Ərdoğanın “qırmızı xətti”

11:55 30.10.2020 292
Ərdoğanın “qırmızı xətti”
Türkiyə prezidenti Ərdoğan oktyabrın 27-də Rusiyalı həmkarı Vladimir Putinə zəng edərək, Ankaranın "qırmızı xəttini” xatırladıb.

Adətən, qırmızı xətt dedikdə, başa düşmək lazımdır ki, onu keçmək olmaz, bu, mütənasib cavaba səbəb ola bilər. O, bu cavabı əsaslandırmaq üçün Putinə Qarabağ müharibəsi üçün Ermənistanın Azərbaycana göndərdiyi qadağan olunmuş Kürd Fəhlə Partiyasının (PKK) 2 min terrorçusu barədə məlumat verib.

"Kəşfiyyat xidmətlərinin təsdiq edilmiş məlumatlarına görə, işğal edilmiş Qarabağda Ermənistan tərəfdə 2 min PKK terrorçusu döyüşür. Onlara adambaşı 600 dollar ödənilir və onlar Şuşada yerləşdirilib”, - deyə Ərdoğan Putinə bildirib.

Bu iki mesaj Cənubi Qafqazda bir-birindən 2 min km-dən çox aralı iki qaynar nöqtədə yerləşən və hökumət əlaqələrinin birləşdirdiyi həmsöhbətlərin fikir mübadiləsində çox mühüm faktdır.


Qeyd etmək lazımdır ki, prezidentlərin bu söhbəti haqqında Moskvadan və Ankaradan verilən məlumatlar bir-birindən fərqlənir – Moskvanın qırmızı xəttə işarə olmayan, amma Suriyalı terrorçularla bağlı iradlar yer alan məlumatı diplomatikliyi ilə seçilir, Ankaranın təcili diplomatik məlumatında isə açıq mətn verilib. Ərdoğan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasında keçirilən iclasda söhbətin mahiyyətini açıqlayaraq, Putin üçün vəziyyətdən çıxış üçün keçid qoyub: "Prezident Putin etiraf edib ki, ona açıqlanan faktlardan xəbəri yox idi”, - deyə Ərdoğan qeyd edib.

Qırmızı xətt. Son hadisələr və Yerevan, Moskva və Bakıdan daxil olan məlumatlar belə bir fikir yaradır ki, qırmızı xətt dedikdə Azərbaycan və Ermənistan arasındakı sərhədi və xüsusən sərhədin Ermənistan və Azərbaycan arasındakı alçaqlıqda Azərbaycan ordusunun irəliləyərək, 27 il əvvəl işğal edilmiş rayonları – Cəbrayıl, Zəngilan, Qubadlı və Laçını qarış-qarış azad etdiyi hissəsini başa düşmək lazımdır.

1992-1993-cü illərdə olduğu kimi (həmin vaxt uğurla) ermənilər iki tərəfdən – Ermənistan ərazisindən əsas qüvvələrlə və Dağlıq Qarabağ ərazisindən köməkçi qüvvələrlə Azərbaycan qoşunlarına hücum edə bilərlər. Aşağıdakı faktlar bunu göstərir. Dünən bütün qoşun növləri cəlb edilməklə, Ermənistan Silahlı Qüvvələrinin böyük bir dəstəsi sərhəddə toplaşmağa başlayıb. Həmçinin, burada Rusiya sərhədçiləri də peyda olub, buraya nümayişkaranə şəkildə Rusiyanın mütləqiyyəti dövründə belə burada görünməyən üçrəngli Rusiya bayrağını sancıblar. Ermənistanın rəsmi dairələri Azərbaycan tərəfdən Ermənistanın sərhəddəki postlarına atəş açıldığı, Dağlıq Qarabağda ermənilərin soyqırımı təhdidi haqqında bəyanatlar səsləndirməyə başlayıblar.

Və nəhayət, Ermənistanın baş naziri Paşinyan hərbi sirri pozaraq, oktyabrın 27-də Ermənistan ordusunun ən qısa zamanda Azərbaycan tərəfindən azad edilmiş torpaqları hər santimetrinə qədər qaytaracağı barədə gurultulu bəyanat verib.

"Arsax xalqı, erməni xalqı, bütün ermənilər hər bir ağac, hər bir daş, hər bir santimetr və hər bir millimetr uğrunda amansız mübarizə aparacaq və düşmənə lazımi vaxtda endirilən dəqiq əks zərbə məhvedici məğlubiyyət effektinə malik olacaq”, deyə Ermənistan baş naziri bildirib.

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan ordusu Cəbrayıl, Zəngilan, Qubadlı və qismən Laçın rayonlarını azad edib.

Terror əsası. Ermənistan-Fransa-Rusiya təbliğatı fəal şəkildə Qarabağda Azərbaycan tərəfdə döyüşən Suriyalı terrorçular haqqında məlumat yayırdı. Bu məlumatlara Paşinyan, Fransa prezidenti Makron və RF xarici kəşfiyyat idarəsinin rəhbəri Narışkin ton verib.

Konstantin Zatulin, Vitali Tretyakov, Petr Tolstoy və digərlərinin şəxsində Kreml təbliğatçıları fəal şəkildə Bakının razılığı olmadan Azərbaycan ərazisinə sülhməramlı Rusiya qoşunlarının yeridilməsi üçün informasiya zəmini yaradırdılar. Bunu Rusiyaya qarşı terror təhlükəsinin mövcudluğu və ermənilərin müdafiəsi ilə əsaslandırırdılar. Əslində bu, 27 illik fasilədən sonra yenidən Azərbaycana ermənilərin maraqlarına uyğun şərtlər diktə etmək üçün rus qoşunlarının Azərbaycana yeridilməsi demək idi.

Rusiyanın Gümridəki hərbi bazasının, - məhdud sərhəd kontingenti istisna olmaqla, orada başqa qoşun yoxdur, - Ermənistan ərazisindən Qarabağa girməsi ilə bağlı əsaslandırmanın bu hissəsi Ərdoğanın Rusiyanın da terror təşkilatı kimi tanıdığı PKK-nın 2 min terrorçusu haqqında arqumenti ilə rəf edilib. Yəni Ərdoğan qətiyyətlə ifadə edib ki, Rusiya terrorizmə qarşı mübarizə bəhanəsi ilə istənilən şəkildə Azərbaycan ərazisinə daxil olarsa, Türkiyə eyni mütənasib əsaslarla döyüşə daxil olacaq.

Oktyabrın 26-da prezident Əliyev xalqa müraciətində bildirib ki, Türkiyə F-16-ları Azərbaycandadır, amma onlar hələ havaya qalxmayıb və xarici aqressiya olarsa, onlardan istifadə olunacaq. Bu sözlərin arxasında türk ordusunun gücünü göstərən kinayəli qeydi sezmək olar.

Əliyevin hansı hazırlanan aqressiya haqqında məlumatlandırıldığını baş nazir Paşinyanın sözlərindən anlamaq olar. Əliyev erməni liderinin santimetrlər haqqında sözlərini xatırladaraq, Ermənistanın artıq bir santimetr belə işğal edə bilməyəcəyini bildirib.

Qəliz İran. Ermənistanın Azərbaycana hazırlanan hücumunun daha bir dolayı dəlili kimi İran tərəfinin hərəkətlənməsini göstərmək olar: İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Azərbaycanla sərhəddə təlimlərə başlaması, Azərbaycanla həmsərhəd ərazidə Ermənistan-Azərbaycan hərbi əməliyyatlarının olacağı təqdirdə burada təhlükəsizlik zonasının yaradılması haqqında bəyanat və nəhayət, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçinin Tehranın hansısa sülh planı ilə sülhyaratma səfəri. Yaxın tariximiz bizə öyrədir ki, bu cür vasitəçilik səyləri acınacaqlı başa çatıb. 1992-ci ilin fevralında xarici işlər naziri Vilayəti belə bir niyyətlə gəlib və dərhal sonra Xocalı soyqırımı başlayıb. Elə həmin il mayın 8-də Tehranda Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanır və dərhal sonra Şuşa və ardınca Laçın işğal edilir.

Əraqçi də regiona Paşinyanın santimetrlərdən bəhs etdiyi anda gəlib, amma Ərdoğan ermənilərin hazırladığı hücumun altından qırmızı xətt çəkərkən o, yolda idi.
Turan İA
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu