Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov iş başındadır.
O, döyüş tapşırıqlarının uğurlu icrasının planlaşdırılması və təşkil edilməsində iştirak edir.
Qeyd edək ki, son günlər ermənipərəst saytlarda Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun döyüş əməliyyatlarının planlaşdırılması və idarəolunmasından uzaqlaşdırılması, hətta həbs olunması barədə məlumatlar yayılıb.
Amma Müdafiə Nazirliyinin yaydığı fotodan məlum olur ki, N.Sadıqov Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Ordunun digər rəhbər şəxsləri ilə birlikdə döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir./azxeber.com/
Zamantv.az