Deputat oğlunu 8 səhifəlik ifadə ilə “təmizləyiblər” – CİNAYƏT DOSYESİ

14:40 20.06.2018 518
Deputat oğlunu 8 səhifəlik ifadə ilə “təmizləyiblər” – CİNAYƏT DOSYESİ















Həbib Axundovu istintaqda digər zərərçəkənlərdən üstün tutmağın üzə çıxardığı həqiqətlər

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilir. AzEuroNews.com xəbər verir ki, əfv Komissiyasının üzvü, deputat Elmira Axundovanın oğlu Həbib Axundovun şəriki olmuş Elnur İbrahimovun işi üzrə bu günə qədər bir neçə proses olub. Bir neçə nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Elnur Rauf oğlu İbrahimov istintaqa ifadəsində deputat Elmira Axundovanın oğlu Həbib Axundovla aralarındakı ticarət əlaqələrindən və sonra yaranan borc məsələsindən danışıb. O deyib ki, 2007-2009-cu illərədək “İntelekt” MMC-də kuryer və satış meneceri, daha sonra isə “OfisOne” şirkətində satış meneceri işləyib. Həmin şirkətin satış müdiri vəzifəsində də çalışan E.İbrahimov işdən çıxaraq 2011-ci ildə özünə ofis və dəftərxana ləvazimatlarının və katriclərin satışını həyata keçirmək üçün “E Plus E Company” MMC şirkətini yaradıb. İttiham olunan şəxs ifadəsində göstərib ki, müxtəlif şirkətlərdən nisyə mal alaraq satmağa başlayıb. E.İbrahimov kartric alverini əsasən “Falkon” şirkətinin direktoru Rövşən Məmmədovla edirmiş. İşin maraqlı tərəfi də budur ki, Həbib Axundov da iş üzrə 7 zərərçəkəndən biridir. Digər zərərçəkənlər isə onunla Elnur İbrahimovun şərikliyini əsas gətirərək deputat oğlunu əlbirlikdə ittiham edirlər.

Deputat oğlunu 8 səhifəlik ifadə ilə “təmizləyiblər” – CİNAYƏT DOSYESİ






Elmira Axundova
Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində tərtib olunan ittiham aktı da bu baxımdan diqqətçəkən məqamlarla zəngindir.
Məsələn, Həbib Axundov da, digəriləri də iş üzrə zərərçəkəndir. Amma nədənsə Həbib Axundovun ifadəsi ilə digər zərərçəkənlərin ifadələri kəskin şəkildə fərqlənir. O baxımdan ki, ittiham aktı adlanan sənəddə 6 zərərçəkənin ifadələri ümumilikdə 12 səhifədə – yəni hər zərərçəkənin ifadəsi 2 səhifədə yer alıb. Həbib Axundovun ifadəsinə isə müstəntiq 8 səhifə ayırıb. Bu ayrıcalığın səbəbi haqda digər zərərçəkənlər istehza ilə danışırlar. Deyirlər ki, onlar da günlərlə istintaqa gedib-gəlib, ifadə veriblər. Həmin ifadələrin böyük hissəsi ittiham aktında öz əksini tapmayıb. İttiham aktına daha çox əhəmiyyətsiz, işin araşdırılması üçün o qədər də vacib olmayan məlumatlar daxil edilib. İşin ədalətli, hərtərəfli araşdırılması üçün vacib olan məlumatlar, sübutlar, səs yazıları isə ittiham aktında əksini tapmayıb.

Deputat oğlunu 8 səhifəlik ifadə ilə “təmizləyiblər” – CİNAYƏT DOSYESİ





Elnur İbrahimov
Məsələn Elnur İbrahimovun deputat Elmira Axundovaya 5 min manat pul verməsi haqda məlumatlar mövcuddur. Amma ittiham aktında əksini tapmayıb.
Elnur İbrahimov qaçırıldığı Moskva şəhərindən ölkəyə gətirildiyi 5 ay ərzində davam edən istintaq hərəkətləri zamanı deputat oğluna münasibət də fərqli olub.
İttiham aktına görə Elnur İbrahimov xaricdən ucuz qiymətə aldığı kartric və digər ofis ləvazimatlarını satmaqla qısa zamanda böyük vəsait qazandığını vəd edərək bir neçə şəxsdən külli miqdarda pul alıb. İlk başda onlara günlük, həftəlik və aylıq qazanclar versə də, sonradan vədinə əməl etməyib. Elnur İbrahimov Həbib Axundovla əlaqələri və biznesi barədə bunları danışıb:
“Həbib Axundovu sinif yoldaşım Orxan Xanbabayevə görə tanımışam. 2006-cı ildən aramızda münasibət yaranıb. Məclislərdə görüşmüşük. İlk dəfə Həbibdən mal almaq üçün 5 min istədim. O da verdi. Axşam əlavə 500 manat qazancla pulu qaytardım. Sonra bir günlüyə 10 min aldım. 1500 artığı ilə qaytardım. Sonra 25 min istədim. Həbib o qədər pulunun olmadığını dedi, Fərman Məmmədovdan alıb verdi. 25 mini 30 min kimi qaytardım. Sonra 90 min istədim. Həbib dedi ki, Fərmanda da yoxdur. Faizə pul verən Nazir adlı şəxslə danışdılar. Ondan 90 min alıb, 99 min qaytardım. Daha sonra həftəsi 12 min qazanc olmaqla 90 min məbləği bir neçə dəfə alıb qaytarmışam. Sonra işlər yaxşı getmədi deyə pulları qaytara bilmədim. Həbib özünün, Fərmanın və Nazirin pulunu tələb edirdi. 2013-cü ildə söhbət zamanı məlum oldu ki, onlardan aldığım ümumi məbləğ 535 min manatdır. Həbib tanışları Orxan və Zarinadan aldığım pulları da ona qaytarmağımı tələb etdi. Buna görə də aramızda 735 min manatlıq borc müqaviləsi imzalamığımızı istədi. Mən onlara bu müddət ərzində qazanc verdiyimi dedim və heç olmasa əsas məbləğdən həmin qazancın çıxılmasını istədim. Fərman 125 min qazanc götürdüyünü və ona 450 min pul ödəməli olduğumuzu dedi. 200 min də Orxan və Zarinanın idi. Sonra Həbib Axundov da məcbur qalıb həmin məbləği Fərmana ödəyib. Çünki pulu onun adına görə almışdım”.

Zərərçəkmiş Fərman Məmmədov da bu iş üzrə ifadə verib. O ifadəsində Elnur İbrahimovla yox, Həbib Axundovla iş gördüyünü bildirib. Qeyd edib ki, Həbib Axundov ona dostu Elnurla biznes sahəsi yaratdıqlarını və yaxşı qazanc əldə edəcəklərini deyib.
“Ofis ləvazimatları və kartricləri xaricdən gətirib Azərbaycanda satacaqdılar. Həmçinin gömrükdə müsadirə olunmuş malların da satışını təşkil edəcəklərini deyirdi. Anası Elmira Axundovanın Milli Məclisin, məhkəmə sisteminin və digər dövlət təşkilatlarının dəftərxana tenderlərini udduğunu söyləyirdi. Deyirdi ki, mal çatdıra bilmirlər. Həbib borca pul istədi. Qaytaranda qazancdan verəcəyini dedi. Mən də ona inanırdım. İlk dəfə Həbibə 10 min verdim. 11 min qaytardı. Həmin pulun Elnura verildiyini bilmirdim. Sonra müxtəlif tarixlərdə cəmi 435 min manat vermişəm. 2013-cü ildə görüşəndə Həbib dedi ki, Elnur pulları ələ keçirib. Mənim pulumu qəpiyinə qədər geri qaytaracağını dedi.Həmin gün Həbib zəng elədi ki, uşaqlar Elnuru tutub Şüvəlandakı bağlarına aparırlar. Mənim də ora gəlməyimi istədi. Orada Elnur kimlərdən pul aldığını etiraf elədi”.

Zərərçəkmiş Fərman Məmmədov deyir ki, pullarını geri almaq üçün Elmira Axundova ilə də görüşüb:
“Bir gün sonra Elmira Axundova mənə zəng edib Elnurla danışdığını və digər şəxslərlə də razılığa gəlindiyini dedi. Həbiblə görüşdük. Ona mənim 450 min manatımı qaytaracağını bildirdi. Bu razılaşmadan 20 gün sonra Həbib məni evlərinə dəvət elədi. Elmira Axundova 200 mini şəxsən özü verdi. Qalanını da yaxın günlərdə verəcəyini bildirdi. Sonra Elmira Axundova məni çağıraraq 50 min manat da verdi. Lakin sonra Həbib qalan məbləği qaytarmaqdan imtina etdi. Buna görə də mənə dəymiş ziyanı Həbib Axundovdan tələb edirəm”.
Həbib Axundov Fərman Məmmədovdan pul aldığını təsdiqləsə də, pulları Elnura verdiyi deyib. Deyib ki, Fərman Məmmədovun 450 min manatı ödəmək üçün bankdan 200 min manat kredit götürüb. Daha sonra isə 50 min manat ödəyib. İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Ziya Vəliyev, Ramil Bəkirov, Fərman Məmmədov, Zaur Səfərov, Şahin Məhərrəmov və Həbib Axundovdan biznes qurmaq adı ilə ümumilikdə onların 1 milyona yaxın pul alıb.
Zərərçəkmişlərin bir neçəsi isə deyir ki, pulu Elnur İbrahimova deyil, Həbib Axundova veriblər. İstintaq isə bu məqamın üzərindən sükutla keçib. Hazırda məhkəmə istintaqı gedir. Hakimin bu məqamlara münasibəti də maraq doğurur.

► ► ► Yazıda adı keçən hər kəsi dinləyib mövqelərini olduğu kimi dərc etməyə hazırıq…
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava