Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər

11:30 24.08.2019 447
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər

Əkrəm Həsənov: “Əsgərovu həbs etsələr, bəlkə bundan sonra məmurlar, onların yaxınları gedib öz borclarını verərlər”

Arif Əsgərov nəqliyyat nazirinin müavini vəzifəsində çalışarkən onun zaminliyi ilə oğlu Elnar Əsgərov “Dəmirbank”dan kredit alıb. Belə aydın olur ki, Əsgərovlar krediti alıblar və bu haqda “unudublar”. Sonradan “Dəmirbank” ləğv olunub, öhdəlikləri Əmanətlərin Sığortalanması Fonduna ötürülüb və iş məhkəməyə qədər uzanıb. Gedişatdan belə məlum olur ki, Əsgərovlar kredit məsələsi məhkəməyə gedəndən vaxtı uzatmağa yönələn bir xeyli addımlar atıblar. Amma son nəticə olaraq üzərilərinə aldıqları krediti faizləri ilə birgə ödəmək öhdəliyi qoyulub. Ali Məhkəmə keçmiş nazir müavininin oğlu Elnar Əsgərovla birlikdə 92 min 622 dollar pul ödəməli olduqlarını öz qərarında yazıb.

Belə aydın olur ki, keçmiş nazir müavininin oğlu təkcə “Dəmirbank”dan deyil, “Bank Standard”dan da kredit alıb və qaytarmayıb. Hazırda Əmanətlərin Sığortalanması Fondunun borca görə Elnar Əsgərova qarşı qaldırdığı iddia üzrə iş də Ali Məhkəmədədir.
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, əgər girov varsa, ilk növbədə hərraca çıxarılıb satılmalıdır: “Girovun qiymət krediti ödəmək üçün kifayətdirsə, yəni girovun satışından əldə olunan vəsait krediti ödəmək üçün kifayətdirsə, kredit bağlanır. Satışdan əldə olunan məbləğ artıq qalırsa, girovun sahibinə qaytarılır. Girovun satılmasından əldə olunan gəlir krediti bağlamırsa, təbii ki, qalıq həddində borc alanın və zaminlərin borcu qalır. Bu halda onların başqa əmlakları da varsa, girov qoyulub-qoyulmamasından asılı olmayaraq həmin əmlaklara da tutma yönləndirilə bilər. Əgər şəxsin evi 1-dən çoxdursa, 2-ci evin üzərinə həbs qoyula, satıla və kredit məbləği götürülə bilər. Vətəndaşın 1 evi varsa, həmin evlə bağlı qeyd olunan əməliyyatlar aparıla bilməz. Ev əşyaları, insanın yaşaması üçün zəruri olan əşyalara da toxunmaq olmaz. Bu da kifayət etmirsə. Bu halda qanuna görə icraata xitam verilməlidir. Əslində bu, vətəndaşın müflis olması deməkdir. Amma Azərbaycanda praktika fərqlidir. Bəzi hallarda vətəndaşların ölkədən çıxışına qadağa qoyulur. Belə hallarda vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsi ilə 1 aya qədər inzibati qaydada həbs edilirlər. Bundan sonra isə Cinayət Məcəlləsinin 306-cı – məhkəmə hökmünü, qərarını icra etməməyə görə 3 il müddətinə həbsə alınırlar. Adını da qoyurlar məhkəmə qərarını icra etmir”.
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Əkrəm Həsənov deyir ki, belə həbslər qanunsuzdur: “Qanuna görə, vətəndaş imkanı ola-ola aldığı borcu ödəmirsə, yəni qərəzli şəkildə ödənişdən yayınırsa, bu halda barəsində tədbir görülə bilər. Amma Azərbaycanda vətəndaşlar var ki, kredit götürüblər, sonradan pulu geri qaytarmaq imkanları olmayıb. Bunu nəzərə almayıb guya üzrlü səbəb olmadan pulu qaytarmamaqda ittiham olunublar. Pulun olmamasını üzrlü səbəb hesab etməyiblər. Belə işlərdən şikayətlərin bir neçəsi Avropa Məhkəməsinə göndərilib. Əsgərovların işinə gəlincə, Azərbaycanda bu məsələdə də ayrı-seçkilik var. Kimi istəyirlər həbs edirlər, kimi istəmirlər həbs etmirlər.

Hüquq-mühafizə orqanları, icra məmurları Avropa Konvensiyasının “heç kəs borcu ödəmək iqtidarında olmadığına görə həb oluna bilməz” müddəasını eşitmək belə istəmirlər. Azərbaycan Konstitusiyasına görə də borcu ödəmək imkanı olmayan şəxsin həbsi yolverilməz hesab edilir. Hətta Konstitusiya Məhkəməsinin qərarı var, məhkəmə qərarlarının qərəzli icra etməmənin meyarlarından biri vətəndaşın imkanının olmasıdır. Bəzi hallarda bu qərar nəzərə alınır, bəzi hallarda isə yaxına belə buraxmırlar. Bu gün Azərbaycanda cəza yerlərində borcu ödəmək iqtidarında olmayan şəxslər var. Məhkəmələr 3 il müddətinə azadlıqdan məhrum ediblər. Əsgərovlarla bağlı eyni gedişatın olacağına inanmıram. Bu gün bağlanmış “Dəmirbank”da yüzlərlə vətəndaşın, şirkətin əmanətləri qalıb. Həmin pullar bu gün Əsgərovkimilərin cibindədir. Bu gün qapadılmış banklarda məmurların, onların yaxınlarının milyonlarla ölçülən kreditləri var. Kimi həbs ediblər? Ancaq adi vətəndaşı 10 min borca görə həbsə alırlar”.

Əkrəm Həsənov deyir ki, borc məsələlərinə görə həbsi qanunsuz sayır: “Ancaq Əsgərovkimilərindən birinin həbs olunmasını görsəydim, deyərdim ki, heç olmasa, hamıya qarşı edirlər bu əməli. Əsgərovu həbs etsələr, bəlkə bundan sonra məmurlar, onların yaxınları gedib öz borclarını verərlər”.

Əkrəm Həsənov deyir ki, iş üzrə gedişatdan belə görünür ki, Əsgərovlar aldıqları krediti ödəməmək üçün məsələni mümkün qədər uzatmağa çalışırlar: “Aidiyyət məsələsi qoyulur ki, Elnar Əsgərov Binəqədidə qeydiyyatdadır, Nərimanovda yaşayır, işə də Nərimanovda baxılsın. Əslində bu, məhkəməni uzatmaqdır, biabırçılıqdır. Qanun belə vaxt uzatmaya görə Elnarı, onun vəkilini cərimələməlidir. Əsgərov bilə-bilə vaxt uzadır. Ali Məhkəmənin qərarı sondur, yəni pul ödənməlidir. Amma belə hallarda adətən icra prosesinin gecikdirilməsi baş verir. Belə hallara son qoyulmalıdır. Həbs edirlərsə, fərq qoymadan hər kəsi – məmurları, onların yaxınlarını da tutmalıdırlar. Bundan sonra banklardan aldıqları pulları ödəyəcəklər”.

musavat.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ