Impera
XƏBƏR LENTİ
16:17Rafael Ağayev: "Elə gün olub ki, bizim evdə çörək olmayıb. Quru çörəyi suya batırıb, yemişik"16:15“Azərbaycan Ordusu Laçına yaxınlaşır” - Rusiyalı ekspert16:13“Biz divanə deyilik ki, Rusiyanı təktərəfli sevək” - deputat16:10Çeçenistan müftisindən Makrona sərt sözlər: “Bir nömrəli terroçusan”16:07Krımdan Qarabağa muzdlu döyüşçülər gəldi - FOTO16:03Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - Müdafiə Nazirliyi16:01Azərbaycan Ordusu Laçına yaxınlaşır15:58Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir - Belə deyirlər...15:56"Türkiyə Fransaya aldığından daha çox mal satır" - ekspert15:55Samir Şərifovun adından yayılan məktub Ermənistanın növbəti təxribatıdır - Nazirlik15:53Paşinyanın məşhur “Kokeyşn Büro”su və tarixi həqiqətlər - SƏNƏD15:51Bir nazirlik kəndini işğaldan azad edir... sevindirir, digər nazirlik isə... - GİLEY15:50Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - Müdafiə Nazirliyi15:48Vətən Müharibəsi: Əsrə bərabər ay - TƏHLİL15:45Müdafiə Nazirliyi daha bir məlumat yaydı15:42Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ilə bağlı qayda dəyişir14:59"Erməni qadınlar ərlərini döyüşə getməyə razı salmaq üçün...”12:56Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender12:55Paşinyan həyat yoldaşını Qarabağa döyüşə göndərir12:53Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni təyinatlar12:51İşğaldan azad edilən Qubadlı şəhəri - VİDEO12:45Sahibə Qafarovaya ağır itki22:30Ermənilər “fake” videoları necə hazırlayır? - VİDEO22:25İcra hakimiyyətində məsul vəzifələrə "şoferlər,baytarlar" təyin olunur22:16Azərbaycana dəstək verdiyi üçün həbs edildi22:13Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - VİDEO22:12Ermənistan təyyarələri Rusiyadan bir ucdan silah daşıyır21:51Erməni əsgərlər arasında mübahisə düşdü — Mövqeləri tərk etdilər (VİDEO)21:49Son dəqiqə! Azərbaycan tərəfi əsir və girovlarla bağlı məlumat yaydı13:10Trampın Qarabağ açıqlamasına Rusiyadan reaksiya13:04Prezident İlham Əliyev xalqa müraciət edir - CANLI13:00Rəsmi Moskvadan Türkiyəyə çağırış12:58İgid əsgərlərimiz Laçının Səfiyan kəndindədir12:57Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solntsevlə vida mərasimi keçirilir13:30Erməni saytlarında "Qarabağ Azərbaycandır!" şüarı12:47Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir12:43Prezident: “Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq”12:52Pulu çox, şərəfi az olan erməni biznesmen Azərbaycana sərsəm təkliflə çıxış etdi12:49Lokmagezyan: "Türkiyədə ermənilərə nifrət indi hər zamankındən daha güclüdür" - Köçün, gedin, sizi heç kim saxlamır12:40Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi yalandır12:14Cənubi Koreyada 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra öldü12:13Kolumbiyada asma körpü çökdü: Ölənlər var12:12Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? - AÇIQLAMA12:11Deputat: “Azərbaycan könüllüləri, işğaldan azad olunmuş ərazilərin bərpasına hazırlaşın!”12:11Deputat: “Azərbaycan könüllüləri, işğaldan azad olunmuş ərazilərin bərpasına hazırlaşın!”12:10Fransada erməni lobbisinə böyük zərbə: Cəbhədə düşmən təxribatı ilə bağlı reportaj yayımlandı - VİDEO12:07Mikayıl Cabbarov İran rəsmisi ilə Xudafərini müzakirə etdi - FOTO12:05Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO12:04Azərbaycanın iki böyük şirkəti ordumuza dəstək üçün birləşdi12:03Keçmiş erməni deputat məhv edildi12:02“Qarabağın məşhur müəllimləri” - Süleyman Sani Axundov11:59Bugünün əhəmiyyətli bürcləri! 23 Oktyabr 2020-cu il.11:57İnsanlar haqqında bilmədiyimiz maraqlı faktlar15:52İlham Əliyev: “Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivi çox uzaqdır”14:15İtlərlə müsəlmanları bir tutan kafe sahibinə Mayk Taysondan ağır dərs - VİDEO14:13"Elmar Vəliyev heç özünü tanımır" - Vəkilindən Açıqlama14:08Azərbaycan “İti qovan” PUA-larının istehsalına başladı - FOTO14:00General-leytenant uğurlu Zəngilan əməliyyatından danışdı13:59Erməni mətbuatı Sərdar Ortacın hərbi geyimli şəklini paylaşıb, "Azərbaycan hərbiçisini öldürdük" yazdı - FOTO13:55Əriştədən bir ailənin 9 üzvü öldü13:54SON DƏQİQƏ: Düşmən Qəbələyə "Skad" raketi atdı - Evlər dağılıb, yaralı var13:52Ermənilər Qarabağda məhv edilən əsgərlərini kütləvi şəkildə dəfn edir - FOTO13:50Vaqif Əsədova ağır itki - Oğlu vəfat etdi - FOTO13:48Erməni diasporu daxilində parçalanma: “Müharibə partiyası “kompromislər partiyası”na qarşı13:06Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi - TƏCİLİ15:51Rayonun sevincinə kədər qatan kimlərdir?!12:08Bürclər bu günümüz üçün nə xəbər verir? 21 Oktyabr 2020-cu il.12:03Bunları bilmək maraqlıdır!10:54Düşmənin tabor komandiri şəxsi heyəti ilə birlikdə məhv edilib10:53Pakistanın konsulluğunun qarşısında sıxlıqdan 12 nəfər ölüb, 12 nəfər yaralanıb10:52Müdafiə Nazirliyi: Azərbaycana məxsus hərbi təyyarə vurulmayıb10:50Ermənistan prezidenti Brüsselə gedib10:48“Barselona”dan dörd yeni müqavilə - FOTO10:47Tramp çıxılmaz vəziyyətə düşdü - VİDEO10:46Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü10:45Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi nisbətən sabit qalıb10:44Hikmət Hacıyevdən özünü sülhsevər göstərən Sarkisyana SƏRT REAKSİYA - FOTO15:29Zəngilan şəhəri və bu kəndləri işğaldan azad edildi - Prezident açıqladı11:24Azərbaycan XİN rəhbəri Mustafa Şəntopla görüşüb - VİDEO11:23Ceyhun Bayramov pakistanlı həmkarı ilə Qarabağı müzakirə etdi - FOTO11:22Rusiyada şəhərdə gəzən nəhəng ayı qorxu yaratdı - VİDEO11:21Elnur Allahverdiyev: “Yerevanda Rusiya bayrağının yandırılıb ayaqlar altına salındığını kim unudub?”11:17Cavad xanın nəslinin davamçısı Ermənistana sərt çağırış etdi - FOTO11:16Milli Məclisin iclası başladı - CANLI YAYIM11:14Ağcabədi sakini qardaşı oğluna ağır xəsarət yetirdi11:13Energetika naziri: “Son 10 ildə elektrik enerjisinin istehsalı 40% artıb”11:11Prezidentin uzaqgörən siyasəti - “Xudafərin” və “Qız Qalası” su bəndi11:01Düşmənin bu gecə məhv edilən texnikaları - SİYAHI10:54Ərdoğan Azərbaycanla bağlı nazirləri toplayır10:53Aprel döyüşlərində iştirak etmiş daha bir erməni məhv edildi - FOTO10:47Paşinyan hansı dünya liderlərinə neçə dəfə zəng edib? - SİYAHI10:45Tramp düşmənlərini açıqladı13:39"Qızıl Qələm" mükafatı laureatı Ləman Xəyal qızı13:07Dövlət başçısı: "Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub"12:30Anası dilənçi bilib ona çörək verdi, puldan ötrü vağzallarda qarmon çaldı, müəmmalı şəkildə öldü - Nüsrət Kəsəmənlidən maraqlı faktlar12:26Ali Baş Komandan generala tapşırıq verdi12:24Ermənilərin Avropa çempionu Qarabağda məhv edildi - FOTO11:00Sərnişin avtobusu torpağın altında qaldı: 16 nəfər öldü10:58DİN vətəndaşlara çağırış etdi10:57Hikmət Hacıyev: "5 bölgəyə 229 mərmi atılıb"
BÜTÜN XƏBƏRLƏR

AMEA-da qalmaqal – Professor Əbülhəsən Abbasovun açıqlamaları akademiyanı lərzəyə gətirdi

24 Eyl 2020, 12:10   
AMEA-da qalmaqal – Professor Əbülhəsən Abbasovun açıqlamaları akademiyanı lərzəyə gətirdi
AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasovun akademik Ramiz Mehdiyevin saxtakarlığı barədə saytımıza verdiyi açıqlama AMEA-da ciddi rezonans doğurub. Açıqlamanı oxuyub bərk qəzəblənən akademiyanın prezidenti Ramiz Mehdiyev Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadəni dərhal yanına çağırıb və bu məlumatı ya saytlardan yığışdırmağı, ya da təkzib verilməsini tələb edib.

Ovqat.com-a bu barədə məlumat AMEA-dan sızdırılıb.

Məlumata görə, hirsindən “filə minmiş” akademikin bu tələbi qarşısında aciz qalan institutunun direktoru İlham Məmmədzadə çar-naçar professor Əbülhəsən Abbasova sözlərini geri götürməsi və təkzib verməsi barədə ağız açıb. Həmişə prinsipal mövqeyi ilə seçilən Əbülhəsən müəllimin cavabı isə gözlənilən kimi olub: “Mən bildiyimi demişəm, təkzib vermək fikrində deyiləm”.

Ümidi hər yerdən kəsilən İlham Məmmədzadə akademikin təkzib tələbini özü yerinə yetirib. O, AMEA-nın rəsmi portalında Fəlsəfə İnstitutunun adından rəsmi açıqlama verib. Açıqlamada deyilir:

“AMEA Fəlsəfə İnstitutunun açıqlaması

AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev barəsində həqiqətə uyğun olmayan məlumatlar səsləndirmişdir. Belə ki, o, mətbuata açıqlamasında akademik Ramiz Mehdiyevin guya 1993-cü ildə Prezidentin İcra Aparatının Ümumi şöbəsinə müdir təyin edildikdən sonra, öz vəzifəsindən istifadə edərək doktorluq dissertasiyasını müdafiə etdiyini bildirərək, faktları kobud şəkildə təhrif etmişdir.

İctimaiyyətin nəzərinə çatdırırıq ki, akademik Ramiz Mehdiyev elmlər doktoru dissertasiyasını 1993-cü ilin dekabr ayında müdafiə etmişdir. Bu fakt öz təsdiqini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq sənədlərində də tapmışdır. Bir faktı da xatırlatmağı lazım bilirik ki, akademik Ramiz Mehdiyevin doktorluq dissertasiyasının müdafiəsində iştirak etmiş alimlərin bir çoxu hələ də həyatdadır. Onlar həmin dövrdə Ali Attestasiya Komissiyasının rəhbəri, mərhum akademik Azad Mirzəcanzadənin dissertasiya haqqında söylədiyi yüksək rəyi təsdiq edə bilərlər.

1994-cü ilin 4 fevral tarixində isə Ramiz Mehdiyev Ümummilli lider Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilmişdir. Bu faktı təsdiq edən sənədlər də öz növbəsində müvafiq qurumların arxivlərində saxlanılmaqdadır. Azərbaycan Respublikasının istənilən vətəndaşı rahatlıqla həmin sənədlərlə tanış ola bilər. Ölkə başçısının imzaladığı hər hansı siyasi sənədin, xüsusilə də yüksək dövlət vəzifələrinə təyinatla bağlı sərəncamların mətninin, yaxud tarixinin saxtalaşdırılmasına dair iddialar olduqca qeyri-ciddi səslənir. Belə iddiaların elmlər doktoru tərəfindən ifadə edilməsi isə təəssüf doğurur.

Həmçinin əməkdaşımızın diqqətinə çatdırırıq ki, əsası olmayan və yoxlanılmamış məlumatların mətbuata açıqlanması şəxsin şərəf və ləyaqətini aşağıladığı üçün hüquqi məsuliyyət yaradır.

İlham Məmmədzadə, AMEA Fəlsəfə İnstitutunun direktoru”.

Qeyd edək ki, AMEA-nın ən ciddi akademiklərindən biri kimi tanınan Əbülhəsən Abbasov öz iddialarını Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin AMEA-nın rəsmi saytında dərc olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası, rəhbəri və əməkdaşları haqqında” sərlövhəli məqaləsində irəli sürdüyü fikirlərlə əsaslandırmışdı. Həmin məqalədə Solmaz xanım Heydər Əliyevin hakimiyyətə gəlməmişdən əvvəl Ramiz Mehdiyevin doktorluq işini müdafiə etməyə başladığını və ilk öncə hər kəsin ona “qərəzli” yanaşdığını, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Ramiz Mehdiyevin PA-ya işə düzəlməsiylə AMEA-da ona münasibətin büs-bütün dəyişdiyini və bu mövqe dəyişikliyinin xüsusilə doktorluq müdafiəsi zamanı özünü büruzə verdiyini bildirərək yazır: “Artıq Heydər Əliyev ölkə rəhbərliyinə gələndə, Ramiz müəllim də Prezident Aparatına işə qayıdanda bu adamların onun qarşısında özlərini necə fərqli apardığını, doktorluq dissertasiyasının müdafiəsi zamanı isə şəninə nələr söylədiyini görmək lazım idi”.

Göründüyü kimi, Solmaz Rüstəmova-Tohidinin bu sözləri həqiqətən də Ramiz Mehdiyevin doktorluq işini PA-ya şöbə müdiri təyin olunduqdan sonra müdafiə etdiyini təsdiqləyir. O dövrləri yaxşı xatırlayan bir sıra alim və ictimai xadimlər də Ramiz Mehdiyevin 1993-cü ildə PA-ya işə qəbul olunduğunu bildirirlər. İddiaçıların fikrincə, Heydər Əliyevə münasibəti heç də yaxşı olmayan, hətta onun qarasınca müxtəlif yerlərdə ən ağır sözlər işlətməkdən belə çəkinməyən Ramiz Mehdiyev birbaşa Moskvanın tələbiylə bu vəzifəyə təyin edilib. Hətta onun bu təyinatının 4 iyun qiyamının əsas şərtlərindən biri olduğu barədə də mülahizələr var. Bu mülahizələrə görə, Azərbaycanın çətin günlərində bu tələblə razılaşmalı olan Heydər Əliyev onu öz yanına işə götürmək məcburiyyətində qalıb.

Əldə etdiyimiz məlumata görə, Azərbaycan elminin yaşayan dahilərindən sayılan professor Əbülhəsən Abbasovun Ovqat.com-dan sonra “Hürriyyət” TV-yə verdiyi geniş video-müsahibəsi AMEA-da ikinci soyuq duş effekti yaradıb. Akademiya rəhbərliyi professorun bu ifşasından sonra onunla yolları ayırmağa qərar verib. Çünki Əbülhəsən müəllim video-müsahibəsində Ramiz Mehdiyev barəsində daha ciddi ittihamlarla çıxış etmiş, onun adına yazılan kitabların müəllifliyini belə şübhə altına almış və akademiyanı özünün “tərənnümxana”sına çevirdiyini bildirmişdi.



Professorun ən ciddi ittihamı isə Ramiz Mehdiyevin Azərbaycan elmini məhv etməsi və verdiyi açıqlamaları ilə bu “xidməti” barədə xarici dövlətlərə mesaj göndərdiyi ilə əlaqədardır. Tam açıq deməsə də, professorun sözlərindən elə çıxır ki, xarici güc mərkəzlərindən müvafiq təlimatlar alan “Boz kardinal” bu mesajları ilə xarici güc mərkəzlərinə öz “xidmətlərini” xatırladaraq onlardan imdad istəmişdir. Əbülhəsən Abbasovun dilə gətirdiyi bəzi faktlar Ramiz Mehdiyev barədə söylənən “5-ci kolonun rəhbəri” iddialarını təsdiqləyəcək mahiyyətdədir və bunun bir adı var – xarici dövlətlərin nəfinə öz ölkəsinin strateji dayaqlarını darmadağın etmək.

Bu əməlin hüquqi qiymətini verməyi hüquq-məhkəmə sisteminin öhdəsinə buraxırırıq. Bizi indiki halda düşündürən isə Əbülhəsən Abbasovla bağlı AMEA-nın verəcəyi qərardır. Zira Ramiz Mehdiyev akademiyaya prezident təyin olunandan üzünə ağ olan hər kəsi işdən çıxarmaqla cəzalandırır. Bunun ən bariz nümunəsi vitse-spiker Adil Əliyevə salam verdiyi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürkü işdən çıxarmasıdır.

Əbülhəsən Abbasovun açıqladığı şok məlumatlarla bağlı AMEA-nın digər vicdanlı alimlərinin və ictimai xadimlərinin mövqeyini öyrənməyə çalışacağıq. AMEA rəsmilərinin ittihamlara cavablarını da işıqlandırmağa hazırıq.
OXŞAR MÖVZULAR