Belarus Mərkəzi Seçki Komissiyası seçkilərin ilk rəsmi nəticələrini açıqlayıb.
Anews.az xəbər verir ki, Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko prezident seçkilərində 80,23% səs toplayıb.
"Lukaşenko 4 milyon 652 min nəfərin etimadını qazanıb”, - MSK-nın açıqlamasında bildirilir.
Qeyd edilir ki, səsvermədə 5 milyon 790 min nəfər iştirak edib. Səsvermə hüququ olan vətəndaşların 84,23%-i prosesə qatılıb.
Zamantv.az