Eldar Mahmudovun pulları etibarlı əllərdədir - İLGİNC

11:51 5.08.2020 362
Eldar Mahmudovun pulları etibarlı əllərdədir - İLGİNC
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şefi Eldar Mahmudov barəsində yeni məlumatlar yayılıb. Sabiq nazirin vəzifə almaq üçün bəzi ünvanlara baş vurduğu deyilir. Bildirilir ki, Eldar Mahmudov 2015-ci ilin oktyabrında MTN-də baş tutan əməliyyatlara yol açan məlumatların həqiqət olmadığını ortaya qoymaq üçün çabalar göstərir. Eldar Mahmudov sübut etməyə çalışır ki, MTN-də əməliyyatlara yol açmış gizli və qanunsuz dinləmələr ittihamı uydurma olub.

Çox da inandırıcı olmasa da, hər halda belə iddialar var və bu iddiaların nə dərəcədə doğru olmasını Eldar Mahmudov təsdiqləyə və ya təkzib edə bilər. Bu məlumatların dövriyyədə olması onu deməyə əsas verir ki, Eldar Mahmudov 5 illik fasilədən sonra hərəkətə keçib. Digər tərəfdən, Mahmudov və komandasının zərbələrə dayanıqlı olması da göz qabağındadır. MTN-də baş tutan əməliyyatdan sonra həbsə alınan 20-yə yaxın “mahmudovçu”nun əksəriyyəti artıq azadlıqdadır.

Bu arada Eldar Mahmudovun 2 bankirindən biri olan Çingiz Əsədullayev “AGBank”ı başqa bir adla “diriltməyə” çalışır. Çingiz Əsədullayevin, əslində isə müəyyən hissəsi qeyri-rəsmi olaraq Eldar Mahmudovun olan “AGBank”ın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilib. Çingiz Əsədullayev Eldar Mahmudovun nazir olduğu dövrdə “AGBank”ın Müşahidə Şurasının sədri idi. Bankın rəsmi internet səhifəsində səhmdarların siyahısı və əqdləri bölməsində bankın səhmlərinin 33.57 faizinin ona və ailəsinə məxsus olduğu qeyd edilirdi.

Çingiz Əsədullayev 2010-2015-ci illərdə Ağdaşdan deputat idi. Onun rəhbəri olduğu bankda Eldar Mahmudova məxsus pulları saxladığı, həmin bank vasitəsi ilə xarici ölkələrdəki hesablara köçürdüyü barədə bu günə qədər təkzib olunmayan iddialar var. “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işində “AGBank”ın da adı hallanırdı. Məlumat üçün deyək ki, Malik Əliyev və Rüfət Vəliyev ölkədən 5 milyard 500 milyon manat nağd pul çıxarmaqda suçlanaraq həbs edilib. Mediada yayılan məlumatlara görə, həmin pullar Eldar Mahmudova məxsus olub. Milyardların bir hissəsi “AGbank” vasitəsi ilə ölkədən çıxarılıb. Təsadüfi deyil ki, Çingiz Əsədullayevin qürubu Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra baş verdi...

2015-ci ildə keçirilən parlament seçkilərində onun namizəd olduğu 90 saylı Ağdaş seçki dairəsinin nəticələri ləğv edilib. Ardından “AGBank”da problemlər yaranmışdı. Sonda Mərkəzi Bankın qərarı ilə Çingiz Əsədullayevin bankının lisenziyası ləğv edildi.

Çingiz Əsədullayev bank sahibi olarkən adı müxtəlif cinayət işlərinə qarışmışdı. Məlum olmuşdu ki, Çingiz Əsədullayev “AGbank”da öz dostuna saxta qızıllar girov qoyaraq külli miqdarda kredit götürmək üçün şərait yaradıb. Bank rəhbərliyi dəyişəndən sonra məsələnin üstü açılmışdı. Söhbət hazırda həbsdə olan və Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilən Eldar Səmimi cinayətindən gedir. Eldar Səmimi barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Cinayət işinin materiallarında dələduzluq hadisənin bir çox ilginc məqamları üzə çıxıb.

İttihama görə, Eldar Səmimi “AGbank”dan kredit götürmək üçün banka qızıl-zinət əşyalarını girov qoyub. Bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyətini davam etdirib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bu azmış kimi bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb. Əsas məqam isə Eldar Səmiminin şəxsiyyəti ilə bağlıdır. Bu şəxs 1993-cü ildə “AGbank” təsis edildikdən sonra 2 ilə yaxın bankın Müşahidə Şurasının sədri, təsisçilərdən biri olub. Daha sonra Eldar Mahmudovun digər bankında - “Azərbaycan Beynəlxalq Bankı”nda və “Mostbank”da da çalışıb.

1999-cu ildə Moskvaya gedərək orada banklardan birinin İdarə Heyətinin sədr müavini kimi çalışıb. 2010-cu ildə isə Azərbaycana qayıdıb və bir müddət Dövlət Sosial Müdafiə Fondunda çalışıb. Eldar Səmimi 2012-ci ildə “Təzə bazar” yaxınlığında icarəyə yer götürərək lombard işlətməyə başlayıb. Lombard üçün Eldar Səmimi “AGbank”dan bir neçə dəfə kredit götürüb. Yarım milyon manata yaxın kredit götürən Eldar Səmimi borcunu qaytarmayıb. Bundan sonra məhkəmə qərar verib ki, Eldar Səmiminin banka girov qoyduğu qızıl-zinət əşyaları müsadirə edilərək onun borcuna yönləndirilsin. Bu zaman Eldar Səmiminin cinayət işinin üstü açılıb. Bank tərəfindən qızıl zinət əşyalarının qiymətləndirilməsi aparılan zaman məlum olub ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret qızıldan deyilmiş.

Saxta qızılın girov qoyulması qalmaqalı “AGbank”da ilk deyil. Vaxtilə banka girov qoyan Maqsud Mahmudov da bankdakı saxtakarlıqdan danışmışdı. Demişdi ki, banka girov olaraq qoyduğu brilyantlar saxtaları ilə əvəzlənib. Bu məsələ sona qədər araşdırılmadı. Eldar Mahmudovun həbsə alınmaması, komanda üzvlərinin ayaqda qalması məsələsi bu cür faktların ümumiyyətlə araşdırılmamasına gətirib çıxarıb.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovun ötən 5 il ərzində ayaqda qalmasının müxtəlif səbəbləri var: “Onun nazir kimi fəaliyyəti ümumilikdə cəmiyyət üçün arzuolunan deyildi. Bunu hər kəs bilirdi. Bu adamların gücü vəzifədə olduğu müddətdə tutduqları posta görə idi. Hazırda vəzifədə olduğu dönəmdə əldə etdikləri milyardlar və törətdikləri əməllərin tək özlərinə aid olmaması ilə bağlıdır. Eldar Mahmudov bu qədər cinayətin qabağında 2 dəfə istintaqa çağırılmaqla məsələ bitdi. Baş verənlər bu adamların daxili gücü deyil. Eldar Mahmudov və komandası ona görə sınmayıblar ki, törətdikləri əməllərə görə kimsə onlara irad bildirə bilmir”..

Hüquqşünas deyir ki, Eldar Mahmudovun ən yaxın adamı Akif Çovdarovun həbsi və 4 il yarımdan sonra azad edilməsi imitasiyadan başqa bir şey deyildi: “Eldar Mahmudovu da sadəcə vəzifədən çıxarıblar. Əslində isə bu adamlar ömürlük həbsə məhkum olunmalı idilər. Və onlara cəzadan şikayət vermək hüquqları da tanınmamalı idi. Çünki onlar bu dərəcədə çox cinayətlərin sahibidirlər. Mütləq nazir və müavinləri baş verənlərə görə həbsə alınmalı idilər”.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO