İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb.[/b]
Ruhani Türkmənistan səfərini başa vuraraq Bakıya yollanıb. İran prezidenti səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə görüş keçirəcək. Martın 29-da isə iki ölkə arasında iqtisadi konfransı baş tutacaq.
Ruhanini Bakı səfərində müşayiət edən nümayəndə heyətinə xarici işlər naziri, neft naziri, sənaye, mədən və ticarət naziri, idman və gənclər naziri, İran prezident aparatının rəhbəri və nəqliyyat naziri daxildir.
Qeyd edək ki, bu səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti əsasında reallaşır.(Azvision)
Zamantv.az