Bu gün Bakıda, Yasamal rayonundakı “Mәhsul” stadionunda birlәşmiş müxalifәtin növbәti mitinqi keçirilәcәk. Mitinqi Milli Şura, Müsavat partiyası vә NİDA Hәrәkatı birgə təşkil edirlərMitinq şәhәr icra hakimiyyәtilә razılaşdırılıb vә saat 15:00-da başlayacaq.
Budәfәki mitinqin әsas mәqsәdi aprelin 11-də keçirilmiş prezident seçkisinә etiraz etmәkdir. Mitinqə qatılan müxalifәt partiyaları seçkinin nәticәsini tanımadıqlarını bildiriblər. Mitinqdә hәmçinin әvvәlki tәlәblərin – siyasi mәhbuslara azadlıq, talana son vә sair şüarların sәslәndirilәcәyi bəyan olunub.
Zamantv.az