XİN Kəlbəcərin işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb

13:23 2.04.2018 511
XİN Kəlbəcərin işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Kəlbəcər rayonunun işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda xatırladılıb ki, Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin, təcavüz və işğal siyasətinin tərkib hissəsi olaraq 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi xaricində yerləşən Kəlbəcər rayonunun işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və hücumda ağır artilleriya, Mi-24 helikopterləri və hərbi təyyarələrdən istifadə edilib: "İşğal nəticəsində 60.000-nə yaxın Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz dogma torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Hal-hazırda sayı 70.000-ni ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.

Kəlbəcər sakinlərinin şəxsi mülkiyyəti talan və məhv edilib. Həmçinin, rayon mərkəzi, 150-yə yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu” sanatoriyası, 110-dan artıq kitabxana, 100-ə qədər məktəb, 9 uşaq bağçası və xəstəxanalar Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və talan edilib. Kəlbəcərin zəngin maddi-mədəni irsinə ciddi zərər yetirilib. Unikal qədim sikkələr kolleksiyası olan Kəlbəcər tarix muzeyi, qədim qəbristanlıq, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi və digər alban kilsələri, Lök qalası, Uluxan qalası, Qalaboynu qalası, Kəlbəcər şəhərində və kəndlərdə olan məscidlər, Tağlıdaş körpüsü, Aşıq Şəmşir adına mədəniyyət evi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən darmadağın edilib.

Kəlbəcər rayonu ərazisində yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan və erməni kilsəsi ilə heç bir əlaqəsi olmayan Gəncəsar və Xudavəng monastrlarının original arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilir.

Kəlbəcərin təbii resursları və faydalı qazıntıları vəhşicəsinə istismar olunur. Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın Vallex Qrupunun tərkibinə daxil olan Base Metals şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. Vəhşicəsinə istismar nəticəsində yatağın resursları tükənib.

2007-ci ildən etibarən GeoProMining şirkətinə daxil olan GPM Gold şirkəti Kəlbəcər ərazisində Soyudlu qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir.

Kəlbəcər ərazisindən keçən Vardenis-Ağdərə yolunun çəkilişi Kəlbəcər rayonu daxil olmaqla, işğal olunmuş ərazilərdən təbii sərvətlərin Ermənistana və beynəlxalq bazarlara daşınmasına xidmət edir.

Kəlbəcərin təbii mineral resurslarının istismarı nəticəsində ətraf mühitə ciddi zərər yetirilib.

Hüquqi ekspertiza aparmadan (due dilligence) Azərbaycanın işğal olunmuş Kəlbəcər və digər rayonlarından çıxarılan faydalı qazıntıların, o cümlədən qızılın bəzi qərb ölkələri tərəfindən idxalı ciddi narahatlıq doğuran haldır.

Beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.

BMT Təhlükəsizlik Şurasının sədrinin 6 aprel 1993-cü il tarixli bəyanatının ardınca BMT TŞ Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul etdi. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. 822 saylı qətnamənin qəbulundan sonra 9 ölkədən ibarət olan ATƏT-in Minsk Qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün "təcili tədbirlər haqqında vaxt cədvəli” hazırladı. BMT TŞ-nın qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan nəinki öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardı, əksinə Ağdam, Cəbrayıl, Qubadlı, Fizulu və Zəngilanı işğal etdi. 27 iyul 1993-cü ildə BMT TŞ-nın sədrinə hesabatında ATƏT-in Minsk Konfransının prezidenti Mario Raffaelli vurlayıb: Ermənistan BMT TŞ-nın tələblərinə məhəl qoymur, hücum edərək Azərbaycanın yeni rayonlarını işğal edib və danışıqlar prosesini və münaqişənin həllini pozur.

BMT TŞ tərəfindən 1993-cü ildə 822 saylı qətnamə ilə bərabər 853, 874 və 884 saylı qətnamələr də qəbul edilsə də, onların da Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə tələbləri Ermənistan tərəfindən yerinə yetirilmir.

2 aprel 2016-cı ildə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan silahlı qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi.

Ermənistan başa düşməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir.

Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməlidir.

İşğala əsaslanan mövcud status-kvo vəziyyətinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.
zamantv.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...