Elnur Allahverdiyev: “Yerevanda Rusiya bayrağının yandırılıb ayaqlar altına salındığını kim unudub?”

11:21 20.10.2020 351
Elnur Allahverdiyev: “Yerevanda Rusiya bayrağının yandırılıb ayaqlar altına salındığını kim unudub?”
“Ermənistanın bir dövlət kimi mövcudluğu, ermənilərin isə xalq olaraq Cənubi Qafqazda yaşamaları ilk növbədə Rusiyanın xidmətidir. Bunu Rusiyada yaxşı bilirlər və yeri gələndə deyirlər. Rusiya cəmiyyətində bu reallığı dərk etsələr də, təəssüf ki, biz bu ölkənin siyasi isteblişmentində və media strukturlarında yenə də Ermənistanın birtərəfli müdafiə olunduğunu görürük. Prezident İlham Əliyev sentyabrın 27-dən bu yana Rusiya KİV-nə verdiyi müsahibələrdə bu məqama bir neçə dəfə toxunub”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Deputatın sözlərinə görə, mövcud reallıq paradoksal xarakter daşıyır: “Son iki il ərzində Ermənistanda hökm sürən qatı rusofob ab-havasının şahidi olmuşuq. Özü də tək biz yox, Rusiyada Cənubi Qafqazla bu və ya digər formada əlaqəli olan istənilən şəxs. Yerevanda Rusiya səfirliyinin yumurta atəşinə tutulduğunu, bayrağının yandırılıb ayaqlar altına salındığını kim unudub? Ermənistanda olan rus hərbi bazasının dərhal ölkədən çıxarılması tələbləri irəli sürülüb. Mən inanmıram ki, Rusiyada bu gün erməniləri müdafiə edən istər siyasətçilər, istərsə də media qurumlarının rəhbərləri Yerevan küçələrində prezident Putinin ünvanına təhqiredici ifadələr işlətməklə keçirilən kütləvi aksiyalardan xəbərsiz olsunlar”.

E.Allahverdiyev hesab edir ki, Nikol Paşinyan böyük ölçüdə hakimiyyətə məhz anti-Rusiya şüarları ilə ruslara nifrət edən elektoratın çiyinlərində gəlib. “Hər kəsə məlumdur ki, Ermənistanın iqtisadi çətinlikləri heç vaxt həll olunmayacaq, bu problemin çözümü hakimiyyətdə kimin olmasından asılı deyil. Paşinyanı gətirənlər Qərbdəki məlum dairələrdir. Erməni xalqı həmişəki kimi naxələflik edib Qərbdəki yaxşı yaşayış dalınca qaçmaq üçün Paşinyana dəstək verdi” – deyə deputat vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, unutmamaq lazımdır ki, Ermənistanda ruslara qarşı fobiya tək Paşinyan hakimiyyətinin məhsulu deyil: “2016-cı ilin aprel döyüşlərindən sonra Yerevanda Rusiyaya qarşı açıq tənqidlər başladı. Ermənipərəst rus siyasətçilər internetdən kifayət qədər videomateriallarla tanış ola bilərlər. Üstəlik, hələ Serj Sarkisyan hakimiyyəti son illərdə Qərbə, Avropaya doğru dreyf etməyə başlamışdı. Xatırlayırsınızsa, Ermənistanın Avropa Birliyi ilə dərin inteqrasiyasını nəzərdə tutan sənəd məhz Sarkisyan dövründə ərsəyə gəlmişdi və Yerevan az qala bu sənədi imzalayacaqdı. İmzalanma ərəfəsində Sarkisyanı Moskvaya çağırıb elə dərs verdilər ki, niyyətindən biabırcasına əl çəkməli oldu”.

E.Allahverdiyev hesab edir ki, Rusiyada Ermənistanı müdafiədə canfəşanlıq edən şəxslərin bəzilərinin ermənilərlə özəl bağlantılarının olduğu sirr deyil. Digər qism isə hələ də köhnəlmiş geosiyası çıxarlara əsasən bu mövqedədirlər: “Əslində, həyat bir yerdə durmadığı kimi, siyasət də dəyişir. Ermənistanın Rusiya üçün 30 il bundan əvvəlki əhəmiyyəti bu gün aktual deyil. Rusiyanın Cənubi Qafqazda ona münasibətdə adekvat mövqedə duran yeganə ölkə - Azərbaycanla münasibətlərini pisləşdirməsi də real deyil. Özü də postsovet məkanındakı mövcud olan reallıq fonunda. Buraya ermənilərin üzü dönüklüyünü əlavə edək” – deyən deputatın fikrincə, regionumuzda Gürcüstanın Rusiya ilə məlum səbəblərə görə münasibətlərinin nə vaxt normallaşacağını proqnozlaşdırmaq müşkül məsələdir. Ermənistan Moskvaya aşkar və kobud xəyanət etdi və İkinci Qarabağ Savaşı başlamasa idi, bu xətti davam etdirəcəkdi. Yeganə adekvat və proqnozlaşdırılan münasibətlər Azərbaycanladır.

“Bu gün Azərbaycanı Rusiya ilə onlarla böyük iqtisadi layihələr bağlayır. Azərbaycan Rusiya üçün Türkiyəyə çıxışdır. Azərbaycan Fars körfəzinə gedən logistik marşrutdır. Azərbaycan ciddi iqtisadi tərəfdaşdır. Azərbaycan, ümumiyyətlə, sözübütöv ciddi dövlətdir. Ermənistan kimi tarixi vəfasızlıq edən xəyanətkar dövlət deyil. Rəsmi statistikaya görə, Paşinyan bu günlərdə Rusiya prezidenti ilə 5 dəfə telefonla danışıb. Nə qədər zənglərə Rusiya tərəfinin cavab vermədiyi isə məlum deyil. Belə qeyri-ciddi lideri olan dövlətə etibar etmək mümkündürmü? Bunu erməniləri dəstəkləyənlərin bilmələri çox vacibdir” – deyə deputat vurğulayıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ