“İslahatlar həyata keçirən hökumət...” - Etibar Məmmədov da seçkidən danışdı

15:32 13.04.2018 605
“İslahatlar həyata keçirən hökumət...” - Etibar Məmmədov da seçkidən danışdı
Aprelin 11-də prezident seçkiləri keçirildi. İlham Əliyev səs çoxluğu ilə növbəti 7 il üçün Azərbaycan prezidenti seçildi.

İndi hər kəsi bundan sonrakı islahatlar maraqlandırır.

Bəs seçkilərdən sonra bizi nə gözləyir? Azərbaycan iqtisadiyyatı necə qurulmalıdır?

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədov Modern.az-ın suallarını cavablandırıb. Onun sözlərinə görə, seçkilərdən sonra dəyişikliyi hamı istəyir.

“Qanunvericiliyə görə, seçkidən sonra hökumət yenidən qurulmalıdır. Hamının ürəyindən keçir ki, indiki hökumət köklü şəkildə dəyişdirilsin və gəncləşdirilsin. Özünün proqramı olan bir hökumət formalaşsın və xalqın da bundan da xəbəri olsun. İslahatları həyata keçirməyə hazır olan hökumət qurulsun. Fikrimcə, hamının gözlədiyi də budur”.

AMİP lideri Nazirlər Kabinetinin dəyişilməsindən danışarkən bunu sırf yaşla əlaqələndirmədiyini bildirib.

“Təkcə yaş baxımından hökumətdə gəncləşməni nəzərdə tutmuram. Düşüncə baxımından da gəncləşməlidir. Hökumətdə müasir düşüncəli komandanın olmasına ehtiyac var. Zənnimcə, hamımız onu istəyirik”.
Azərbaycan iqtisadiyyatının inkişaf tempindən danışan Etibar Məmmədov monopoliyaya son qoyulmasının zəruriliyini söyləyib.

“İqtisadiyyatımız gəncləşmə nəticəsində məmurların əlindən alınmalı və sərbəstləşməlidir. Monopoliyaya son qoyulmalıdır. Azadlıqlar təmin olunmalıdır ki, insanlar sərbəst və qanunauyğun şəkildə iqtisadi fəaliyyətlə məşğul ola, öz istəklərini həyata keçirə bilsinlər. İndiyə qədər buna mane olan həmin məmurların özbaşınalığı, qanunları pozması idi. Bu da iqtisadiyyata böyük ziyan vurur.

Eyni zamanda, mənəviyyata da ziyan vurur. İnsanların düşüncəsini də pozmaqla bədbinlik yaradır. Ona görə də düşünürəm ki, bunların dəyişməsinə ehtiyac var. Xüsusən də kiçik və orta sahibkarlığa yardım istiqamətində sərbəstlik verilməsinə ehtiyac var”.

Qeyd edək ki, prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 1 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK