Vaşinqton Putinin qızına və kürəkəninə qarşı da sanksiyalar tətbiq etdi

10:23 7.04.2018 554
Vaşinqton Putinin qızına və kürəkəninə qarşı da sanksiyalar tətbiq etdi
ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın yüksək vəzifəli məmurlarının, oliqarxlarının və yerli şirkətlərinin adları salınan genişləndirilmiş sanksiya siyahısını şərh edərkən Katerina Tixonovanı Rusiya Federasiyasının prezidenti Vladimir Putinin qızı adlandırıb.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya nəşri newsru.com xəbər yayıb.

Amerika maliyyə idarəsində yeni məhdudlaşdırıcı tədbirlərin elan olunması haqda danışarkən “SİBUR” (Sibir-Ural Neftqazkimya Zavodu) Şirkəti Direktorlar Şurasının üzvlərindən biri – Kirill Şamalov barəsində bildiriblər ki, 2013-cü ilin fevralında o, Putinin qızı Katerina Tixonova ilə evlənib. Xüsusi qeyd olunub ki, onun maliyyə vəziyyəti məhz bundan sonra yaxşılaşmağa başlayıb.

“Toydan sonra 18 ay ərzində o, “SİBUR”un səhmlərinin əhəmiyyətli hissəsini aldı… Bir ildən sonra o, “Qazprombank”dan 1 milyard dollardan çox kredit almağa nail oldu… Həmin il Putinin çoxdankı dostu Gennadi Timçenko səhmlərin daha 17%-ni Şamalova satdı”, – deyə ABŞ Maliyyə Nazirliyində faktları sadalayarkən vurğulayıblar.

Amerika hakimiyyətinin fikrincə, Tixonova ilə toydan və yuxarıda göstərilən sazişlərdən sonra Şamalov “Putini əhatə edən milyarderlərin elitasına qoşuldu”.

2018-ci ilin yanvarında Bloomberg agentliyi Şamalovun Tixonova ilə boşanması haqda xəbər yaydı. Onda jurnalistlər vurğulayırdılar ki, Şamalov “SİBUR”un qiymətli kağızlarından, hansı ki, 2017-ci ildə satdı, heç bir gəlir götürə bilmədi, çünki ona Putinin ailəsinin üzvü kimi bu səhmləri yalnız saxlamaq etibar edilmişdi.

K.Şamalov boşanmadan sonra faktiki olaraq dövlət başçısının ailəsinin hissəsi olmaqdan məhrum oldu. Agentlik üç etibarlı mənbəyə istinadən bəyan edirdi ki, məhz bu səbəbdən onun səhmlərə yiyələnmək imtiyazı bitdi.

K.Şamalovun K.Tixonova ilə evlənməsi və bundan sonra böyük kapital sahibi olması barədə o vaxtlar Reuters agentliyi də bir neçə dəfə materiallar yayıb.

K.Şamalov “SİBUR”a 2008-ci ildə -“Qazprom”da, “Rosoboroneksport”da, “Qazprombank”da və Hökumət Aparatında işlədikdən sonra gəlib. Neft-kimya şirkətinin ilk 4,3%-ni o, 2011-2013 illərdə “SİBUR” menecerləri üçün seçim proqramı çərçivəsində əldə edib…

Virtualaz.org
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...