“Mütləq növbədənkənar parlament seçkiləri keçirilməlidir”

10:17 26.04.2018 528
“Mütləq növbədənkənar parlament seçkiləri keçirilməlidir”
Prezident İlham Əliyevin sərəncamı ilə formalaşan yeni hökumətdə 4 deputatın da yer alması müzakirələrə yol açıb. Əvvəlki iki yerin də boş qaldığını nəzərə alsaq, artıq Milli Məclisdə 125 deyil, 119 deputat oturur.

Məlumat üçün bildirək ki, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə, deputat Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyinat alıblar. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ilin martında onun deputatlıq səlahiyyətlərinə xitam verilib. Bundan əlavə, iki həftə öncə deputat Astan Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib.

Hazırda deputatsız qalan dairələr bunlardır: 14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 34 saylı Xətai ikinci, 91 saylı Ucar Seçki Dairəsi. 6 deputat yeri boş qalandan sonra hökumətin parlamenti buraxıb, ilin sonuna qədər növbədənkənar seçkilərə gedəcəyi ilə bağlı iddialar artır.

Maraqlıdır, 6 dairə üzrə seçkilər olarsa, yaxud növbədənkənar seçkilər təyin edilərsə, müxalifət bu seçkilərdə iştirak edəcəkmi?

ADP sədri Sərdar Cəlaloğlu öncə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən son referendumu yada saldı: “Bu dəyişikliklər mövcud parlamentin fəaliyyətini qanundan kənar edir. Belə ki, hazırkı parlament bundan öncəki konstitusiya ilə seçilib. Bu uyğunsuzluq mütləq aradan qaldırılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir. Cəmiyyətimizdə də çox ciddi narazılıqlar var. İlham Əliyev elan edib ki, ölkədə ciddi nəzarət mexanizmi həyata keçirməliyik. Bu mexanizmdən biri siyasi nəzarətdir ki, bu da parlamentdə müxalifətin təmsil olunması ilə mümkündür. Digəri isə ictimai nəzarətdir. Bu isə mətbuat azadlığı ilə mümkündür. Milli Məclisdə real müxalifətin təmsil olunması üçün müəyyən addımlar atılmalıdır. Qardaş Türkiyə və düşmən Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbləri var. Azərbaycan da iki dövlətlə eyni geopolitik müstəvidə olduğu üçün ölkəmizdə mütləq növbədənkənar parlament seçkiləri keçirilməlidir. 6 dairə üzrə seçkilər keçirmək əvəzinə, parlamenti buraxıb yeni seçkilər keçirilməsi daha məntiqlidir. Onu da nəzərə almaq lazımdır ki, bu gün vəzifələrindən uzaqlaşdırılan yüksək rütbəli məmurların parlamentdə qohum-qardaşları, tanışları təmsil olunur. Bu baxımdan da Milli Məclisin yenidən formalaşmasına ehtiyac var. Bir sıra deputatları himayə edən Ziya Məmmədov, Fazil Məmmədov, Səlim Müslümov və digərləri artıq vəzifələrdə deyillər. Milli Məclisin təhlükəsizliyini təmin etmək üçün yeni seçkilər çox vacibdir. Bir faktı da deyim, Azərbaycan praktikasında şahidi olmuşuq ki, bir sıra dairələr 5 il belə boş qalıb, yəni o dairələrə seçkilər keçirilməyib. Bu baxımdan 6 dairə üzrə təkrar seçkilərin olacağını düşünmürəm. Əgər işdir seçki olsa, o zaman baxacağıq ki, bu seçkilərdə iştirak etməyə dəyər, ya yox”.


AĞ Partiya başqanı Tural Abbaslı hakimiyyətin boş qalan dairələrdə seçkilər keçirməyəcəyini düşünür: “Qanunvericiliyə görə, boş qalmış yerlərə hakimiyyət istəsə, yenidən seçkilər keçirə bilər. Ancaq bundan öncəki müşahidələrim deməyə əsas verir ki, hakimiyyət boş qalmış yerlərə seçki keçirməkdə həvəsli olmur. Həm də düşünmürəm ki, 6-7 yerə görə hakimiyyət yenidən seçki prosesi kimi özü üçün ”zəhlətökən" və problemli işə girişməz. Növbədənkənar parlament seçkiləri söhbəti artıq uzun müddətdir davam edir. Bu məsələdə son qərar hakimiyyətdən, daha doğrusu, onun birinci şəxsindən asılıdır. Düşüncəm budur ki, bugünkü iqtidar növbədənkənar parlament seçkiləri keçirə bilər yox, keçirməlidir. Bu, artıq labüddür. İstər dünyada, istər regionumuzda, istərsə də elə ölkəmizdə baş verən siyasi prosesləri analiz etsək görərik ki, indiki parlament buraxılmalı və daha yeni, bu günün ictimai- siyasi, iqtisadi çağırışlarına cavab verən təzə parlament formalaşdırılmalıdır. Bizim hazırkı parlament bir çox deputatların səsləndirdikləri məsuliyyətsiz və sərsəm fikirlərə, bəyanatlara görə xalq arasında da etimadını çoxdan tükədib. Hazırkı parlamentdə, demək olar ki, müxalifət təmsil olunmur, siyasi polemikalar getmir, fikir mücadilələri aparılmır. Hamısı onlara tapşırılan “lehinə” və ya “əleyhinə” düymələrini basmaqla məşğuldurlar. Hakimiyyət nəinki növbədənkənar parlament seçkiləri keçirməlidir, bunu daha şəffaf, daha demokratik və daha ədalətli şəraitdə etməlidir. İslahatlara başlamanın ən gözəl yollarından biri parlamentin demokratikləşdirilməsidir. Biz AĞ Partiya olaraq hər zaman o düşüncədə olmuşuq ki, siyasi partiyaların işi seçkilərdə iştirak etməkdir. Seçkilərdə iştirak edərək qalib gəlməyə çalışmalıyıq. Odur ki, istər boş qalan yerlərə seçkilər keçirilsə, istərsə də növbədənkənar seçkilər keçirilsə AĞ partiya bu seçkilərdə tam gücü ilə iştirak edəcək. Biz yeni və yüksək siyasi iddialı partiya olaraq hər seçkini bir şans kimi görürük".

Yeni AXCP-nin sədri Razi Nurullayev seçkilərlə bağlı heç bir plan qurmadıqlarını söylədi: “Hazırda nə 6 dairə üzrə, nə də ümumi parlament seçkiləri ilə bağlı plan qurmuruq. Şəxsi mülahizələrim var ki, erkən parlament seçkiləri keçirilə bilər. Açığı, boş qalan yerlərə seçkilərin keçirilməsi ağlıma batmır. İnanıram ki, növbədənkənar parlament seçkiləri keçiriləcək. Çünki bu seçkilər 2020-ci ildə olarsa, növbəti parlament seçkiləri prezident seçkiləri ilə eyni zamana düşəcək. Bütün dünyada, o cümlədən Azərbaycan kimi ölkələrdə belə düşüncə var ki, parlament seçkiləri prezident seçkilərindən öndə olmalıdır. Bu bir az da ölkədə sabitliyin qalmasına xidmət edən amildir. Məhz buna görə 2020-ci ildə parlament seçkilərinin keçirilməsi real görünmür”.

AMİP katibi Əli Orucov boş dairələr üzrə seçkilərin keçiriləcəyi təqdirdə müxalifətin buna maraq göstərməyəcəyini qeyd etdi: “Hökumətin qismən də olsa yenilənməsi, yeni simalara etimad göstərilməsi parlamentin də dəyişdirilməsini diktə edir. Hakimiyyət qolları bir-biri ilə sinxron və sıx əlaqəli olduğundan bu yenilənmələr paralel aparılmalıdır. Əks halda aparılan kadr islahatları istənilən effekti verməyəcək. Bundan başqa, düşərgələr arasında siyasi mübarizə parlament divarları arasına gətirilməsə, bu, gec-tez meydanlara daşınacaq. Qısacası olaraq hakimiyyət qolları da yenilənməyə, islahatlara getməlidir. Hakimiyyət parlamentdə məsuliyyəti bölüşə biləcək siyasi qüvvələrin formalaşmasına şərait və imkan yaratmalıdır ki, gedən siyasi rəqabət inkişafa təkan versin. Əgər parlament deyil, boş qalan yerlərə seçkilər keçirilsə, çox ehtimal ki, müxalif düşərgə bu seçkilərdə iştiraka maraq göstərməyəcək. Nəzərə almaq lazımdır ki, yeni prezident və komandasına ən çoxu 100 gün vaxt tanınacaq. Payıza doğru isə ictimai-siyasi proseslər yenidən qızışa, hətta bu mübarizə meydanlaradək gedib çıxa bilər”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...