"Bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını göstərir" - Hikmət Hacıyev

11:43 19.11.2020 24
"Bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını göstərir" - Hikmət Hacıyev
"Beynəlxalq jurnalistlərin Füzuliyə səfərində dünyanın aparıcı media orqanlarının nümayəndələri iştirak edirdilər. Onlar ermənilərin törətdikləri vəhşilikləri gördülər, sənədləşdirdilər".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli şəhərində jurnalistlərə bildirib.

Hikmət Hacıyev deyib ki, bir Azərbaycan vətəndaşı kimi hər birimiz üçün bu, həm kədərli, həm də sevincli haldır. Kədərli o mənada ki, bu cür dağıntıların, vəhşiliklərin şahidi olursan. Bu, insan həyatıdır. Ermənilər insanların həyatını məhv ediblər. Füzuli şəhəri işğaldan əvvəl 100 mindən çox insanın yaşadığı bir şəhər idi. Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri idi. Amma ermənilər tərəfindən dağılıb, məhv edilib. Bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını göstərir. Budur Ermənistanın əsl mahiyyəti:

"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, Azərbaycan Füzuli şəhərinə yenidən həyat gətirəcək. İşğaldan azad olunmuş bütün ərazilərimizə yenidən həyat gətiriləcək. Füzuli şəhərindən yenə də gülüş və sevinc səsləri eşidiləcək. Azərbaycan öz quruculuq siyasəti ilə Ermənistandan fərqini bir daha göstərəcək".

Prezidentin köməkçisi qeyd edib ki, Füzuli, eyni zamanda, Azərbaycan mədəniyyətində, xalqımızın maddi-mədəni irsində öz rolu olan bir rayon idi. Burada olan maddi-mədəniyyət abidələri də erməni vandalizmi nəticəsində tamamilə darmadağın edilib. Bugünkü səfər zamanı beynəlxalq media nümayəndələrinin Füzuli şəhərindəki tarixi abidələrimizə, məscidlərimizə də baş çəkmək imkanı oldu. Burada orta əsrin memarlıq inciləri olan hamam kompleksləri var idi. Mədəniyyət Nazirliyində bütün bu abidələrin inventarı var. İnventar üzrə onların hər birinin qiymətləndirilməsi aparılacaq. Ali Baş Komandanın dediyi kimi, işğal olunmuş ərazilərimizdəki bütün bu maddi-mədəni zərərin hamısının kompleks qiymətləndirilməsi aparılacaq. Buraya beynəlxalq ekspertlər də cəlb olunacaq. Ermənistan bu cür əməllərinə görə beynəlxalq hüquq və humanitar hüquq əsasında məsuliyyət daşıyır. Ermənistan uzun illər bu məsuliyyətini gizlətməyə çalışırdı. Amma bu məsuliyyətdən heç yerə qaça bilməz. Azərbaycan bütün bu halları sənədləşdirdikdən sonra aidiyyəti üzrə beynəlxalq səviyyədə addımlarını atacaq.

Hikmət Hacıyev vurğulayıb ki, bugünkü səfər Azərbaycan Prezidentinin tapşırığı əsasında həyata keçirilib, beynəlxalq media nümayəndələrinin iştirakı ilə bu dağıntılar, vəhşiliklər sənədləşdirilib. Sonra bunlar sistemli şəkildə konkret sahələr üzrə vahid hesabat formasına salınacaq.

“İşğaldan azad edilmiş torpaqlarımızda olduğumuz üçün qürur hissi keçiririk. Bu hissləri bizə yaşatdığına görə Ali Baş Komandanımıza təşəkkür edirik. Əsgər və zabitlərimizə təşəkkürümüzü bildiririk. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların ruhu qarşısında baş əyirik, yaralı əsgərlərimizə Allahdan tezliklə şəfa diləyirik”, - deyə Prezidentin köməkçisi bildirib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:43

“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu - VƏKİL İMİŞ

21:41

Azərbaycanda 1 ay sonra koronavirus yox olacaq - PROFESSOR

21:33

SON DƏQİQƏ: Xalq artisti VƏFAT ETDİ - FOTO

21:30

Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır

16:11

Hər il sentyabrın 27-si Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

16:10

10 Noyabr Azərbaycanda Zəfər Günü elan edildi - SƏRƏNCAM

12:38

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq...

11:17

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - AÇIQLAMA

10:35

Sərt karantin rejimi tətbiq edilməsə... - Açıqlama

10:30

DYP rəisi vəzifədən AZAD OLUNDU

21:22

Şəhid generalımız Polad Həşimovun oğluna "İnşallah sən də şəhid olarsan" dedi: Tənqid atəşinə tutuldu

21:20

Azərbaycanda şəhid ailələrinə 11 min manat veriləcək- Rəsmi açıqlama

21:17

Lavrovdan Dnestryanıdan Rusiya qoşunlarının çıxarılması ilə bağlı AÇIQLAMA

21:13

Ağasəlim Mircavadov Rəşad Sadıqovu özündən çıxardı - VİDEO

21:12

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi - Bu qəhrəmanı siz də tanıyın

21:02

Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi

11:36

Dəhşətli hadisə: Qadın öldü,kişi ağır yaralandı

10:32

ÜST: Yoluxma sayında sentyabrdan bu yana ilk dəfə azalma olub

10:31

Laçının tanınmış şəxsləri - SİYAHI

10:29

Rəsul Quliyev: “Bu quşbeyin anlamır ki...”

13:45

Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI

12:48

Qaxda 95 aztəminatlı ailələrə sosial yardımlar paylanılıb

11:27

İti ilə oynayarkən yıxılan Co Baydenin ayaq sümükləri sındı

10:53

Paşinyan Putinlə Qarabağa dair danışıqların bir hissəsini açıqlayıb

10:41

Bakıda dəhşətli qəza: Avtomobil marketə çırpıldı, üç tibb işçisi öldü - VİDEO

21:02

Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...

20:52

Paşinyana ŞOK: "Sən türkün ayaqqabılarını yalamısan"

20:43

“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ

12:12

Koronavirusu təyin etmək üçün EV TESTİ

12:11

Laçın dəhlizində son durum: Şuşaya giriş niyə qadağandır?

12:07

Pensiyaları nə vaxt ödəniləcək? - NAZİRLİK AÇIQLADI

21:38

Elçin Axundzadənin rəhbərliyi ilə diplomatik ikinci Beynəlxalq konfrans keçirildi

22:06

Bu rayonlarda 2 gün qaz olmayacaq - SİYAHI

21:58

Ermənistan itkilərini açıqladı - ŞOK RƏQƏM