Sərdar Cəlaloğlunun PKK terrorçuları ilə əlaqələri üzə çıxdı — Şahidlərdən ŞOK AÇIQLAMALAR

10:00 9.07.2018 565
Sərdar Cəlaloğlunun PKK terrorçuları ilə əlaqələri üzə çıxdı — Şahidlərdən ŞOK AÇIQLAMALAR














Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun 26 il öncə PKK terrorçuları ilə keçirdiyi məxfi görüşlə bağlı yeni detallar üzə çıxıb.
"Ölkə.Az"ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, ADP sədri Sərdar Cəlaloğlu PKK terror təşkilatının lideri Abdullah Öcalanın Avropa üzrə təmsilçisi, "Dilan" kod adlı xanım terrorçu ilə gizli görüş keçirib.

Sərdar Cəlaloğlunun belə bir görüş keçirməsini təsdiq edən bir neçə mənbə var. Bu mənbələri sıralayaq.

Əvvəla bildirək ki, Şərurun Dərəkənd kəndində baş tutan görüş Sərdar Cəlaloğlunun ailəvi dostu olmuş PKK-nın "Kürd Əli" adlı gizli casusunun vasitəçiliyi ilə baş tutub.

Məlumat üçün bildirək ki, "Kürd Əli" kimi tanınan Əli adlı travmatoloq uzun illər Naxçıvanda həkimlik fəaliyyəti ilə məşğul olub. Onun Sərdar Cəlaloğlu ilə əlaqələri də buradan yaranıb.

Həmin dövrdə PKK terror təşkilatının yüksək vəzifəli şəxslərinin Sərdar Cəlaloğlu ilə görüş keçirməsi təsadüfi ola bilməzdi.
Sözügedən görüşün olmasını Azad Demokratlar Partiyasının (ADP) sədri, keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər də təsdiqləyib.

O, "Ölkə.Az"a açıqlamasında deyib ki, həmin görüşün olmasını Sərdar Cəlaloğlu özü də etiraf edib:

"Bir vaxt Sərdar Cəlaloğlu iddia edirdi ki, guya həmin görüşdə mən də iştirak etmişəm. Ancaq bütün bunlar yalan və cəfəngiyyatdır. Mən Azərbaycanın kəşfiyyatına və əks-kəşfiyyatına rəhbərlik etmişəm, dünyanın müxtəlif adamları ilə görüşüm olub. Əgər ehtiyac olsaydı, çəkinmədən deyərdim ki, o görüşdə iştirak etmişəm. Şəxsən mən kəşfiyyatçı kimi bu görüşlə bağlı xüsusi araşdırmalar aparmamışam. Ancaq görüş zamanı Sərdar Cəlaloğlunun yanında olan insanlar var. Onlar etiraf edirlər ki, Sərdar Cəlaloğlunun PKK-dan belə bir qadınla görüşü olub. Ancaq "Dilan" adlanan o xanımın əsl adının nə olması barədə heç bir məlumat yoxdur. Ancaq həmin dövrdə Sərdar Cəlaloğlunun kürd əsilli bir həkimlə əlaqəsinin olduğunu bildirdim. Həmin adamın adı Əli idi. Sərdar Cəlaloğlu Əli ilə məni də tanış etmişdi. Sonradan mən o adamı Xalq Hərəkatının mitinqlərində də görmüşəm. Əli həkim Şərur rayonunda travmatoloq işləyirdi. Bir dəfə mən həmin Əlinin otağında olanda kürd liderlərinin şəkillərini gördüm. Bu zaman əmin oldum ki, Əlinin PKK ilə əlaqəsi var və mütəmadi olaraq görüşürlər. Bunundan sonra həmin adamla əlaqəni dərhal kəsdim".
S.Əkbər qeyd edib ki, Sərdar Cəlaloğlunun ona qarşı iddiaları ilə bağlı məhkəmə çəkişmələri də olub:

"Sərdar Cəlaloğlu iddia edirdi ki, guya həmin görüşdə mən də iştirak etmişəm. Ancaq mən onu məhkəməyə verib sübut etdim ki, o görüşdə iştirak etməmişəm. Nəticədə Sərdar Cəlaloğlu məhkəmədə mənə uduzub".

Sabiq nazir müavini bildirib ki, həmin vaxtı Sərdar Cəlaloğlunun PKK nümayəndəsi ilə görüşməsi səhv addım idi:

"Siz jurnalistsiniz. Gedib araşdırın görün PKK-da "Dilan" adlı şəxs olub? Ümumiyyətlə, PKK-da ikinci şəxs qadın olmayıb. Böyük ehtimalla "Dilan" onun kod adıdır. PKK-çılar heç zaman öz adlarını təqdim etmirlər. Ancaq mənim indiyədək heç bir PKK-çı ilə əlaqəm olmayıb. Hətta, milli təhlükəsizlik nazirinin müavini olanda Azərbaycanda ilk dəfə olaraq PKK-çıları mən tutmuşam. O vaxtı 8 PKK-çı tutmuşdum. Onlar Türkiyə vətəndaşları idi. Həmin PKK-çıları dindirəndən sonra Türkiyə MİT-ni təhvil verdik. Ümumiyyətlə, o vaxtı PKK-nın Azərbaycana qarşı məkrli planları var idi. Onlar Ermənistana yardım edirdilər. Həmin dövrdə PKK-nın Ermənistan və Rusiya xüsusi xidmət orqanları ilə daim əlaqələri var idi. PKK-nın Ermənistan xüsusi xidmət orqanları ilə əalqələri bu gün də davam edir. PKK Dağlıq Qarabağda “Kürdistan” qurmaq istəyirdi. Onların bu cür siyasi və hərbi planları olub. Eyni zamanda PKK Azərbaycanın nəzarəti olmayan və erməni işğalı altında olan ərazilərində qanunsuz düşərgələr qurmaq və terrorçu hazırlamaq istəyirdi. Çox təəssüf ki, bu gün onların bu planları reallaşıb".

Həmin görüş zamanı Sərdar Cəlaloğlu PKK-nın "Dilan" kod adlı nümayəndəsindən hakimiyyətə gəlmək üçün dəstək istəyib. Qarşılığında isə Sərdar Cəlaloğlunun onlara nə vəd etməsi insanı düşündürməyə bilməz.

Həmin görüşün keçirilməsinə şahidlik etmiş Milli Şuranın üzvü, 1988-ci ilin Milli Azadlıq Hərəkatının fəalı hacı Ramiz Mirzəoğlu da təsdiq edib ki, sözügedən görüş Şərurun Dərəkənd kəndində baş tutub:

"Həmin vaxtı mən Naxıvanda musiqi məktəbinin direktoru işləyirdim. Həm də Xalq Hərəkatında iştirak edirdik. Xalq Cəbhəsinin yeni yaranan vaxtları idi. Sərdar Cəlaloğlu və bir neçə adam gəlib mənim evimdə yığışmışdı. Naxçıvanda "Kürd Əli" kimi tanınan həkim-cərrah vardı. O, Sərdar Cəlaloğlunun dostu idi. Bir gün o gəlib dedi ki, Türkiyədən Abdullah Ocalanın Avropa üzrə təmsilçisi Dilan adlı xanım gəlib sizinlə görüşmək istəyir. Sonra özləri gedib Şərurun Dərəkənd kəndində onunla görüşdülər. Amma mənə dedilər ki, sən kiçik adamsan, biz liderlərik. Ona görə mənim gəlməyimə razı olmadılar. Sərdar Cəlaloğlu, "Kürd Əli" və digər adamlar gedib onunla görüşüblər. Ancaq həmin görüşdə nə danışılmasından heç bir məlumatım yoxdur.
Sərdar Cəlaloğlu iddia edir ki, guya həmin görüşdə Sülhəddin Əkbər də iştirak edib və sairə. Amma mən bunu görməmişəm. Həmin görüşə mənim evimdən Sərdar Cəlaloğlu, Firdovsi və digər 2 nəfər gedib. Sülhəddin Əkbər isə həmin vaxtı mənim evimə gəlməyib. Mən Sülhəddin bəyin o görüşə getdiyinə şahid olmamışam".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi