Adil Əliyev: "O qədər çıxılmaz vəziyyətə düşdülər ki, hətta qadınlardan ibarət hərbi qruplar təşkil etdilər"

20:54 16.11.2020 35
Adil Əliyev: "O qədər çıxılmaz vəziyyətə düşdülər ki, hətta qadınlardan ibarət hərbi qruplar təşkil etdilər"
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük müharibə öz uğurlu nəticəsini verib. Bu şanlı Vətən savaşının sonunda Ermənistan tərəfindən işğal edilmiş 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad olunub.

Bu barədə Milli Məclis Sədrinin müavini Adil Əliyev özünün məqaləsində qeyd edib.

Məqalədə deyilir:

“Hər bir kəndin, şəhər və qəsəbəmizin işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşidirdik, hər gün bu xəbərləri səbirsizliklə gözləyirdik. Açıqlanan şad xəbərlərin arxasında hansı əziyyətlərin, necə böyük zəhmət və mübarizənin durduğu, bu qalibiyyətin nələrin hesabına başa gəlməsinin hər kəs fərqində idi. Düşmənin uzun illər işğal altında saxladığı, müqəddəs ruhlarımızın uyuduğu torpaq uğrunda aparılan, sonu qələbə ilə bitən bu mübarizə hər bir azərbaycanlını hədsiz dərəcədə sevindirib. Rəşadətli Ordumuzun apardığı hərbi əməliyyatlar zamanı düşmənə məxsus olan texnikaların və canlı qüvvənin məhv edilməsi ilə bağlı Müdafiə Nazirliyinin yaydığı rəsmi kadrlar hər bir vətəndaşımız tərəfindən böyük qürur hissi ilə izlənilib. Düşmənin itkilərinin dəyəri artıq 3 milyardı keçib, davam edən hərbi əməliyyatlar fonunda Ermənistan ordusu tam sıradan çıxarılıb. Dəfələrlə döyüş zamanı erməni hərbi qulluqçuları döyüşməkdən imtina edərək geri çəkiliblər...

Müharibənin ilk günlərindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe, beynəlxalq mediaya verilən sərrast və dürüst açıqlamalar, Ordumuzun göstərdiyi şücaət, üstün döyüş qabiliyyəti artıq erməni xalqının iradəsini sındırmışdı...

Bu gün Ermənilərin ayrı-ayrı zümrələrindən olan şəxslərin sosial şəbəkələrdə Azərbaycan vətəndaşı olmaq istəklərini dilə gətirmələri təsadüfi deyil. Bunun real səbəbi odur ki, onlar ölkə başçımızın timsalında ilk dəfə əsl lider, müharibə meydanında ilk dəfə qalib ordu gördülər. Çünki, döyüş əməliyyatları başlayan andan deyilmişdi ki, bu müharibə həm də Ermənistanın cinayətkar siyasi rəhbərliyinin sonu olacaq... Həmin siyasi rəhbərlik isə öz qəddar və vandal siyasətinə, barbar əməllərinə davam etməkdə idi. O qədər çıxılmaz vəziyyətə düşdülər ki, hətta qadınlardan və qocalardan ibarət hərbi qruplar da təşkil etdilər. Bu da onlara kömək edə bilmədi, yenə döyüşdə olan erməni əhalisi savaşmaqdan imtina edirdi...

Noyabrın 8-də qəhrəman əsgər və zabitlərimiz üzbəüz mövqelərdə, təkbətək döyüşərək Qarabağımızın göz bəbəyi olan Şuşa şəhərini işğaldan azad etdi. Ardınca bir günün içində 70-dən artıq kənd, 8 strateji yüksəklik düşmən tapdağından təmizləndi, bu da düşməni mat vəziyyətinə saldı... Savaşın başladığı ilk zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddət müharibənin dayandırılması məqsədilə xarici dövlətlərə yalvardı. Dövlət başçımızın dəmir iradəsi, Azərbaycan xalqının öz liderinə qüvvətli inamı, ordumuzun ruh yüksəkliyini görəndən, üstəgəl də Şuşanın azad edilməsindən sonra çıxılmazlıq labirintinə düşdü. Xain Ermənistanın və onun xain baş nazirinin razılaşma kapitulyasiyasını imzalamaqdan başqa yolu qalmadı...

Artıq 10 noyabr - xalqımız üçün Zəfər Bayramıdır, Qələbə günüdür. Biz qalib ölkə olaraq, Ermənistana kapitulyasiyanı imzalatmağı bacardıq. Paşinyan məğlubiyyətdən yaxa qurtarmaq məqsədilə bu imzanı atsa da, ölkəsində ona qarşı etirazlar sürətlə artıb.

Ermənistanın siyasi rəhbərliyi bütün xəbərdarlıqlara baxmayaraq, heç bir halda öz şövinist siyasətindən əl çəkmədi. Bu da onun üçün ağır nəticəsi - həm döyüş meydanında məğlub oldu, həm də ki, onsuz da çətin iqtisadi durumda olan ölkəni bu qədər maliyyə itkiləri ilə lap pis vəziyyətə saldı. Bu maliyyə böhranından çıxmaq üçün düşmən ölkəyə azı bir neçə onillik lazım olacaq. Eyni zamanda, Paşinyanın xalqının gözündə olmayan etibarı tamamilə yerlə bir oldu.

Onu da bildirim ki, Paşinyana qarşı etirazlar yalnız kapitulyasiyanı imzaladıqdan sonra başlamayıb. Daha əvvəl də ölkədə Baş nazirin müxalifət nümayəndələrini, jurnalistləri həbs etdirməsi, onların ölümünə səbəb olma halları ilə əlaqədar kifayət qədər narazılıqlar mövcud idi... Düşmənə qarşı sülhə məcburetmə tədbirləri çərcivəsində Ermənistan kapitulyasiyanı imzalamaqla, Kəlbəcər, Laçın və Ağdam rayonlarını heç bir qan tökülmədən qaytarmağı öz üzərinə götürdü. Bu o deməkdir ki, onlar yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə də məğlub oldular.

Sazişin şərtlərinə baxsaq görürük ki, ordumuzun işğaldan azad etdiyi və razılaşma ilə boşaldılan bütün ərazilərdə nəzarət bizdə qalır, habelə həmin yerlər Azərbaycan Respublikasının tərkibinə daxil olur. Bu isə o deməkdir ki, üç rəngli bayrağımız yenidən həmin rayon və şəhərlərdə sonsuzadək dalğalanacaqdır...

Ermənistanın bu müharibədə itkiləri yalnız çoxsaylı döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsindən ibarət olmayıb. Azərbaycanın Dövlət-Ordu-Xalq Birliyinin gücü, savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst elədi. Danışıqlar prosesində istədikləri şərtlərin hər birini sıfırladı...”

Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq! Müharibədə güc göstərən Qalib Ordunun sahibləriyik! Bununla nə qədər fəxr etsək azdır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:43

“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu - VƏKİL İMİŞ

21:41

Azərbaycanda 1 ay sonra koronavirus yox olacaq - PROFESSOR

21:33

SON DƏQİQƏ: Xalq artisti VƏFAT ETDİ - FOTO

21:30

Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır

16:11

Hər il sentyabrın 27-si Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

16:10

10 Noyabr Azərbaycanda Zəfər Günü elan edildi - SƏRƏNCAM

12:38

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq...

11:17

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - AÇIQLAMA

10:35

Sərt karantin rejimi tətbiq edilməsə... - Açıqlama

10:30

DYP rəisi vəzifədən AZAD OLUNDU

21:22

Şəhid generalımız Polad Həşimovun oğluna "İnşallah sən də şəhid olarsan" dedi: Tənqid atəşinə tutuldu

21:20

Azərbaycanda şəhid ailələrinə 11 min manat veriləcək- Rəsmi açıqlama

21:17

Lavrovdan Dnestryanıdan Rusiya qoşunlarının çıxarılması ilə bağlı AÇIQLAMA

21:13

Ağasəlim Mircavadov Rəşad Sadıqovu özündən çıxardı - VİDEO

21:12

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi - Bu qəhrəmanı siz də tanıyın

21:02

Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi

11:36

Dəhşətli hadisə: Qadın öldü,kişi ağır yaralandı

10:32

ÜST: Yoluxma sayında sentyabrdan bu yana ilk dəfə azalma olub

10:31

Laçının tanınmış şəxsləri - SİYAHI

10:29

Rəsul Quliyev: “Bu quşbeyin anlamır ki...”

13:45

Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI

12:48

Qaxda 95 aztəminatlı ailələrə sosial yardımlar paylanılıb

11:27

İti ilə oynayarkən yıxılan Co Baydenin ayaq sümükləri sındı

10:53

Paşinyan Putinlə Qarabağa dair danışıqların bir hissəsini açıqlayıb

10:41

Bakıda dəhşətli qəza: Avtomobil marketə çırpıldı, üç tibb işçisi öldü - VİDEO

21:02

Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...

20:52

Paşinyana ŞOK: "Sən türkün ayaqqabılarını yalamısan"

20:43

“Azərbaycanın Ermənistana qarşı təzminat davası açması üçün heç bir əngəl yoxdur” - GƏLİŞMƏ

12:12

Koronavirusu təyin etmək üçün EV TESTİ

12:11

Laçın dəhlizində son durum: Şuşaya giriş niyə qadağandır?

12:07

Pensiyaları nə vaxt ödəniləcək? - NAZİRLİK AÇIQLADI

21:38

Elçin Axundzadənin rəhbərliyi ilə diplomatik ikinci Beynəlxalq konfrans keçirildi

22:06

Bu rayonlarda 2 gün qaz olmayacaq - SİYAHI

21:58

Ermənistan itkilərini açıqladı - ŞOK RƏQƏM