Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti Corc Herbert Uoker Buşa həyat yoldaşı Barbara Buşun vəfatı ilə əlaqədar başsağlığı verib.zamantv.az-ın xəbərinə görə, başsağlığı məktubunda deyilir:
"Zati-aliləri,
Həyat yoldaşınız xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".
Zamantv.az