İrəvanın Kremlə qarşı “U gedişi” – qorxulu NATO oyunu, Qarabağa şans pəncərəsi

15:40 23.06.2018 519
İrəvanın Kremlə qarşı “U gedişi” – qorxulu NATO oyunu, Qarabağa şans pəncərəsi














İşğalçı ölkədən Rusiyaya qarşı növbəti de-marş; Putinə sədaqət andı içən Nikol Paşinyan Alyansın sammitinə hazırlaşır; Ermənistan özünü təzədən “satışa” çıxarır, Moskvanın və Bakının reaksiyası nə olacaq?..
Ermənistanın yeni baş naziri Nikol Paşinyan hələ ki Rusiya ilə Qərb arasında vurnuxmaqdadır. Bir “əli” ilə Rusiyadan tutub, o biri “əlini” Qərbin sıxacağına ümid edən Paşinyan hazırda buna necə nail olmağın yolunu arayır. Çünki indilikdə Azərbaycana qarşı durmaq üçün işğalçı ölkədən ötrü ən optimal yol bu görünür. Orta perspektivdə isə sözsüz ki, əsas hədəfi Avropa, ABŞ-dır.

Bu arada N.Paşinyanın iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətində olması haqda xəbər yayılıb. “Yeni Müsavat” “Report”a istinadla bildirir ki, bu barədə “Jamanak” qəzeti yazıb. “Ermənistan baş nazirinin NATO sammitində iştirakı çox vacibdir. Ermənistan KKTMT üzvü olsa da, rəsmi İrəvan NATO-nu tərəfdaş təşkilat və ölkənin təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq kimi görür”, - deyə Ermənistan hökumətindəki mənbələrdən biri bildirib.

Fikir verildisə, Paşinyan hökumətində NATO artıq Ermənistanın “təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq və tərəfdaş təşkilat” kimi qəbul olunur. Halbuki belə bir təhlükəsizlik qarantını Ermənistana illərdir məhz Rusiya təmin edir. Nəinki təmin edir, Ermənistan Moskvanın regionda əsas hərbi qalası, faktiki, quberniyasıdır. İndi bu reallığın fonunda iddia eləmək ki, NATO Ermənistanın təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş və etibarlı müttəfiqdir, bu, artıq Rusiyanın bostanına daş atmaq deməkdir, ona qarşı növbəti de-marşdır.

Qeyd edək ki, az öncə N.Paşinyan rəhbərlik etdiyi hökumətin ölkənin xarici siyasət kursunu dəyişmək fikrində olmadığını, Rusiya ilə bağlanan bütün beynəlxalq müqavilələrə sadiq olduğunu deyib. Ola bilsin, bu, “iki stulda” oturmaq siyasəti aparan erməni baş nazirin Rusiyaya hesablanmış növbəti nəbz yoxlanışı, yaxud günün birində Ermənistanın öz ağasını asanca Qərbə dəyişəcəyi fikrinə rəsmi Moskvanı indidən psixoloji cəhətcə hazırlamaq cəhdidir. Yəni açıq-aşkar görünür ki, işğalçı ölkə Paşinyanın hakimiyyətə gəlişli ilə özünü təzədən satışa çıxarmaq istəyir - həm də daha baha qiymətə.

Hər halda, öz komandasını müstəsna olaraq, “Amerika uşaqları”ndan, hətta Rusiyaya nifrət bəsləyənlərdən (məsələn, təhsil naziri) quran, Rusiyanın adamlarını isə vəzifələrdən qovan (məsələn, Baş Qərargah rəisi Movses Akopyan) Nikol Paşinyanın Kremlə gizli kin-nifrət bəslədiyinə, qərbçi olduğuna ekspertlər əmindir. Moskvada da artıq bunu bilirlər. Sadəcə, Rusiyanı satmaq üçün münasib zəmin yetişmədiyi üçün Paşinyan əlüstü Soçidə Putinə sədaqət andı içdi, Ermənistanın bundan sonra da Rusiyanın siyasi və hərbi orbitində qalacağına söz verdi.

Ancaq Rusiya Rusiya olmazdı əgər, ermənilərin xəyanətini elə-belə bağışlayaydı. Ən azı, o səbəbə ki, Qafqazda aborigen millət olmayan ermənilərə dövləti məhz Rusiya qurub və günü bu gün də onlar məhz rusların himayəsi altında bölgədə separatçılıq və işğalçılıq siyasəti aparırlar. Bu reallığın kənarında erməni regionda at oynada bilməz.

Görək Moskvanın naşükür ermənilərin “U gedişi”nə reaksiyası nə olacaq. Hələ ki Putinin başı futbol üzrə Dünya Çempionatına qarışıb. Bu, blokada şəraitində olan Rusiya üçün beynəlxalq imic məsələsidir. Odur ki, çempionat müddətində Rusiya xüsusilə öz periferiyası boyu gərginlik yaranmasında maraqlı deyil. Amma elə iyulun ortalarında - NATO sammitindən bir neçə gün sonra beynəlxalq futbol yarışı bitəcək. Bu da o anlama gəlir ki, Rusiya lideri üçün Ermənistanın “nala-mıxa vuran” baş nazirinə ağrılı qulaqburması verməsi üçün heç bir subyektiv əngəl qalmayacaq.

*****

Məsələyə rəsmi Bakının reaksiyası da maraqlı ola bilər. Hələ ki Azərbaycan prezidentinin NATO sammitində iştirak edib-etməyəcəyi barədə məlumat yoxdur. Ancaq İlham Əliyev Alyansın sammitinə qatılsa da, qatılmasa da, bu, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməz. Çünki Rusiyaya münasibətdə ikiüzlü və nankor siyasət aparan İrəvandan fərqli olaraq, balanslı xarici siyasət yürüdən Bakı Moskva ilə münasibətlərdə daima səmimi və açıqdır.

Ermənistan isə “örtülü bazar”a girişib. “Örtülü bazar da ki, dostluğu pozar”. Bu, gec-tez olacaq. Ona görə ki, N. Paşinyanı bəh-bəhlə hakimiyyətə gətirən xarici qüvvə ona vəd elədiyi böyük maliyyə dəstəyinin qarşılığında mütləq seçim tələb edəcək.

Əlavə edək ki, Azərbaycan prezidenti NATO sammitinə qatılmamaqla Paşinyanı Moskva qarşısında bir az da qəliz duruma sala, onu Kremlin qəzəbinə daha tez tuş edə bilər. Ermənistanın populist baş nazirinə qarşı ən effektli “peyvənd”in tətbiqi üçün isə Azərbaycan ordusunun Qarabağda irəliləməsinə cəmi 4-5 günlük fürsət tanımaq kifayət edər.

Doğrudur, Bakı Moskvanın bunu ilk növbədə öz maraqları naminə edəcəyini nəzərə almalı olacaq. Ancaq bizim üçün nə fərqi? Əsas odur ki, işğaldakı torpaqlarımız azad olunsun. Yolu önəmli deyil. Necə deyərlər, bu, elə məsələdir ki, hədəf istənilən vasitəni doğruldur...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR