İordaniya qiymət artımını nəzərdə tutan mübahisəli vergi qanununa qarşı keçirilən etiraz aksiyalarından sonra istefa verən baş naziri Hani əl-Mülkinin yerinə təyinat olub.
“ZamanTv.az” “Dünya bületteni”nə istinadən xəbər verir ki, Kral II Abdulla yeni hökumət qurmaq vəzifəsini Ömər ər-Rəzzaza tapşırıb.
Kral sarayından verilən açıqlamada ona həsas bir zamanda reformasiya və inkişaf yolunda atılan addımları tamamlamaq öhədiliyi verildiyi bildirilib.
Qeyd edək ki, Ömər ər-Rəzzaz buna qədər təhsil naziri olaraq çalışırdı.
Zamantv.az