Əli Abbasov yenidən həbs təhlükəsi ilə üz-üzə... - İDDİA

11:17 11.10.2018 465
Əli Abbasov yenidən həbs təhlükəsi ilə üz-üzə... - İDDİA















Son günlər “Rabitə işi” ilə bağlı məhkəmə prosesləri keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu yenidən gündəmə gətirib.

Məhkəmədə səslənən və mediada işıqlandırılan faktlar sabiq nazirin ətrafında hadisələrin heç də yaxşı nəticə ilə bitməyəcəyindən xəbər verir.

Artıq sabiq nazirin həbs olunmaq təhlükəsi ilə üz-üzə olduğu bildirilir.

Bu barədə “AzToday.Az”a məlumat daxil olub.

Məlumata görə, nazir postundan uzaqlaşdırıldıqdan uzun müddət sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə akademiyanın müşaviri təyin olununan Abbasovla bağlı məhkəmədə səslənən çoxsaylı faktlar və milyonluq mənimsəmələr onun daha pis vəziyyətdə qoyub.

Onun keçmiş MTN naziri Eldar Mahmudovla işbirliyi və yaxın əlaqələri də bu məsələdə ciddi rol oynayır. Məlumatlarda deyilir ki, Abbasovla Mahmudovun dostluğu bu gün də davam edir.

Məlumata o da vurğulanır ki, Əli Abbasovun komandasının üzvlərinin bir çoxu həbsdədir, bəzilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir, bəziləri isə uzun illər çalışdıqları rabitə sahəsindən uzaqlaşdırılıblar. Bəzilərinin də yenidən həbs olunma ehtimalı var.

Ona görə də “Rabitə işi” yekunlaşana qədər hər kəs Əli Abbasovun barəsində veriləcək qərarı maraqla gözləyir.

Məsələn, məhkəmədə açıq səslənən ittihamlardan biri sabiq nazirin “kassir”i Vidadi Zeynalovun idi. O deyirdi ki, dövlət büdcəsindən ayrılmış milyonların oğurlanması birbaşa məhz Əli Abbasovun rəhbərliyi altında həyata keçirilib.

“Yeni Müsavat”qəzeti isə məhkəmədəki prosesə istinadən yazır ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri olan Əli Abbasovun adını son günlər mətbuatın gündəminə daha bir məhkəmə işi gətirdi.

Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyev də digər rabitəçilər kimi eyni ittihamlarla hakim qarşısına çıxarılır.

Şahin Tağıyev dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. İttihamda göstərilir ki, o, rəhbəri olduğu qovşaqda görülən işlərin şişirdilməsi ilə əldə edilən məbləği Əli Abbasovun rəhbəri olduğu nazirliyə göndərib.

İstintaq belə qənaətə gəlib ki, Şahin Tağıyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 1 milyondan artıq məbləği mənimsəyib. Həmin məbləğin 10 faizini – 168 min manatını şəxsən mənimsəməkdə günahlandırılan Ş.Tağıyev həmin məbləği ələ keçirmədiyini deyir. Amma həbs edilməmək üçün pulu ödəyib.

Hazırda ev dustaqlığında olan Ş.Tağıyevin 300 minlik villasına da həbs qoyulub.

Ş.Tağıyevdən başqa daha bir neçə rabitəçi ayrı-ayrı rayon məhkəmələrində hakim qarşısına çıxarılır. Onlar barəsində də eyni ittihamlar irəli sürülüb.

Xatırladaq ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.

M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevlərin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apelyasiya Məhkəməsi Vidadi Zeynalovun cəzasını 4 ilə, Beytulla Hüseynovun cəzasını isə 7 il 6 aya endirib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...