Seçkidən sonra Nazirlər Kabineti ləğv olunacaqmı...

12:25 7.04.2018 540
Seçkidən sonra Nazirlər Kabineti ləğv olunacaqmı...
Politoloqlar NK-nin tamamilə ləğv olunaraq səlahiyyətlərinin birinci vitse-prezident institutuna verilməsini təklif edirlər
Nazirlər Kabinetinin daha bir səlahiyyəti əlindən alınıb. Belə ki, qurum “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib. Əgər əvvəllər dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği Nazirlər Kabineti tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilərdisə, dəyişikliyə əsasən, artıq bu halda hökumət prezidentlə razılaşdırmaqla bu addımı ata bilər.

Həmçinin mövcud qaydaya görə, dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət NK ilə razılaşdırmaqla dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdisə, dəyişikliklə bu sahədə də NK-nın səlahiyyəti ləğv olunub.

Qeyd edək ki, bundan əvvəl də Kabinetin bir sıra səlahiyyətləri alınmışdı. Bu proses cəmiyyətdə qurumun ləğv olunacağı ilə bağlı müzakirələrə səbəb olub. Bir sıra tanınmış politoloqlar NK-nın tamamilə ləğv olunaraq səlahiyyətlərinin birinci vitse-prezident institutuna verilməsini təklif edirlər. Bir qrup ekspert isə qurumun ləğvini deyil, ciddi dəyişikliklər aparılmaqla dinamik bir struktura çevrilməsinin tərəfdarıdır.

İqtisadçı-ekspert Natiq Cəfərliyə görə, sərt prezident üsul-idarəsi olan ölkələrdə NK olmur: “Yəni belə bir quruma ehtiyac qalmır. Azərbaycanda son referendumdan bəri qarışıq bir sistem mövcuddur. Anlaşıqlı deyil ki, səlahiyyət bölgüsü necə olacaq. Çünki artıq referendumda qəbul olunmuş vitse-prezidentlik institutu var. Ona görə də çox qarışıq bir sistem yaranıb. Nazirlər Kabineti doğrudan da analitik bir quruma çevrilməkdədir. Vitse-prezidentlik institutları yaradılacaq və prezidentin birbaşa idarəçiliyi altında ayrı-ayrı sahələrə nəzarət edəcəksə, o zaman Nazirlər Kabinetinin funksiyası nədən ibarət olacaq - bu, anlaşılmır. Ona görə də sərt vertikal üsul-idarəsi olan respublikalarda Nazirlər Kabinetinin yeri olmur. Məsələn, Amerika kimi ölkədə Nazirlər Kabineti formatında bir qurum yoxdur. O boyda dövlətdə 15 federal nazirlik var. Bizdə isə nazirlik və nazirlik statusunda olan dövlət qurumlarının sayı 40-dan yuxarıdır. Azərbaycan kimi kiçik ölkə üçün bu, həddən artıq çoxdur. Eyni zamanda paralel strukturlar mövcuddur. Məsələn, "ASAN xidmət" yaradıldı, onun icra etdiyi funksiyalar bir sıra dövlət qurumlarında da qalıb”.


N.Cəfərli, ümumiyyətlə, Azərbaycanda parlamentli respublikanın yaradılmasının tərəfdarıdır: “Bu respublikada Nazirlər Kabineti geniş funksiyaları olan əsas quruma çevrilməlidir. Lakin reallıq budur ki, artıq bizdə oturuşmuş prezidentlik üsul-idarəsi var. Çox böyük səlahiyyətləri olan prezidentlik üsul-idarəsi varsa, o zaman Nazirlər Kabinetinin yeri görünmür bu sistemdə. Birinci vitse-prezidentlə bağlı hər şey aydındır: səlahiyyət və funksiyaları qanunlarda əksini tapıb. Lakin digər vitse-prezidentlərlə bağlı belə aydınlıq yoxdur. Onlarla bağlı say məhdudiyyəti də nəzərdə tutulmur konstitusiyada. Bu halda onlar da təyin olunacaqsa, onlar müxtəlif sahələrdə icra strukturlarının başında dayanacaqlarsa, bu zaman nazirlər nə edəcək, Nazirlər Kabineti nə işlə məşğul olacaq? Düşünürəm ki, 11 aprel seçkilərindən sonra əsas müzakirə mövzusu məhz bu suallar ətrafında olmalıdır. Bu məsələdə həlledici söz, əlbəttə, prezidentə məxsus olacaq”.

Ekspertin fikrincə, son qərarı da nəzərə almaqla, seçkilərdən sonra Nazirlər Kabinetinin kiçildilmiş və daha aşağı səlahiyyətli quruma çevriləcəyi daha realdır: “Onun tamamilə ləğv olunacağını gözləmirəm. Bu qurum konstitusiyada nəzərdə tutulan qurumdur. Onun ləğv olunması üçün yenidən referendum keçirilməlidir. Düşünmürəm ki, seçkilərdən dərhal sonra yenidən referenduma gedilsin”.

İqtisadçı-ekspert, Sosial İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov məsələnin konstitusiyaya uyğun həll olunmasının gərəkdiyini deyir: “Amma bütövlükdə götürdükdə, ölkədə vitse-prezidentlik institutu yaradılıbsa, idarəetmə sistemi ona uyğunlaşdırılmalıdır. Müasir dünyada vitse-prezidentlik institutunun fəaliyyət göstərdiyi ölkələr var. Həmin ölkələrdə Nazirlər Kabinetinin fəaliyyətinə ehtiyac azalır. Azərbaycanda da vitse-prezidentlik insititutunun gücləndirilməsinə ehtiyac var. Bu, həm də islahatların səmərəliliyini artırmaq, çevikliyi təmin etmək baxımından zəruridir. Hazırda ölkədə mövcud olan dövlət qurumlarının fəaliyyətinin çevik əlaqələndirilməsinə, sistemli fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac duyulur. Bu gün ayrı-ayrı dövlət qurumlarının, bütövlükdə hökumətin fəaliyyətini qiymətləndirən zaman bizim ən çox təklif etdiyimiz məqamlardan biri dövlət qurumlarının fəaliyyətinin effektiv əlaqələndirilməsidir. Ona görə də belə bir əlaqələndirmənin yaradılması üçün vitse-prezidentlik institutunun gücləndirilməsinin, iqtisadi islahatlara nəzarətin bu instituta verilməsinin tərəfdarıyıq”.

Dünya SAKİT
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu