Prezidentin uzaqgörən siyasəti - “Xudafərin” və “Qız Qalası” su bəndi

11:11 20.10.2020 48
Prezidentin uzaqgörən siyasəti  - “Xudafərin” və “Qız Qalası” su bəndi
Torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycanın dövlət təhlükəsizliyi baxımından mühümdür. İndiyədək separatçılar işğal altında olan torpaqlarda narkotik bitkilər becərib, qanunsuz fəaliyyətlərlə məşğul olublar. Onlar bu əməlləri ilə həm də İranın təhlükəsizliyini təhdid ediblər.

Qeyd edək ki, 1994-cü il martın 17-də İrana məxsus “C 130” sərnişin təyyarəsi işğal altında olan Dağlıq Qarabağın hava məkanında Ermənistan tərəfindən vurulmuşdu.

Onda İranın Moskvadakı səfirliyindən bildirilmişdi ki, aviaqəza nəticəsində təyyarədə olan bütün şəxslər, 9-u uşaq olmaqla 19 sərnişin və 13 ekipaj üzvü həlak olub. Təyyarənin göyərtəsindəki sərnişinlər səfirliyin ailə üzvləri və əməkdaşları imiş.

Ordumuzun əks-hücum əməliyyatları nəticəsində İranla sərhədboyu ərazinin bir hissəsi işğaldan azad edildikdən sonra Cəbrayıl rayonu , o cümlədən Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırılıb.
Prezidentin uzaqgörən siyasəti  - “Xudafərin” və “Qız Qalası” su bəndi
Bu, hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərinə sahib çıxması olmaqla yanaşı, həm də İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inkişafına mühüm təkan verəcək hadisədir.

Bu hadisə Azərbaycan Prezident İlham Əliyevin tapşırığı ilə imzalanan müqavilənin tarixi əhəmiyyətini də göstərdi.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan-İran hökumətlərarası Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.
Prezidentin uzaqgörən siyasəti  - “Xudafərin” və “Qız Qalası” su bəndi
Sazişdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.

Sazişdə, həmçinin hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edən bu mühüm sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran İslam Respublikası ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür.

“Xudafərin” və “Qız Qalası” bəndlərinə gəlincə, hər iki bənd Xudafərin su-elektrik stansiyasına aiddir. Bu SES Araz çayı üzərində İran-Azərbaycan sərhədində Araz və Marazad su bəndlərinin 196 km şərqə tərəf olan hissəsində Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhəri hüdudlarında Təbriz şəhərinin 240 km şimal şərqində Xudafərin körpüsü ilə Sarıcalı kəndi arasında yerləşir.
Prezidentin uzaqgörən siyasəti  - “Xudafərin” və “Qız Qalası” su bəndi
Xudafərin və Qız Qalası bəndləri və elektrik stansiyalarının inşası və istismarı haqqında müqavilə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında 13 fevral 2016-ci il tarixində Tehranda imzalanmış və iki ölkə parlamentləri tərəfindən də təsdiqlənib.

Bu enerji planını həyata keçirmək üçün Azərbaycan Respublikası və İran İslam Respublikasının rəsmiləri və enerji mütəxəssislərindən ibarət birgə texniki komissiya yaradılmışdı.

Körpülər “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi məqsədilə inşa olunmuşdu. Haqqında danışılan iki rabitə körpüsü bu bəndin qurğularına aiddir.

Həmin vaxt bəzi siyasi qüvvələr iddia edirdi ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər onda bunu, az qala, “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradması kimi qələmə verir və hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər.
Prezidentin uzaqgörən siyasəti  - “Xudafərin” və “Qız Qalası” su bəndi
Ancaq 2016-cı ilin fevralında imzalanmış sazişin preambulasında göstərilir ki, tərəflər BMT TŞ-nın məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalayıblar. Bu isə o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir.

Bu gün bir daha aydın olur ki, bu sazişi tənqid edənlər təkcə onun siyasi əhəmiyyətini deyil, həm də regionda, dünyada baş verən prosesləri, Azərbaycanın artan nüfuzunu, hərbi və siyasi çəkisini düzgün qiymətləndirməyi, analiz etməyi bacarmayıblar, işğal altındakı ərazilərin, o cümlədən Xudafərinin azad olunacağı reallığını nəzərə almayıblar.

Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi. 4 il öncə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Məsələyə bu günün reallığından, yəni həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirildi.

İndiki reallıq Prezident İlham Əliyevin həqiqətən də böyük siyasətçi, strateq olduğunu, hər bir məsələni zərgər dəqiqliyi ilə hesabladığını nümayiş etdirdi. Bu layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll ediləcək, bölgənin qəsa müddətdə bərpası və inkişaf etdirilməsi mümkün olacaq.

“Xudafərin” və “Qız Qalası” bəndləri, Xudafərin su-elektrik stansiyası bundan sonra əsl sahiblərinə Azərbaycan vətəndaşlarına xidmət edəcək.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:03

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı açıqlama

22:02

Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - VİDEO

15:12

Şevçenko erməni aparıcını Qarabağla bağlı necə susdurdu - İzləmə rekordu qıran VİDEO

15:10

Ekspert açıqladı: Müharibədə ən çox itkini harada vermişik? (VİDEO)

14:33

"Ermənilər bu əraziləri boşaltmalıdır, yoxsa..." - DÜŞMƏNƏ XƏBƏRDARLIQ

11:32

Ermənistanda ərzaq məhsulları kəskin bahalaşdı – VİDEO

11:24

İsrail kəşfiyyatından ŞOK İDDİA - İran Türkiyəni vurmağa hazırlaşır

11:22

Əsgər atasının bu hərəkəti hər kəsi duyğulandırdı - VİDEO

11:20

Karantin rejimi pozuldu – Şadlıq sarayında kim toy edib?

11:04

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

16:38

Səfər Mehdiyev gömrüyü hardan haraya daşıyıb... - QƏRAR VERİLMƏLİDİR...

16:37

Yoluxma niyə kəskin artır? - Həkim səbəbləri açıqladı

16:36

Külli miqdarda dələduzluqa ittiham edilirdi, Rusiyaya qaçmışdı - Məhkəmə işi

16:35

Aprel döyüşlərinin əfsanəsi,qazi Asif Rəsulovun müalicəsini hansı şirkət öz üzərinə götürdü-Video/Foto

13:08

Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi

13:07

Cavid Qurbanov harda yanlış etdi... - İDDİA

13:05

Ermənistan əsirləri heç bir şərt irəli sürmədən qaytaracağını AÇIQLADI

13:04

Günün qoroskopu: Uğurlu gündür!

13:02

Şok: Paşinyanın yerinə gələcək namizəd... - Ermənistanda gərginlik pik həddə/Yeni

12:59

Pandemiya uzanır: Azərbaycan sahibkarları nə etməlidir? - TƏHLİL

12:57

Balasanyanın “Artsax Ordusu” planı, sülhməramlılar və... - bizim limitimiz haqqında...

21:43

“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu - VƏKİL İMİŞ

21:41

Azərbaycanda 1 ay sonra koronavirus yox olacaq - PROFESSOR

21:33

SON DƏQİQƏ: Xalq artisti VƏFAT ETDİ - FOTO

21:30

Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır

16:11

Hər il sentyabrın 27-si Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

16:10

10 Noyabr Azərbaycanda Zəfər Günü elan edildi - SƏRƏNCAM

12:38

Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələ necə həll olunacaq...

11:17

İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - AÇIQLAMA

10:35

Sərt karantin rejimi tətbiq edilməsə... - Açıqlama

10:30

DYP rəisi vəzifədən AZAD OLUNDU

21:22

Şəhid generalımız Polad Həşimovun oğluna "İnşallah sən də şəhid olarsan" dedi: Tənqid atəşinə tutuldu

21:20

Azərbaycanda şəhid ailələrinə 11 min manat veriləcək- Rəsmi açıqlama

21:17

Lavrovdan Dnestryanıdan Rusiya qoşunlarının çıxarılması ilə bağlı AÇIQLAMA