Dövlət Xəzinadarlıq Agentliyində nüfuz müharibəsi - Nadir Qarayevlə Elman Piriyev arasında “soyuq savaş”

10:09 6.08.2020 354
Dövlət Xəzinadarlıq Agentliyində nüfuz müharibəsi - Nadir Qarayevlə Elman Piriyev arasında “soyuq savaş”Maliyyə Nazirliyi yanında Dövlət Xəzinadarlıq Agentliyinin nəzdində regional idarələrinin yaradılması artıq başa çatıb. Saytımıza daxil olan məlumata görə Dövlət Xəzinadarlıq Agentliyinin strukturlaşdırılması heç də bütün maraqlı tərəfləri razı salmayıb. Bəzi təsdiq olunmamış məlumatlara görə isə regional idarələrin rəislərinin təyinatı ilə bağlı ciddi narazılıqlar da meydana çıxıb. Ən çox narazı qalanlardan birinin isə 1 saylı Xəzinədarlıq İdarəsi rəisi Nadir Qarayev olduğu bildirilir. Qeyd edək ki, Nadir Qarayev həm Maliyyə Nazirliyində, həm də Dövlət Xəzinadarlıq Agentliyində iddialı fiqur kimi tanınır. Maliyyə Nazirinin müavini Azər Bayramovla yaxın münasibətlərdə olan Nadir Qarayev “Gədəbəy qruplaşması”nın tanınan simalarından biridir. Azər Bayramovun başında durduğu “Gədəbəy qruplaşması”sı isə Maliyyə Nazirliyində əsas güc mərkəzlərindən biri olaraq kadr siyasətində də rol oynayır. Lakin əldə etdiyimiz məlumatlara görə Dövlət Xəzinadarlıq Agentliyinin nəzdində regional idarələrinə rəislərin təyinatı zamanı Nadir Qarayevin adamları qapı arxasında qalıb. Bu da Dövlət Xəzinadarlıq Agentliyinin rəisi Elman Piriyevin daha güclü mövqedə olmasını ortaya qoyub.

Nadir Qarayevlə Elman Piriyevin münasibətlərinin heç də yaxşı olmadığı barədə isə mətbuatda çoxdan yazılar getməkdədir. Bəzi iddalara görə isə Nadir Qarayevlə Elman Piriyevin arasındakı “soyuq müharibə” Azər Bayramovun da probleminə çevrilib. Çünki nazir müavini tez-tez sinif yoldaşı Elman Piriyevlə, yerlisi və qohumu Nadir Qarayev arasında seçim etmək məcburiyyətində qalır. Və belə görünür ki, son Dövlət Xəzinadarlıq Agentliyinin nəzdində regional idarələrinə rəislərin təyinatı zamanı Elman Piriyevin mövqeyi daha ağırlıq təşkil edib.

Bununla bağlı redaksiyamızı məlumatlandıran mənbənin iddiasına əsasən Elman Piriyevin Azər Bayramovun yanında Nadir Qarayevdən daha təsirli gücə sahib olmasının səbəbi mətbuatda yayılan məlumatlardır. Belə ki, həmin məlumatların məhz Nadir Qarayev tərəfindən yazdırılması ilə bağlı iddialar mövcuddur.

Qeyd edək ki, saytımıza daxil olan məlumatda idda edilir ki, bir neçə ay bundan öncə ölkə mətbuatında Elman Piriyevin Dövlət Xəzinədarlıq Agentliyində xoşagəlməz mühit yaratması barədə yazı dərc edilib. Həmin məqalədə qeyd edilridi ki, Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Elman Piriyev regional idarələrə öz yaxın adamlarını və kadrlarını yerləşdirməyə başlayıb. Bu məlumatın mətbuata Nadir Qarayevə yaxın olan və onun mətbuatla münasibətlərini tənzimləyən bir iş adamı tərəfindən ötürüldüyü qeyd olunur.

Məlumata görə Nadir Qarayev Elman Piriyevin regional idarələrə öz adamlarını yerləşdirməsi məlumatını dövriyəyə buraxmaqla, həm də nazir müavini Azər Bayramovuda hədəfə alıb. Çünki işin içində olan Nadir Qarayev yaxşı bilir ki, Elman Piriyevin Dövlət Xəzinadarlıq Agentliyinin direktörü təyin edilməsi birbaşa Azər Bayramovun istəyidir. Nazir müavini ilə Elman Piriyev sinif yoldaşı olmaqla yanaşı, həm də uzun illərin yaxın dostudurlar.

Nadir Qarayev yaxın ətrafı ilə söhbətdə “Azər Bayramovun Dövlət Xəzinadarlıq Agenytliyi direktoruluğu vəzifəsini illlər öncə ona söz verdiyini, hətta bu qurumun yaradılması ideyasınında ona məxsus olduğunu” iddia edir. Ancaq son anda Azər Bayramovun illərdən bəri ona verdiyi sözü tutmaması və Elman Piriyevi önə çəkməsi, 1 saylı Xəzinədarlıq İdarəsi rəisini ciddi şəkildə narazı salıb. (obyektiv.info)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?