemləri araşdıran, məşhur “beyin mərkəzləri”ndən olan “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən plenar iclasına dəvət olunması Bakının tutduğu yolun nə dərəcədə doğru, mövqeyinin nə dərəcədə sanballı olduğunu göstərir. 2004-cü ildə yaradılan “Valday” Beynəlxalq Diskussiya Klubunun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub adını da buradan götürüb. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” klubunun qonağı olublar. Rusiya Prezidenti Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Digər ölkələrin rəhbərləri isə bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir. Bakı dünya gücləri ilə birlikdə "Proseslər belə davam edərsə, dünyanı hansı təhlükələr gözləyir? Dünyada sabitliyi, təhlükəsizliyi, iqtisadi artımın dayanıqlığını necə təmin etməli? İnsanların rifah halını necə artırmalı?" suallarına cavab axtarır. Paşinyanın erməni “obıvateli”nə ünvanlanmış “Miatsum” çağırışı fonunda Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”nin plenar iclaslarına dəvət alması Azərbaycanın, onun rəhbərinin beynəlxalq aləmdəki yerinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında iştirakla yanaşı, Rusiya Prezidenti Vladimir Putinlə görüşünün keçirilməsi həm də iki ölkə və iki lider arasında münasibətlərin nə dərəcə yüksək səviyyədə olmasının təzahürüdür.
APA Analytics
OXŞAR MÖVZULAR