Biləsuvar rayon İcra Hakimiyyəti rayonun loqosunun hazırlanması üzrə müsabiqə elan edib.
Cebhe.info xəbər verir ki, bu haqda İcra Hakimiyyətinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunub ki, müsabiqə 3 mərhələdən ibarət olacaq və yekunda ilk üç yerin sahibləri mükafatlandırılacaq.
Loqo eskizləri 19 sentyabr 2020-ci il tarixdən 10 oktyabr 2020-ci il tarixədək qəbul ediləcəkdir. Hazırlanan loqo eskizləri [email protected] e-mail ünvanına “Loqo Müsabiqə” başlığı ilə göndərilməlidir.
Müsabiqənin birinci seçim mərhələsindən keçənlər ikinci mərhələdə iştirak edəcəklər. İkinci mərhələnin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.
Müsabiqə şərtləri aşağıdakı kimidir:
Dizaynda əsasən rayonun tarixi, mədəniyyəti, sosial-iqtisadi və kənd təsərrüfatındakı ənənəvi sahələrinə aid elementlər əsas götürülməlidir.
Təqdim olunan loqotiplər *PNG formatında olmalıdır;
Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;
Loqo orijinal, müasir və rəngli olmalıdır;
Loqo əvvəllər yayımlanmamış olmalı, digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir.
Zamantv.az