QAÇQINKOMDA 2 SƏDR FAKTORU-SƏDR RÖVŞƏN RZAYEVDİR YOXSA MAHİR ABBASZADƏ

10:59 19.11.2020 24
QAÇQINKOMDA 2 SƏDR FAKTORU-SƏDR RÖVŞƏN RZAYEVDİR YOXSA MAHİR ABBASZADƏ
Rövşən Rzayev ''Qaçqınkom''a sədr təyin olunandan sonra Əli Həsənovun atasına rəhmət oxutdurdu.Bu adam harda pul qazanmaq üçün isıq yolu varsa oranı sözün əsl mənasında süng elədi. Qaçqınların erməni işğalından sonra yaşadıqları ən çətin,keçməkeçli dövr elə Rövşən Rzayevin dövrünə təsadüf edir.
Görəsən Rövşən Rzayev öz vicdanıyla tək qalanda heç özünə sual verirmi ki,niyə bu qaçqınlara zülm edirəm?
Görəsən qaçqınlara qarşı belə amansız olan Rövşən Rzayevi buna təhrik edən nədir? Bəlkə heç kimin bilmədiyi müəmmalı bir məqam,sirr var? Hər nəysə bu indiki yazımızın mövzusu deyil və inanırıq ki, müharibə bitdikdən sonra güc strukturlarının bunları araşdırmağa bizdən də geniş imkanları olacaqdır.
Son günlər mətbuatda deputat və QAÇQINKOM Rövşən Rzayevin şəriki,biznes ortağı Mahir Abbaszadənin ölkəmizin bu çətin dönəmində,müharibə şəraitinin olduğu bir dövrdə,Şəhidlərimizin vətən uğrunda canından keçdiyi bir dövrdə özünə təmtəraqlı şəkildə ad günü keçirməsi ilə bağlı yazılar dərc olunmuşdur.Cənab Prezidentimiz İlham Əliyevin xalqımız,vətənimiz üçün yatmadan,dincəlmədən fasiləsiz işlədiyi bir dövrdə bunlar məclislər təşkil edib əylənirlər.
Görəsən niyə QAÇQINKOM sədri Rövşən Rzayev adı hər zaman qaranlıq tenderlərdə adı çəkilən bir deputatı özünə köməkçi seçib?
Rövşən Rzayev və onun ’’iş’’-’’baz’’ı Mahir Abbaszadənin qaranlıq işləri,müəmmalı tenderləri ilə bağlı mətbuatda geniş araşdırma yazıları dərc olunmuşdu həmin yazını sizlərə təqdim edirəm
"Qaçqınkom"da müdhiş tender əməliyyat: Deputat Mahir Abbaszadə 15 milyonluq sifarişi öz şirkətinə verib - ŞOK SƏNƏDLƏR
26 iyul, 2020 18:30

Jurnalist Cavanşir Həsənli özünün Facebook hesabında Rövşən Rzayevin sədri olduğu Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsində və deputat Mahir Abbaszadənin sədri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundakı korrupsiya halları ilə bağlı şok sənədlər yayıb.

C.Həsənli yazır: "AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ son bir il ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi 15 milyon manatlıq 3 tenderin qalibi elan edilib. Vergilər Nazirliyinin reyestr məlumatları bazasında şirkətin təsisçisi ilə bağlı məlumat göstərilmir, qanuni təmsilçisinin isə Abbasov Gündüz Həbib oğlu olduğu qeyd edilir. MMC-nin nizamnamə kapitalı 10 manatdır, əldə etdiyi dövlət sifarişləri Abşeron, Ağcabədi və Kürdəmir rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış binasının, fərdi evlərin, sosial və texniki infrastruktur obyektlərinin tikintisi işləridir.
Bunlardan biri Abşeron rayonu ərazisində tikilən 54 mənzildən ibarət olan 9 mərtəbəli 37 nömrəli binadır. Binanın smeta dəyəri 3.018.491 manatdır".


Ötən ilin fevralında fond Göyçay rayonunda 80 mənzillik yaşayış binasının tikintisinə dair «AZ.İnşaat-M.V.» MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 4 milyon 891,447 min manat təşkil edir. Fond tərəfindən Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün daha bir tender keçən ilin noyabrında “AZ.İnşaat-M.V.” ММC-yə həvalə olunub. Bu layihə üzrə dövlət sifarişinin dəyəri 6 milyon 963 min 828 manat təşkil edir. Sadə kalkulyasiya hesablaması ilə 3 otaqlı kürsülü bir məcburi köçkün evi nə az-nə çox 71 min manatdan baha hesablanıb. Tikinti mütəxəssislərinin rəyinə görə belə fərdi həyət evlərinin tikintisi tikinti materiallarının mövcud parakəndə satış qiymətləri ilə 25-30 min manata başa gəlir.


“AZ.İnşaat-M.V.” MMC-nin adı əvvəlki illərdə Təhsil Nazirliyinin tenderlərində də keçir. Belə ki, MMC 2010-cu ildə Təhsil Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişləri əsasında Qaradağ r. D. Bəkirov ad. uşaq bağçasının təmirinə 46 867, Qaradağ r. 253 saylı orta məktəbin təmirinə isə 44 634 manat vəsait alıb.


“AZ.İnşaat-M.V.” MMC 2016-cı ilin fevralında qonşu Gürcüstanda tikinti sahəsində fəaliyyət göstərmək üçün bu ölkənin Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində də öz filialını qeydiyyatdan keçirib.

İndi keçək Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 15 milyon manatlıq tenderlərində "qalib" edilmiş şirkətin sirli təsisçisinin kimliyinə. Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyinə təqdim edilmiş sənədlərə görə, “AZ.İnşaat-M.V.” MMC 2007-ci ilin yanvarın 23-də təsis edilib. Əlavələrdə təqdim etdiyim sənədlərdə də qeyd olunduğu kimi şirkətin təsisçisi 100 faizlik pay hüququ ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon bina 29/69 ünvanında qeydiyyatda olan ABBASZADƏ MAHİR TAPDIQ oğludur. Bəli, 2015-ci ildən Milli Məclisin deputatı və 2018-ci ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilmiş Mahir Abbaszadə!


Şirkəti təsis etdiyi dövrdə o, "Zaminbank" ASC-nin "Gənclik" filialına rəhbərlik edib. Hansı ki, həmin bankın rəhbəri Nadir İsmayılov barəsində bu ayın əvvəlində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməldaşları tərəfindən 20 milyon manat vəsaitin mənimsənilməsi ittihamı ilə həbs edilib.


Yeri gəlmişkən Mahir Abbaszadənin qardaşı, "Nikoil Bank"ın Sumqayıt filialının müdir müavini Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas) da ötən il mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi. Lakin deputat qardaşını həbsdən qurtara bilmişdi.


Mahir Abbaszadə parlamentdə özünün məcburi köçkün olduğu Laçın rayonunu təmsil edir, o, 1975-ci ildə Laçın rayonunun Güləbrid kəndində anadan olub.


Sənədlərdə qeyd edilir ki, 2012-ci aprelində Mahir Abbaszadə şirkəti Laçın rayonunun Güləbrid kəndindən olan yaxın qohumu İMRANOV VÜQAR İMRAN oğlunun adına keçirib. Buna qədər Vüqar İmranov şirkətin qanuni təmsilçisi olub.
Bəs Vüqar İmranov kimdir? MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL İNKİŞAF FONDUNUN saytında (http://www.sfdi.gov.az/font-haqqinda-rehberlik?fbclid=IwAR1VlpDiL6Zw2fNCXcLQri-ugNLLYxf2lIfFHtA1hM2iW1H-p9njTOAhiRw) qeyd olunur ki, o, 2018-ci ilin noyabrında Mahir Abbaszadə tərəfindən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda direktor müavini vəzifəsinə təyin olunub.


Baxın, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda rəhbəri, onun müavini dövlət büdcəsindən ayrılmış külli-miqdarda vəsaiti birbaşa öz ciblərinə yönəldirlər. Həm də çəkinmədən, açıq şəkildə!


Mahir Abbaszadənin müavini Vüqar İmranov şübhəli tenderlər və Gürcüstandakı şirkətlə bağlı sualları cavabsız qoydu.
Hər halda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mahir Abbaszadənin fondun 15 milyonluq sifarişlərini öz şirkətinə həvalə etməsinə niyə göz yumruğunu izah etməli, başqa sözlə hansı maraqlarının olduğuna komitə özü aydınlıq gətirməlidir.

Daha sonra mətbuatda Mahir Abbaszadə və qardaşı Zahir Abbasın özlərini kriminal aləmin üzvləri kimi aparması,jurnalistləri ölümlə hədələməsi ilə bağlı məlumatlar gündəmi zəbt etmişdir. Görəsən bu milyonçu qardaşlar kimə arxayındır? Dövlətdən xımır-xımır yediyi pullaramı arxayındılar? Məmurların etdikləri əməllərə görə əllərinin qandallanması bunlara dərs olmadımı?

P.S. Görəsən Mahir Abbaszadə gecə yatanda yuxularında qara maskalı cəngavərləri görürmü?

Növbəti yazımızda Laçınlıların üzünü görmədiyi Mahir Abbaszadənin dövlətdən mənimsədiyi milyonlar və onun müəmmalı həyat tərzi araşdırma mövzumuz olacaqdır
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
(gundelik-baku.com)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:43

“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu - VƏKİL İMİŞ

21:41

Azərbaycanda 1 ay sonra koronavirus yox olacaq - PROFESSOR

21:33

SON DƏQİQƏ: Xalq artisti VƏFAT ETDİ - FOTO

21:30

Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır

16:11

Hər il sentyabrın 27-si Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

16:10

10 Noyabr Azərbaycanda Zəfər Günü elan edildi - SƏRƏNCAM

12:38

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq...

11:17

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - AÇIQLAMA

10:35

Sərt karantin rejimi tətbiq edilməsə... - Açıqlama

10:30

DYP rəisi vəzifədən AZAD OLUNDU

21:22

Şəhid generalımız Polad Həşimovun oğluna "İnşallah sən də şəhid olarsan" dedi: Tənqid atəşinə tutuldu

21:20

Azərbaycanda şəhid ailələrinə 11 min manat veriləcək- Rəsmi açıqlama

21:17

Lavrovdan Dnestryanıdan Rusiya qoşunlarının çıxarılması ilə bağlı AÇIQLAMA

21:13

Ağasəlim Mircavadov Rəşad Sadıqovu özündən çıxardı - VİDEO

21:12

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi - Bu qəhrəmanı siz də tanıyın

21:02

Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi

11:36

Dəhşətli hadisə: Qadın öldü,kişi ağır yaralandı

10:32

ÜST: Yoluxma sayında sentyabrdan bu yana ilk dəfə azalma olub

10:31

Laçının tanınmış şəxsləri - SİYAHI

10:29

Rəsul Quliyev: “Bu quşbeyin anlamır ki...”

13:45

Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI

12:48

Qaxda 95 aztəminatlı ailələrə sosial yardımlar paylanılıb

11:27

İti ilə oynayarkən yıxılan Co Baydenin ayaq sümükləri sındı

10:53

Paşinyan Putinlə Qarabağa dair danışıqların bir hissəsini açıqlayıb

10:41

Bakıda dəhşətli qəza: Avtomobil marketə çırpıldı, üç tibb işçisi öldü - VİDEO

21:02

Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...

20:52

Paşinyana ŞOK: "Sən türkün ayaqqabılarını yalamısan"

20:43

“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ

12:12

Koronavirusu təyin etmək üçün EV TESTİ

12:11

Laçın dəhlizində son durum: Şuşaya giriş niyə qadağandır?

12:07

Pensiyaları nə vaxt ödəniləcək? - NAZİRLİK AÇIQLADI

21:38

Elçin Axundzadənin rəhbərliyi ilə diplomatik ikinci Beynəlxalq konfrans keçirildi

22:06

Bu rayonlarda 2 gün qaz olmayacaq - SİYAHI

21:58

Ermənistan itkilərini açıqladı - ŞOK RƏQƏM