Impera
XƏBƏR LENTİ
11:27"Bu gün sevindirici məlumatlar yayılacaq" - AÇIQLAMA11:26AŞPA cəbhədəki hərbi əməliyyatlarla bağlı bəyanat yayıb11:25Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO11:24Son dəqiqə! Müdafiə Nazirliyi açıqlama yaydı: Gecə düşmən...11:21Ermənilər 14 yaşlı uşağa atəş açdılar11:20Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı11:17Hikmət Hacıyev: "Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı"11:14Ankaranın rəmzi olan Atakuledə Azərbaycan bayrağı əks etdirildi - VİDEO10:09Füzulinin azad olunması uğrunda döyüş gedir: Düşmənin dörd tankı məhv edildi - RƏSMİ10:07Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir10:06Məhv edilmiş hərbçilərin adını oxuyan erməni aparıcı efirdə ağladı - VİDEO09:59"Bu günü çoxdan gözləyirdik" - Millət öz Ordusuna inanır - SORĞU/VİDEO09:55Xankəndinin yeni görüntüsü - FOTO14:37Düşmənin 550-dən çox canlı qüvvəsi, 3 silah-sursat anbarı məhv edildi - MÜDAFİƏ NAZİRLİYİ12:12Erməni ordusunda əsgər çatmır: Cəbhəyə polislər göndərilir12:10Qarabağda atılan güllə səslərinə Təbriz hay verdi:Təbrizdə Azərbaycana dəstək yürüşü - VİDEO09:48Məhv edilən erməni tabor komandiri kimdir? - FOTOLAR09:44SON DƏQİQƏ! Bu ərazilər düşməndən azad edildi - SİYAHI/RƏSMİ09:43Azərbaycan ordusu 11 şəhid verdi - ADLAR22:02COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına “Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyi” də qoşuldu12:34Yasamal rayon icra hakimiyyətinin qarşısında vətəndaşların kütləvi etirazı - İcra hakimiyyətinin özbaşnalığı12:25Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO12:20Mühakimə olunmuş sayt rəhbəri Apellyasiya Məhkəməsinə ümid edir21:50Əli Əsədov karantin rejimi ilə bağlı sərəncam imzaladı21:4540 min pakistanlı Azərbaycana gəldi – RƏSMİ AÇIQLAMA21:38Novxanıdakı milyonluq sarayın sahibi tapıldı - VİDEO21:28Təhsil Nazirliyi MƏLUMAT YAYDI: 28 sentyabrdan etibarən...15:50"Socar" şirkətinə məxsus sərnişindaşıma avtomobilinin sürücüsü ilə sakinlər arasında yaranan mübahisə-VİDEO12:32"İŞĞALA SON QOYULMALIDIR..." -12:02Azərbaycan Prezidenti: “İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”11:17Ramiz Həsənovla Ramiz Mehdiyevin kirvəliyi başa çatır- ZƏNGİLAN RİH-İN BAŞÇISI HƏBS OLUNUR?11:02İlham Əliyev: “Ermənistanda rejim dəyişsə də, faşist ideologiyası dəyişmədi”11:02QEYRİ-ADİ HADİSƏ: Arvadını boşayıb Qayınanası ilə EVLƏNDİ - FOTO13:49Məleykə Abbaszadə tələbə adı qazananlara müraciət etdi13:47"Hərə oz bacardigindan bu xalqdan nəsə ogurlayır .."- Gəncə şəhəri Gold Əminə hipermarketin şikayət FOTO13:43Ordu sərhədi pozan nazirlik əməkdaşını güllələdi - Bölgədə gərginlik13:41Mehdi Səlimzadə də ortalıqda görünmür... - Sakinlərdən ilginc mövqe13:36Ramiz Mehdiyevin yeznəsi ilə uşaqlıq dostu olan Həsən Həsənov Sabirabadı dağıdır.. - VİDEO13:33İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA13:01İlham Əliyevin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə təyin edilib? - İLGİNC13:00Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM12:59“Müharibə bitən kimi səfərbər olunan insanlar da, o cümlədən texnika da geri qaytarılır” - İZAHAT12:16“Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq” – TROFİMÇUK12:10AMEA-da qalmaqal – Professor Əbülhəsən Abbasovun açıqlamaları akademiyanı lərzəyə gətirdi10:52Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb16:5460 yaşlı qadın media nümayəndələrinə müraciət etdi16:11Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanır16:10Cəbhədə “tufanqabağı sakitlik” - TƏHLİL16:09"Mən o günləri görmək istəyirəm"16:08Gələn aydan məktəblərlə bağlı təhlükə daha da böyüyəcək - Diqqət!16:07Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...16:06Sahibkarların qəsdinə durub... - İTTİHAM16:05"Sosial şəbəkə istifadəçilərinə yanlış məlumat veriblər" - QALMAQAL16:04“Ramiz Mehdiyev öz elmi qüsurunu gizlətmək üçün bioqrafiyasını saxtalaşdırıb” - İTTİHAM16:03Məhkəmə sisteminin daha bir eybəcərliyi... - GİLEY16:01Həqiqi qazilər cəbhəyə üz tutur, saxta “qazi”lər isə dövlətin mülkünü zəbt edir16:00DTX-nin həbs etdiyi başçının adamları "vurulur"... - Faiq Qürbətov təmizləməyə başlayıb...15:57“Ümid edirik ki, Rusiya bu qarşıdurmaya...” - Sahibə Qafarova15:56Azərbaycanda yenidən SƏRT KARANTİN... - Qadağalar geri qayıdır?15:55"Ordumuz ildırım sürəti ilə irəliləyəcək və..." - MÜHARİBƏ HARADAN BAŞLAYACAQ?15:54Yaşı 65-dən yuxarı olan şəxslər, DİQQƏT! - Qərar verildi...15:52Məsuliyyətsiz insanların baş "TACI"15:03Azərbaycanda ilk: İcra Hakimiyyəti rayona loqo hazırlatdırır15:02Rusiya o ölkəni hədələdi: “Bu, sizə baha başa gələcək”15:01Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlandı15:00Qonşuya ağır zərbə: Lukaşenko vədini yerinə yetirdi14:59Putin üçün böyük fürsət: Ərdoğan geri çəkilir? – Şok iddia22:26EVİ SÖKÜLƏN 60 YAŞLI QADIN (NİNA İBRAHİMOVA) MEDİA NÜMAYƏNDƏLƏRİNƏ MÜRACİƏT ETDİ (MƏTBUAT KONFRANSI) VİDEO21:21Bərabərhüquqlü tərəfdaşsan, yoxsa SSRİ-nin varisi? - Moskva qərar ver21:16Bu ərazidə su olmayacaq21:14Məktəblərdə vəziyyət acınacaqlıdır, oktyabrdan... - Həyəcan təbili21:10DİN ​​​​​​​"Pikap"ların saxlanılmasının səbəbini açıqladı21:08Heç yerdə yayılmayan foto: Həmsədrlər Qarabağda eyş-işrətdə... - Video16:56Lukaşenko 2021-ci il planını açıqladı - "Kamçatkada..."16:54Saman Həsənzadənin baş redaktordan şikayəti rədd edildi16:52Daşınmaz əmlak bazarında vəziyyət: İl sonuna qiymətlər necə dəyişəcək?14:31Ermənilər sosial şəbəkələrdə təxribata başladılar - FOTO14:02Müharibə ehtimalı çoxdur, amma... - Politoloq12:34“İstər media, televiziya, istər teatr, hamısı batıb gedir”12:30Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur12:18Qarabağ veteranından Prezidentə müraciət-FOTO09:49Prezident: "Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir"09:46Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri davam edir - YENİLƏNİB - FOTO09:41Valideynlərin NƏZƏRİNƏ - Baş Nazir qərarı TƏSDİQLƏDİ09:38Hafiz Hacıyev-dən YAP-çılara ağır İTTİHAM... - "Hamısı burnunuzdan gələcək..."09:37Goranboyda nələr baş verir? - İDDİA09:34“Vətənə, səngərdəki əsgərə, prezidentə sevgi mediada öz geniş əksini tapmalıdır”13:23Bu ŞƏR CÜTLÜYÜ Məhəmməd Ərsoyu NİYƏ HƏDƏFƏ ALDI?.. - Mehdiyev-Həsənov ortaqlığının YENİ HOQQASI13:20Sevil Nuriyeva yazır :"İşğal olunmuş Qarabağ və PKK terrorçuları"12:18Saatlı İcra Hakimiyyətinin tenderini qazanan şirkət kimə məxsusdur? – İzlər deputata aparır12:17Hicablı şagird və müəllimlər yenidən gündəmdə - Belə getsə...12:16Göydə çənnət yaratmış Azəri bəgləri - Şəddadilər12:14Türkan icra nümayəndəsinin qızının qətli ilə bağlı rəsmi məlumat12:12Bu məmurlar həbs edildi - Zirzəmidən çıxan 5 milyon manatlıq... / VİDEO11:59ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina etdi11:58Cəlilabadda BİABIRÇILIQ: TŞ-nin müdiri Qərənfil Əhmədova jurnalistin həbsini sifariş edir11:52Türkiyədə təbii fəlakət baş verib11:50Sərxan Babayevin Türkiyədə nəzarət etdiyi otellər və ticarət mərkəzi hansı azərbaycanlı məmura məxsusdur?11:492 gündür bir neçə bank kartları istifadəçiləri kartlarından səbəbsiz pul çıxdığı haqda şikayətlər edir.14:14MN: Düşmən Tərtər və Ağdamı atəşə tutub – RƏSMİ
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib - FOTO

09 Eyl 2020, 21:48   
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib - FOTO
Sentyabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Zamantv.Az Trend-ə istinadən bildirir ki, komitə sədri Musa Quliyev çıxış edərək iclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabatın təqdim olunacağını, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacağını, 7 qanun layihəsinin müzakirə olunacağını bildirib.

Musa Quliyev ölkədə sosial siyasət sahəsində aparılan işlər barədə fikirlərini açıqlayıb, koronavirusla mübarizədə görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə koronavirusla mübarizənin kompleks şəkildə həyata keçirilməsi üçün Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. Bu məqsədlə 3,5 milyard manat vəsait ayrılıb. Həmin vəsaitin böyük bir hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, iş yerlərinin qorunub saxlanılması, məşğulluq və işsizlik problemlərinin qarşısının alınması istiqamətlərinə yönəlib. Bu məqsədlə əhaliyə sosial dəstək vermək və məşğulluğun təmin olunması üçün dövlət büdcəsindən 600 milyon manat vəsait ayrılıb. Bütün bu tədbirlər 4,8 milyon nəfəri əhatə edib. Görülən işlər nəticəsində 1 milyon 660 min iş yeri və bu iş yerlərində çalışan insanların əməkhaqları qorunub saxlanılıb. İki milyon vətəndaşın pensiya, müavinət, təqaüd və digər sosial ödənişləri vaxtında həyata keçirilib.

Qeyd edilib ki, ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 10 min nəfər artaraq, bütövlükdə 342 min Azərbaycan vətəndaşını əhatə edib. Yeni DOST mərkəzlərinin açılması da pandemiya dövründə böyük əhəmiyyət kəsb edir. Sosial müdafiəyə ehtiyacı olan kateqoriyaya aid insanlar, o cümlədən qaçqınlar və məcburi köçkünlərin, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin, hərbçilərin mənzillərlə təmin olunması sahəsində də dövlət siyasəti uğurla davam etdirilir.

Musa Quliyev pandemiya dövründə parlamentdə iclasların səmərəli və keyfiyyətli keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə Milli Məclisin Sədri Sahibə Qafarovaya komitə adından minnətdarlığını ifadə edib.

Sonra komitə sədri diqqətə çatdırıb ki, 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitənin 12 iclası keçirilib, 17 qanun layihəsi müzakirə olunaraq Milli Məclisə tövsiyə edilib. Həmin qanun layihələri Milli Məclisdə qəbul edilib.

Ötən dövr ərzində komitəyə 94 sənəd, o cümlədən vətəndaşlardan 78 ərizə, nazirlik və idarələrdən 16 cavab məktubu daxil olub. Komitənin ünvanına daxil olan ərizə və şikayətlər ünvanlı sosial yardım, işsizlik, mənzil və digər məsələlərlə bağlı olub. Komitə sədri tərəfindən onlayn qaydada 32 nəfər vətəndaş qəbul edilib. Qəbullar zamanı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb.

2020-ci il payız sessiyasında görüləcək işlər barədə məlumat verən komitə sədri bildirib ki, bu müddətdə "Turizm haqqında", "Xeyriyyəçilik fəaliyyəti haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun büdcəsi haqqında" "Azərbaycan Respublikası üçün yaşayış minimumu haqqında" "Azərbaycan Respublikası üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.

Sessiya ərzində "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun icrası barədə, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunun icrasının monitorinqi, "Məşğulluq haqqında" qanunun təmin olunması və qeyri-formal məşğulluğun aradan qaldırılması mövzularında dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Komitə üzvləri Jalə Əliyeva, İlham Məmmədov, Arzu Nağıyev, Ziyad Səmədzadə, Əziz Ələkbərov, Soltan Məmmədov, Məlahət İbrahimqızı çıxış edərək koronavirus pandemiyası ilə mübarizə sahəsində Azərbaycan Prezidentinin həyata keçirdiyi bütün tədbirləri fəal surətdə dəstəklədiklərini, bu istiqamətdə görülən işlərin vətəndaşlar tərəfindən layiqincə qiymətləndirildiyini bildiriblər. Deputatlar 2020-ci il yaz və növbədənkənar sessiyalarda komitənin fəaliyyətini qənaətbəxş olduğunu qeyd ediblər. Komitənin 2020-ci il payız sessiyası üçün işlər planını təsdiqləyiblər.

Sonra parlament Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev bildirib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi Azərbaycan Prezidentinin "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq hazırlanıb. Bu məqsədlə Məcəllənin 102.4.4-cü maddəsi ləğv olunur, 102.3-cü maddəsinə müvafiq düzəliş edilir.

Qeyd edildib ki, birinci oxunuşda təqdim olunmuş "Təhsil haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlara təklif edilən düzəlişlər də Prezident İlham Əliyevin yuxarıda adı çəkilən Fərmanına uyğun olaraq hazırlanıb və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Qanunlara ediləcək dəyişikliyə əsasən, övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində və elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Digər bir layihə - "Sosial müavinətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənəd isə uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədi ilə hazırlanıb. Layihədə yeni sosial müavinət növü - övladlığa götürülən uşağa görə müavinət müəyyən edilir, onun verilmə şərtləri, qaydası və bir sıra digər məsələlər tənzimlənir. Qeyd olunur ki, müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə övladlığa götürülən hər bir uşağa görə (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında) təyin ediləcək. Müavinətin ödənilməsi uşağın 18 yaşınadək davam edəcək. Müavinətin təyinatına 2021-ci il yanvarın 1-dən başlanacaq.

Deputatlar Məlahət İbrahimqızı və Vüqar Bayramov qanun layihələri barədə öz fikirlərini bildiriblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fərhad Ələkbərov, DOST Agentliyinin departament müdiri Cavid Şahmalıyev ölkəmizdə uşaqların övladlığa götürülməsi sahəsində vəziyyət və statistikanı diqqətə çatdırıblar.

Komitə sədrinin müavini Məlahət İbrahimqızı gündəliyin növbəti məsələsini təqdim edərkən bildirib ki, "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 30 dekabr tarixli Fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu dörd qurum - Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi yaradılıb. Bununla bağlı Əmək Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında", "İşsizlikdən sığorta haqqında" və "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanunlarda dəyişikliklər nəzərdə tutulub. Bu qanunların bir sıra maddələrində "müvafiq icra hakimiyyəti orqanı" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilməsi təklif olunur. Belə ki, bu sənədlərdə nəzərdə tutulan səlahiyyətləri publik hüquqi şəxs statuslu Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi həyata keçirəcək.

Həmin qanunlarla bir paketdə daxil olan "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən isə "Dövlət orqanı anlayışı" maddəsindən dövlət orqanının Dövlət Sosial Müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsindən maliyyələşdirilməsi müddəası çıxarılır. Bu dəyişiklik həmin qurumların publik hüquqi şəxsə çevrilməsi və dövlət orqanı statusunu itirməsi ilə bağlıdır.

Sonra komitə üzvü Rauf Əliyev Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında" qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanunlara uyğunlaşdırma xarakterli bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklərdə 18 yaşına çatmamış işçilərə əmək haqqı əvəzinə natural formada energetik içkilərin verilməsinin qadağan edilməsi, yaşı 18-dən az olan işçinin əməyinin tətbiqinin qadağan edildiyi iş yerlərinin dairəsinin genişləndirilməsi ilə bağlı və digər məqamlar ehtiva olunur.

Deputat İlham Məmmədov iclasda Əmək Məcəlləsində, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim etdi. Bildirildi ki, sənəd "Təhsil haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2018-ci il 12 iyun və "Ümumi təhsil haqqında" 2019-cu il 29 mart tarixli Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanıb. Belə ki, "Təhsil haqqında" qanunun 6-1-ci maddəsi (Pedaqoji fəaliyyətlə məşğul olma) və "Ümumi təhsil haqqında" qanunun 27-ci maddəsi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin, eləcə də bu fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin dairəsini müəyyənləşdirir. Adıçəkilən qanunlarda bununla bağlı müvafiq düzəlişlər nəzərdə tutulub.

Komitə üzvləri gündəlikdəki qanun layihələrini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
OXŞAR MÖVZULAR